Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Misir Mərdanov sərt danışdı
Misir Mərdanov sərt danışdı
Direktorlar şagirdin məktəbli forması almasına müdaxilə edə bilməz
Şənbə, 05.09.2009

C.Məzahiroğlu mətn ölçüsü  

"Mənə daxil olan məlumatlara görə, bəzi rayonlarda yerli icra hakimiyyəti orqanları müəllimlərin əməkhaqqından bir faiz tutub, uşaq fondu yaradırlar. Bu addım tamamilə qanunsuzdur". APA-nın xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov deyir. Nazir bildirib ki, kim bu addımları atırsa, qanun qarşısında məsuliyyət daşıyır.

M.Mərdanov bəzi rayonlarda məktəb direktorlarının, icra hakimiyyəti orqanlarının şagirdlər üçün məktəbli formaları satmaları barədə məlumatların olduğunu da deyib: "Bəyan edirəm ki, məktəbin, icra hakimiyyəti orqanının valideyn və şagirdin məktəbli forması almasına müdaxilə etməyə haqqı yoxdur".

M.Mərdanov bildirib ki, yeni dərs ilinə kimi 50-yə qədər yeni tikilmiş orta məktəb istifadəyə veriləcək. O, yeni dərs ilinə hazırlığa ötən dərs ilinin sonundan başlandığını, yeni məktəblərlə bərabər, digər məktəblərin əsaslı təmiri, onlara avadanlıqların verilməsi işinin də davam etdirildiyini və bunların həyata keçirilməsi üçün dövlət büdcəsindən 60 milyon manata yaxın vəsait ayrıldığını bildirib: "Bu il peşə təhsili ilə bağlı 8 fənn üzrə dərslik nəşr olunub. Bütövlükdə peşə təhsili sahəsində çox önəmli addım atmışıq. Bu vaxta qədər Azərbaycanda peşə məktəblərinin şagirdləri üçün bir dərslik də nəşr olunmamışdı. Bundan əlavə, üç məktəbdə pilot olaraq həndəsə və cəbr fənlərini inteqrativ surətdə birləşdirmişik və həmin məktəblərdə bir il müddətində sınaq keçirəcəyik".

Nazir yeni dərs ilinin sonunda 11-ci siniflərin buraxılış imtahanlarının yenə də mərkəzləşmiş qaydada olacağını deyir. Bundan əlavə, 9-cu siniflərdə də buraxılış imtahanları mərkəzləşmiş qaydada aparılacaq. Burada iki fənn - ana dili və riyaziyyatdan imtahanları test üsulu ilə aparmaq qərara alınmışdır.

M.Mərdanov rus və ingilis dillərinin tədrisinə xüsusi diqqət yetirildiyini, Bakının 7 məktəbində Britaniya Şurasının ("British Councill") dəstəyi ilə ingilis dili dərsinin tədris saatlarının iki dəfədən çox artırıldığını söyləyib. Bu ildən 50 məktəbdə rus dilinin intensiv olaraq xarici dil kimi öyrədilməsi layihəsi də həyata keçiriləcək.

Nazir bildirir ki, "Təhsilin əsasları" fənnini tədris edəcək müəllimlər üçün treninqlər başa çatıb. Dünən bu münasibətlə Azərbaycan Müəllimlər İnstitutundakı mərasimdə treninqləri başa vurmuş müəllimlərə sertifikatlar təqdim olunub. M.Mərdanov bildirib ki, 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetində eksperiment olaraq "Təhsilin əsasları" fənni tədris ediləcək: "Cəmiyyətdə belə fikir var ki, ali təhsili başa vuran gənclər bir sıra hallarda müəllim kimi işə başlamağa hazır olmurlar. Ona görə də biz gənclərin məktəb, təhsil siyasəti və təhsil sistemi ilə bağlı bilik və bacarıqlarını artırmağı vacib bilirik. Bundan sonra biz təkcə təhsil alanın deyil, təhsil verənin də biliyini qiymətləndirəcəyik".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır
İdmançıların getməyinə etirazları anlayışla qarşılayır

MN mərkəzi aparatında struktur dəyişiklikləri
Bunlar ordunu çevik idarəetmədə müsbət rol oynayacaq

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq
Bu gün 200 məktəbin belə bir şansı var

Şirvan şəhərinə kakao rəngdə su
1 litr suda 157 min bağırsaq çöpü?

Paytaxta tüstü proseduru
Şəhərin yarısına təmiz hava almaq yasaq

900-ə yaxın abituriyent 600-dən çox bal toplayıb
Onlardan 102 nəfəri prezident təqaüdü alacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər