çap et  
Aşıq sənəti YUNESKO siyahısına daxil ediləcək
Aşıq sənəti YUNESKO siyahısına daxil ediləcək
Hazırda buna hazırlıq işləri gedir
Şənbə, 05.09.2009


Azərbaycanın aşıq sənətinin YUNESKO-nun mədəni və təbii irs siyahısına daxil edilməsi istiqamətində işlər davam edir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin mətbuata açıqlamasında deyilir.

Bu vacib prosesin ölkə rəhbəri İlham Əliyevin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə aparıldığını diqqətə çatdıran Ə.Qarayev aşıq sənətinin YUNESKO-nun mədəni və təbii irs siyahısına daxil edilməsi istiqamətində aparılan işin cari ilin sonuna kimi tamamlanacağını söyləyir. Nazirin sözlərinə görə, prosses başa çatandan sonra hazırlanan materiallar sözügedən təşkilata təqdim olunacaq.