![]() |
çap et |
|
|||
Azərbaycan Dövlət YUĞ Teatrının nəzdində fəaliyyət göstərən Azərbaycan Oyun Uşaq Teatrının (AOUT) ötən aydan Türkiyə və Avropanın bir neçə şəhərinə başlayan qastrol səfəri davam edir. Teatrın bədii rəhbəri və rejissoru Rasim Asının açıqlamasına görə, səfər çərçivəsində teatr "Azərbaycan nağıl qəhrəmanları" adlı uşaq tamaşası ilə çıxışlar edir. Bundan əlavə, AOUT "Azərbaycanlı klounun nağılları" adlı tamaşası ilə Türkiyənin İzmir, Manisa, Salihli, Bursa, Alaşehir, Akhisar şəhərlərində yaşayan 4-7 yaş arası uşaqlarda Azərbaycan-Türkiyə qardaşlığı haqqında təsəvvür yarada biliblər.
Teatr həmçinin avqustun son günlərində Hollandiyanın Amsterdam və Almaniyanın Frankfurt şəhərlərində səfərdə olmuşdur. Onlar eyniadlı tamaşalarla Avropa ölkələrində yaşayan uşaqlar qarşısında da çıxış etmişlər. Məlumat üçün bildirək ki, Türkiyə və Avropa ölkələrinə səfər sentyabrın sonlarında başa çatacaq. |