Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
MN mərkəzi aparatında struktur dəyişiklikləri
MN mərkəzi aparatında struktur dəyişiklikləri
Bunlar ordunu çevik idarəetmədə müsbət rol oynayacaq
Şənbə, 05.09.2009

Cəsur Məmmədov mətn ölçüsü  

Müdafiə Nazirliyinin mərkəzi aparatında struktur dəyişiklikləri başa çatıb. Aparatda yeni idarələr, yeni bölmələr yaradılıb. Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu dünənki mətbuat konfransında açıqlayıb. "Bu struktur dəyişiklikləri qoşunlarda 2007-ci ildən həyata keçirilir. Bizim Hərbi Dəniz Qüvvələrimiz, Quru Qoşunlarımız və Hərbi Hava Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılıb. Bu dəyişikliklər nazirliyin inkişaf etməsində və ordunun çevik idarə olunmasında müsbət rolunu oynayacaq", - deyə o bildirib.

E.Sabiroğlu bildirib ki, son 3 ayda erməni silahlı qüvvələri 199 dəfə atəşkəs rejimini pozub. Atəşkəs ən çox cəbhənin Xocavənd, Goranboy, Ağdam və Tərtər istiqamətində pozulub. E.Sabiroğlu son 3 ayda Müdafiə Nazirliyi sistemində baş verən yeniliklər, struktur dəyişikliyi, hərbi təhsil, ölkələrarası hərbi münasibətlər, beynəlxalq əlaqələr, orduda baş verən cinayət hadisələri barədə məlumat verib.

Azərbaycan Silahlı Qüvvələrinin Qafqazda ən güclü ordu hesab edildiyini vurğulayan E.Sabiroğlu deyib ki, bu, beynəlxalq təşkilatların, ekspertlərin, xarici institutların mövqeyidir. "Bizim ordumuz getdikcə inkişaf edir. Hədəfdə torpaqlarımızın işğaldan azad edilməsi durur. Hələlik siyasi danışıqlar aparılır və biz bunun nəticələrinə ümidliyik. Əks təqdirdə, ordumuz üzərinə düşən vəzifəni mütləq yerinə yetirəcək. Hərbi hissələrimizin müasir silah və hərbi texnika ilə təchizatı, əsgərlərimizin döyüş qabiliyyətinin yüksək olması mənə bunu deməyə əsas verir", - deyə o qeyd edib.

Beynəlxalq əlaqələrdən, ölkələrarası müqavilələrdən danışarkən E.Sabiroğlu bildirib ki, hazırda Müdafiə Nazirliyinin 52 ölkə ilə əlaqəsi var. 26 ölkə ilə imzalanan hərbi saziş mövcuddur: "Hazırda müqavilə və sazişlərin razılaşdırılma mərhələsində olan ölkələrin sayı 23-ə qədərdir". Bura Qərb və Şərq ölkələri daxildir. Yaxın aylarda həmin müqavilələrin bir neçəsi imzalanacaq. Hərbi təhsillə bağlı yeni fakt ondan ibarətdir ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə, eləcə də Hərbi Dənizçilik, Hərbi Təyyarəçilik məktəblərində Azərbaycan vətəndaşları ilə bərabər xarici ölkə vətəndaşları da təhsil alır".

Son vaxtlar orduda baş vermiş hadisələrlə, ölüm halları, əsgərlərin incidilməsi faktları ilə bağlı başlanmış bir sıra cinayət işlərinin yekunlaşdığını, bu yaxınlarda bəzi məhkəmə proseslərinə start veriləcəyini deyən E.Sabiroğlu qeyd edib ki, bu sıraya Seyfəlidəki hadisə (bu il mayın 23-də Şəmkirdəki Seyfəli hərbi poliqonunda kiçik çavuş Orxan Səfərovun avtomat silahdan atəş açması nəticəsində 4 nəfər hərbçi qətlə yetirilib, bir nəfər yaralanıb) də aiddir: "Nə etməli ki, nə qədər çalışsaq da, orduda təəssüf doğuran hadisələr də baş verir".

Tez-tez hərbi hissələrə millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin səfərlərinin təşkil olunduğunu deyən E.Sabiroğlu oktyabr ayında bu cür növbəti səfərin təşkil ediləcəyi haqda məlumat verib. Səfərdə baş redaktor və jurnalistlər iştirak edəcəklər.

Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, Azərbaycan ordusu döyüş vəziyyətinə, ümumiyyətlə, istənilən ekstremal vəziyyətə tam hazırdır.

E.Sabiroğlu bildirib ki, şəhid statusunun verilmə qaydalarının dəyişməsindən iki aya yaxın vaxt ötsə də, indiyədək məsələ ilə bağlı Müdafiə Nazirliyinə heç bir müraciət daxil olmayıb.

E.Sabiroğlu mətbuat konfransında bildirib ki, Müdafiə Nazirliyindəki komissiya bu istiqamətdə fəaliyyət göstərir: "Şəhidlik statusu ilə bağlı təkcə Müdafiə Nazirliyi məşğul olmur. Bütün məsələlər burdan gedir, amma biz şəhidlik statusunu digər dövlət strukturları ilə əlaqəli şəkildə veririk".

E.Sabiroğlu qeyd edib ki, 15 il ərzində orduda bir çox səbəbdən çoxlu itki olub: "Onların hamısı barədə arxivlərdə məlumat var və Müdafiə Nazirliyinin özünün həmin məlumatları tapıb şəhidlik statusunu verməsi problem deyil. Sadəcə, müəyyən çətinliklər var və məsələni həll etməyin asan yolu həlak olanın yaxınının, qohumunun nazirlikdəki komissiyaya müraciət etməsidir. Müraciət daxil olan kimi biz dərhal arxivdəki sənədləri qaldırıb cavab verəcəyik".

Həlak olan döyüşçünün yaxını yoxdursa, yaxud müraciət etmək imkanına malik deyillərsə, həlak olan şəxsə şəhid statusunun verilməsi mümkün olmayacaqmı?

Sualı cavablandıran mətbuat xidmətinin rəisi bildirib ki, belə hal olsa, nazirlik özü arxiv materialları əsasında məsələni araşdırmalıdır: "Bu bizim borcumuzdur. Komissiya işləyir. Şəhiddən şəhid statusunu əsirgəməyimiz mümkün deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, heç bir şəhid bu statussuz qalmasın. Bizim nə marağımız ola bilər ki, kiməsə bu statusu verməyək? Şəhiddirsə, ona şəhid statusu verilməlidir. Burda hər hansı problemin yaranması yolverilməzdir, bu, ən azı vicdan məsələsidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır
İdmançıların getməyinə etirazları anlayışla qarşılayır

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq
Bu gün 200 məktəbin belə bir şansı var

Şirvan şəhərinə kakao rəngdə su
1 litr suda 157 min bağırsaq çöpü?

Paytaxta tüstü proseduru
Şəhərin yarısına təmiz hava almaq yasaq

Misir Mərdanov sərt danışdı
Direktorlar şagirdin məktəbli forması almasına müdaxilə edə bilməz

900-ə yaxın abituriyent 600-dən çox bal toplayıb
Onlardan 102 nəfəri prezident təqaüdü alacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər