Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"
 |
Bir kinorejissor kimi isə musiqili filmlər çəkməyə üstünlük verir
Şənbə, 05.09.2009
|
|
Əməkdar İncəsənət xadimi, "Şöhrət" ordenli, "Muğam" teatrının direktoru və baş rejissoru Arif Qaziyev ilə Muğam Teatrından danışırıq. Onu necə yaratdıqları ilə maraqlanırıq:
- "Şur" filmim işıq üzü görəndə mən dünyada bir çox millətlərin bizim muğamlara olan marağını gördüm. Muğam bizim musiqi sənətinin köküdür. Baletdir, operadır, müasir musiqidir - bunlar bizimki deyillər, onları kənardan mənimsəmişik. İstədim özümüzün bir muğam teatrımız olsun və artıq 20 ildən çoxdur İçərişəhərdə bu teatrı yaratmışam və onun baş rejissoruyam. Bütün xanəndələr, sənətçilər burda oxuyublar, nə qədər yaradıcılıq və xatirə gecələri keçirmişik. Orta Asiyada, İranda, Ərəb ölkələrində, Türkiyədə muğam oxunsa da, dünyanın heç bir yerində muğam teatrı yoxdur. Rəhmətlik Üzeyir bəy Hacıbəyov yeddi muğamı elə səliqə-səhmana salmışdır ki, bizim xanəndələrimiz kimi muğam ifa edən yoxdur. Bir də mən hər zaman ssenarini elə qururam ki, muğam dəstgahı oxunanda hamı oturub qulaq asmalıdır. Onu söyləyə bilərəm ki, Muğam Teatrının dünyada bənzəri yoxdur.
- "Yol getmək ibadətin bir formasıdır". Bu sənət yolunda qarşınızı kəsənlər olubmu?
- Yox, o vaxtlar belə şeylər yox idi. Bir çoxları çalışırdı ortaya atılsın, özünü göstərsin. Vaxt olub səhərəcən yatmamışam, montajda olmuşam. 1967-ci ildə mənim birinci "Şur" filmim çəkiləndə çox narazılıqlar olub. Mənə qədər heç bir rejissor muğamdan film çəkməmişdi.
Bu müzikldə dahi Fikrət Əmirovun simfonik muğamından istifadə olunmuşdu və mən ilk dəfə olaraq, həm muğamdan, həm simfoniyadan istifadə edərək ortaya rəqs epizodu salmışdım. Və indi xalqımızın şad günlərində, bayramlarda hər dəfə bu filmi verirlər efirə. Bu filmi Moskvada da dəfələrlə nümayiş etdiriblər və hətta mən Kiyevdə bu filmə görə mükafata layiq görüldüm. Kinofestivalda "Şur" filmi ən yaxşı film kimi seçildi. Mənə məneçilik törədən insanlar olmayıb, mən özüm özümə maneçilik törətmişəm. Sadəcə, bəzən insan özü özünə qalib gəlməlidir, onda heç kəs onun yolunu kəsə bilməz. Mən çalışıram özüm özümə qalib gəlim.
- Müsahibələrinizin birində demişsiz ki, çox çətin uşaqlığınız, əziyyətli günləriniz olub...
- Mən 1938-ci ildə Gəncə şəhərində doğulmuşam. Atamı görməmişəm, anam isə bu sənəti seçməyimə mane olmayıb, əksinə, istəyirdi mənimlə ciddi məşğul olsunlar. Mən kasıblıq içində yaşamışam. Birotaqlı evdə qalırdıq və həmin evdə bir şüşəsi sınıq lampamız var idi. Anam həmin lampanın deşilmiş hissəsinə xəmir yapışdırardı ki, mən dərslərimi yazıb oxuya bilim. Məktəbə ayaqyalın getdiyim vaxtlar olub. Və mən bunları danışmaqdan utanmıram, əksinə, fəxr edirəm ki, mən bu çətinliklərdən keçmişəm və bu gün Allahım mənə hər şeyi verib.
Məktəbdə oxuyanda sinif-sinif gəzib uşaqların qabiliyyətini yoxlayardılar və şagirdləri müxtəlif dərnəklərə dəvət edərdilər. Mənim səsim vardı və başqa uşaqlarla birlikdə apardılar Pionerlər evinə. Bizi o vaxt rəhmətlik Qənbər Hüseynlinin rəhbərlik etdiyi ansambla daxil etdilər. Həmin Qəmbər Hüseynlinin ki, dünyaca məşhur "Cücələrim"i bəstələyib. Mən bu mahnının ilk ifaçısı olmuşam. Bu yaxınlarda həmin ansamblın bir çox üzvlərini Muğam Teatrında yığıb, tədbir keçirdik. "Cücələrim" mənim üçün bir başlanğıc idi.
Sonralar iş elə gətirdi ki, televiziya məkanında ilk peşəkar diktor oldum. Daha sonra aktyorluq da etdim, nəsə rejissorluq məni çox cəlb edirdi və mən Leninqrada oxumağa yollandım. Orda çox peşəkar rejissor müəllim çalışırdı - Georgi Tovstonoqov. Mən 90-na yaxın film çəkmişəm, əsasən musiqili filmlərdir. Rejissor həm rəssamlığı, həm memarlığı, həm kinonu, teatrı, hər bir sahəni yaxşı bilməlidir. Məni bu sənətə, Bakıya oxumağa Fikrət Əmirov gətirib. Ona həsr etdiyim bir neçə filmlərim var, bu yaxınlarda "Mən səni araram" filmi efirə getdi.
- Çəkdiyiniz "Ayna" filmində bir insanın bədbəxt həyatı əks olunur, amma sonda müəllifin əsas fikri ön plana çıxır: "İnsan sənətini sevirsə, bu onun xoşbəxtliyidir"...
|
|
|
Oxşar xəbərlər:
Qazın qiymət artımı narazılıq yaradıb
Qazın qiyməti bahalaşdı: ekspertlər nə deyir?
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Qazın bahalaşması: Tarif Şurasının araşdırması əsassız sayılır
Azərbaycan mətbuatının neçə yaşı var?
|
|
|