Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Paytaxta tüstü proseduru
Paytaxta tüstü proseduru
Şəhərin yarısına təmiz hava almaq yasaq
Şənbə, 05.09.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Bəlkə də bu bir qrafik məsələsidir. Məhz cümə axşamı və cümə günləri paytaxtın böyük qismi səhəri tüstü-dumanla açır. Səhərə yaxın açıq pəncərədən evlərə yanıq və tüstü qoxusu daxil olur. Səhər eyvandan baxanda şəhərin Sabunçu, Suraxanı, Nizami, Nərimanov və Binəqədi rayonları səmt göyümtül tüstü dumanına bürünmüş olur. Hamı bilir ki, Balaxanı zibilxanası yanır. Səhər aeroport yolu gələndə Balaxanı şəhər zibilxanasını ölüm düşərgələrinin krematoriyaları kimi tüstüləyən görürsən...

O biri günlərdə tüstü bir az azalır. Buna paytaxtın tüstü proseduru da demək olar. Bu ötən cümə axşamı və cümə günü də belə oldu. Külək olmadığından qalın tüstü qatı şəhərin bu rayonlarının üzərinə çökmüşdü və tərpənmək bilmirdi. Şəhərin, demək olar, yarısının sakinləri üçün belə bir "tüstü proseduru" buyurulub. Onlara illərdən bəridir təmiz hava almaq sanki yasaqdır.

Bu insanların günahının nə olduğu bilinmir. İyirmi ildir, Meriya bu problemi həll etmir. Ya həll etmək istəmir. Bəlkə də bunu unudub ki, bu böyüklükdə şəhərin zibilxanası Balaxanıda yerləşir və hər gün oraya yüzlərcə maşın zibil daşınır. Onların emalı məsələsi isə bərbaddır və zibil dağlarını əritmək üçün yandırmağa üstünlük verirlər...

Hər gün burada yüzlərcə ton zibil yandırılır. Bu zəhərli tüstü isə şəhərin üzərinə çökür. İldə buraya 1 milyon tona qədər zibil daşındığı deyilir. Bu zəhərli tüstünün paytaxt sakinlərinin sağlamlığında nə kimi fəsadlar törətdiyini isə həkimlər və ekoloqlar bilər. Bizdə sanitariya və epidemiya orqanları bilmirik nə işlə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin isə bu məsələdə bir söz dediyini eşidən olmayıb.

Dünyanın heç bir mədəni paytaxtında sakinlərə zəhərli tüstü verildiyini eşitməmişik. Belə bir şey yoxdur. Ekoloqlar, QHT-lər həmin gün meriyanı divara dirəyərlər. Biz isə səbirlə gözləyirik. Bu problemin həlli isə hələ də havadan həmin tüstü kimi asılı qalıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır
İdmançıların getməyinə etirazları anlayışla qarşılayır

MN mərkəzi aparatında struktur dəyişiklikləri
Bunlar ordunu çevik idarəetmədə müsbət rol oynayacaq

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq
Bu gün 200 məktəbin belə bir şansı var

Şirvan şəhərinə kakao rəngdə su
1 litr suda 157 min bağırsaq çöpü?

Misir Mərdanov sərt danışdı
Direktorlar şagirdin məktəbli forması almasına müdaxilə edə bilməz

900-ə yaxın abituriyent 600-dən çox bal toplayıb
Onlardan 102 nəfəri prezident təqaüdü alacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər