Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Ermənilər tarixdən söz düşəndə niyə əsəbiləşirlər?
Ermənilər tarixdən söz düşəndə niyə əsəbiləşirlər?
İnhisarın keçmişdə qaldığını anlamaq zorluğundan...
Şənbə, 05.09.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Erməni tərəfin öz yazdıqları və pulla yazdırdıqları "tarix" fənninə bayılma dərəcəsində vurğunluğu yaxşı bəllidir. Qonşu xalqlardan kimsə bu elm sahəsində təzə bir söz deyəndə və bunu əsaslandırdıqda onlar dəhşətə düşürlər. Necə yəni, bizim vizamız olmadan kim bu coğrafi bölgənin tarixindən söz deyə bilər? Sovet dövründə onlar öz "konyak siyasətləri" ilə Güney Qafqaz ölkələrinin tarixşünaslığını inhisara almışdılar və hər şeyi onlarla razılaşdırmalı idilər. Məsələn, 70-80-ci illərdə bizim nəşr edilməkdə olan Milli Ensiklopediyamızda tarixə dair məqalələri zərrəbinlə yoxlayır, vaxtaşırı Moskvada qalmaqallar da törədirdilər. O vaxtlar onların inhisarına ilk zərbəni rəhmətlik Ziya Bünyadov vurdu.

1988-ci ildən sonra, Tanrıya şükürlər, əl-qolumuz açılıb. Daha erməni "konyak tarixçiləri"nin inhisarı da yoxdur. Və tariximizin səhifələrini tam sərbəst şəkildə bir-bir çevirə bilirik. Hətta Avropa alimləri də maraqlanıb gəlirlər. Təbii ki, biz onların gəlişini rüşvətlə və qonorarla "təşkil etmirik". Adam özü istəyir gəlir, neçəsini tarix arxivində özüm görmüşəm, oturub fondlarda işləyir və gedib öz ölkələrində nələrsə yazıb nəşr etdirirlər. Bu onların öz işidir.

Qərb tarixçilərinin Bakıda nə işi var?.. Məsələn, Amsterdam Universiteti humanitar elmlər fakültəsi Şərqi Avropa şöbəsinin əməkdaşı Sara Krombax adlı bir tarixçi mərhum akademik Ziya Bünyadovun şərqşünaslıq elminə və tarixşünaslığa təsiri mövzusunda materiallar toplamaq üçün keçən ay üç həftəliyə Bakıya gəlmişdi. Dissertasiya yazmaq fikrinə düşüb, Bakını və Azərbaycanı tanıyır. Bir müddət Əhmədlidə uşaq bağçasında balacalara ingilis dilini və ingilis musiqisini öyrədib.

Təsəvvür edək: "Arminfo" bu mövzuda replika (?) dərc edir (informasiya agentliyi və replika?). Və kinayəli bir başlıq da qoyurlar: "Ziya Bünyadov öldü - onun "əməlləri" ölməzdir".

REKLAM

Guya Ziya Bünyadov və onun şagirdləri "qonşu dövlətlərin" tarixini oğurlamaqla, mənimsəməklə Azərbaycan üçün tarix yaradıblar. Doğrudur, "qonşu dövlətlər" təyinini anlaya bilmədik, çünki V yüzildə Sasani İranı və Bizans arasında sərhədlər müəyyənləşəndən bəri burada özümüzə Ermənistan adında "qonşu dövlət" görmədik. Ərəb Xilafəti tarix səhnəsinə çıxandan və ruslar XIX yüzilin əvvəlində bölgəyə gələnə qədər bu coğrafiyada bir-birini əvəz edən türk-müsəlman dövlətlərindən başqa hansısa bir erməni "dövlət"i görmədik. Kiməsə çar dedilər, lakin bu "çar" hansısa bir dərədə, hansısa bir kənddə yaşayırdı. "Məlik" sözü də ərəbcədəki "kral" anlamında deyil, bu olsa-olsa bir kənd ağası idi. Başqa sözlə, xırda mülkədar...

Bu coğrafiyada son 1500 ildə tarixi yaradan, onu qılıncı ilə yazan, dövlətlər quran, müharibələrə baş vuran, sülhlər bağlayan, diplomatik danışıqlar aparan, pul kəsən, bayraq ucaldan, savaş meydanlarında udan və uduzan bizlər olduq. Pis-yaxşı, bu bizim tariximiz idi.

Erməni keşişlərindən başqa, yüzillər boyunca bütün bu baş verənləri ərəbcə, farsca, türkcə, yunanca, gürcücə, Avropa dillərində yazan onlarca tarixçilər olub. Ərəb, fars, türk, rus və Avropa dillərini, qədim "ölü" dilləri, hətta erməni dilini yaxşı bilən Ziya Bünyadov və şagirdləri bu mənbələrə özləri bilavasitə daxil oldular və gerçək tarixi yazdılar. Qafqaz Albaniyasının tarixi də, onun kilsə tarixi də "erməni tarixi"-filan deyil. Bunu da biryolluq anlamaq gərəkir. Elm "iki üstəgəl iki, eylər dörd" deməkdir, cənablar.

Vəfa Quliyeva və Məşədixanım Nemətin "Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən azərbaycanlıların tarixinin saxtalaşdırılması və maddi mədəniyyət abidələrini soyqırımı" adlı kitabı da İrəvanda anlaşılan bir hiddətlə qarşılanmışdır. Guya bu kitab "fantaziya"nın məhsulu imiş, guya azərbaycanlılar nağıl və fantaziyanı sevirlər. Nə isə, belə çıxır ki, 16-cı yüzildə İrəvan qalasını bərpa edən Rəvan xan olmayıb, o çağdan bəri İrəvan (Çuxur-Səəd) Bəylərbəyiliyi və ardınca İrəvan Xanlığı adlı yarımmüstəqil dövlət qurumları olmayıb. Guya burada azərbaycanlı əhalinin və xanların yaratdığı abidələr (məscidlər, saraylar, qalalar, istehkamlar, körpülər, karvansaralar, məzarüstü abidələr, qoç heykəlləri, yazılı kitabələr və s) olmayıb. Bunlar XIX yüzildə rusların və avropalıların çəkdikləri rəsmlərdə və fotoşəkillərdə görünür, çoxu 60-cı illərə qədər qalırdı, indi isə yoxdur. Oradakı türk-azərbaycanlı əhali də yoxdur. Onların 250 min nəfərlik sonuncu dalğası 1988-ci ildə elliklə deportasiya olunduğu da bəlkə yuxu imiş? Bəs onların özləri ilə götürə bilmədikləri, əski yurdlarında qalan abidələr? Onlar indi niyə yerində deyil? "Uçan xalça"nın üstündə göyəmi uçdu?

Qoy bizə Movses Xorenasi, Aqatanqelos, Pavstos Buzand, Lazar Parpesi və s. kimi tendensiyalı kilsə tarixçilərini oxumağı misal göstərməsinlər. Biz oxunmalı qədim dövr və orta əsr tarixçilərinin çox uzun bir siyahısını təqdim edə bilərik. Biz öz tariximizi yazırıq və nə yazdığımızı, bir də elmin tələblərini yaxşı bilirik, "iki üstəgəl iki..."



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mətbuat gününə - mətbuat tarixi

Bölmənin digər xəbərləri
 
Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"
Bir kinorejissor kimi isə musiqili filmlər çəkməyə üstünlük verir

Aşıq sənəti YUNESKO siyahısına daxil ediləcək
Hazırda buna hazırlıq işləri gedir

"Eurovision-2010" təmsilçimiz noyabra kimi bilinəcək
Xarici bəstəkarlar bizə öz mahnılarını təklif edir

"Mahmud və Məryəm"ə Türkiyədə ekran həyatı
Ona "fantastik türk filmi olma özəlliyi" vəd edilir

"Azərbaycan-Türkiyə" mahnısı - ortaq iş
Bəstəçi Gövhər Həsənzadə türkiyəli sənətçilərlə çalışır

Qərb səfəri
Yəqin, bu başlığı oxuyanda ağlınıza gələn o Qərb olacaq: Avropa, Amerika. Amma yox, bizim söhbətimiz nə Avropalıqdı, nə də Amerikalıq.

"Xarı bülbül" erməniləri susdurub
Plagiatlıq artıq onlara kömək etmir

Əcnəbilər Bakıdan nə qədər qonorar aparır?
Siyahıda birinciliyi Elton Con tutur

Uşaq Teatrı Türkiyə və Avropa səfərində
Azyaşlılar Bakıya bu ayın sonunda qayıdacaq

Yazıçılar Birliyinin saytı bərpa olunacaq
Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) saytının fəaliyyəti bərpa olunacaq.

Sumqayıtda Üzeyir bəyə abidə kompleksi
Sumqayıt şəhərində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidə kompleksi ucaldılacaq.

Vaxtanqov Kukla Muzeyinin eksponat sərgisi
Oktyabrda Bakıda İrina Mızinanın məşhur Vaxtanqov Kukla Muzeyinin eksponat sərgisi keçiriləcək.

40-a yaxın rəssam İttifaqa üzv oldu
Azərbaycan Rəssamlar İttifaqına 40-a yaxın üzv qəbul olunub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər