Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır
Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır
İdmançıların getməyinə etirazları anlayışla qarşılayır
Şənbə, 05.09.2009

İdrak Abbasov mətn ölçüsü  

""Eurovision - 2009" yarışmasında erməni ifaçılarına səs göndərmiş Azərbaycan vətəndaşlarının guya Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq sorğu-sual edilməsi barədə məlumatlar siyasi oyundur". APA-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, yarışmadan sonra Azərbaycanda heç kim hansısa idarəyə çağırılmayıb və heç kimə təzyiq göstərilməyib:

"Bəlli olur ki, ermənilərə səs göndərən 43 nəfərin içərisində Rövşən Nəsirlidən başqa heç kim MTN-də olmayıb. Mən inanmıram ki, MTN əməkdaşları əllərində 43 nəfərlik siyahı ilə gəzirlər. Rövşən Nəsirli isə vəkilsiz, bir zəng olan kimi qaçaraq MTN-ə gedib və onu orada sorğu-sual ediblər. Bu, tam şəkildə onun tərəfindən həyata keçirilən siyasi oyundur".

Nazir bildirib ki, MTN belə bir araşdırmaya başlasaydı, o zaman səs göndərənlərin ən azı yarısı sorğu-sual edilərdi: "Nəyə görə yalnız bir nəfər çağırılıb və bütün dünya da onun bu açıqlamasından sonra ayağa qalxıb".

Azad Rəhimovun sözlərinə görə, bu məsələlər ortaya çıxdıqdan sonra ermənilərin əlinə fürsət düşüb: "Azərbaycan üçüncü yerə çıxmışdı və ermənilər bunu həzm edə bilmirdilər. İndi səs-küy qaldırmaq üçün əllərinə imkan düşüb".

"Mən Qarabağ Azadlıq Təşkilatının mövqeyini başa düşürəm və bir insan kimi bu mövqeyi bölüşürəm". Bunu isə nazir Azərbaycan cüdoçularının Ermənistanda keçirilən Avropa çempionatına qatılmamaları ilə bağlı tələblərə münasibət bildirərkən deyib. Nazir bildirib ki, QAT rəhbərliyi onunla görüşə cəhd edərkən Bakıda olmayıb və buna görə də görüş baş tutmayıb: "Bu təşkilatın rəhbərliyi ilə görüşə hazıram. Amma burada dövlət siyasəti var və biz idmançılarımızı Ermənistana göndərməklə heç nə itirmirik. Əksinə, idmançılarımız orada iştirak edib qızıl medal qazanacaqlarsa, Ermənistanda Azərbaycanın bayrağı qaldırılacaqsa, himni səslənəcəksə, bu bizim üçün uğurdur. Digər tərəfdən, bu çempionat Ermənistanın tədbiri deyil, Avropa Cüdo Federasiyanın təşkil etdiyi bir tədbirdir".

Nazir rəhbərlik etdiyi qurumun 2009-cu ilin 8 ayı ərzində gənclər və idman sahəsində həyata keçirdiyi tədbirlərlə bağlı mətbuat konfransı keçirib. Nazir min nəfərə yaxın gəncin nazirliyin təşkil etdiyi yay düşərgələrində istirahət etdiyini, 150-yə qədər gəncin beynəlxalq tədbirlərdə iştirak etdiyini bildirib. O, 2007-ci ildə elan olunmuş QHT-lər üçün qrant layihəsi müsabiqəsində qalib gəlmiş 23 təşkilata 2009-cu ildə maliyyə ayrıldığını bildirib. Onlara 100-ə qədər layihənin daxil olduğunu və hazırda bu layihələrin ictimai şura tərəfindən qiymətləndirilmə prosesində olduğunu qeyd edib: "Bu ilin sonuna kimi bu layihələrin bir hissəsini maliyyələşdirəcəyik".

Azad Rəhimov Avropa Şurasının Bakıda Yay Məktəbi təşkil etdiyini, işsizliyin aradan qaldırılması üçün İqtisad Universiteti ilə birgə Karyera Mərkəzinin öz işini davam etdirdiyini və bu vaxta qədər 1300-ə qədər gəncin özünə iş tapdığını bildirib. Azad Rəhimov ilin sonuna kimi tələbə gənclərin ilk toplantısının keçiriləcəyini bildirib.

Nazir Azərbaycanda fizika, kimya və biologiya üzrə olimpiadanın keçiriləcəyini, burada 37 dövlətin iştirakının artıq təsdiq olunduğunu qeyd edib. Bundan əlavə MDB gənclər ili çərçivəsində bir sıra tədbirlər planlaşdırılır. Kuba, Misir və Küveytlə yaxın vaxtlarda gənclər və idman sahəsində əməkdaşlıq müqaviləsi də imzalanacaqdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı

"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"

"Mini-disklə oxumaq ayıbdır"

Bakıdan iki nazir İrəvana gedəcək

Qadın cüdoçumuza Avroçempionatda bürünc medal

Bölmənin digər xəbərləri
 
MN mərkəzi aparatında struktur dəyişiklikləri
Bunlar ordunu çevik idarəetmədə müsbət rol oynayacaq

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq
Bu gün 200 məktəbin belə bir şansı var

Şirvan şəhərinə kakao rəngdə su
1 litr suda 157 min bağırsaq çöpü?

Paytaxta tüstü proseduru
Şəhərin yarısına təmiz hava almaq yasaq

Misir Mərdanov sərt danışdı
Direktorlar şagirdin məktəbli forması almasına müdaxilə edə bilməz

900-ə yaxın abituriyent 600-dən çox bal toplayıb
Onlardan 102 nəfəri prezident təqaüdü alacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər