Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Gənclər barışıq təklif ediblər
Gənclər barışıq təklif ediblər
Ombudsman Elmira Süleymanova Emin Milli və Adnan Hacızadə ilə görüşüb
Şənbə, 29.08.2009


S.Abbas
mətn ölçüsü  

Ombudsman Elmira Süleymanova ünvanına daxil olmuş müraciətləri, məhkumların saxlanma şəraitini araşdırmaq məqsədi ilə ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) olub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmira Süleymanovanın ayrı-ayrılıqda qəbul etdiyi 20-dən çox təqsirləndirilən və məhkum edilmiş şəxs söhbət zamanı saxlanılma şəraitindən razı olduqlarını bildiriblər.

"Görüş zamanı bəzi saxlanılan şəxslər əsasən barələrində aparılan istintaqdan, məhkəmə qərarlarından və əsassız tutulmalarından şikayət edib, məhkəmə baxışı zamanı verilmiş vəsatətlərin hakimlər tərəfindən əsas gətirilmədən təmin edilmədiyini, barələrində ədalətsiz qərar qəbul olunduğunu söyləmişlər", - deyə açıqlamada bildirilir.

Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan, iyulun 8-də Səbayel rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş hadisə zamanı həbs edilən Adnan Hikmət oğlu Hacızadə və Emin Paşa oğlu Abdullayevlə (Emin Milli) də görüşüb. Sözügedən şəxslər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli olaraq yekunlaşdırıldığını, məsələnin barışıq yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Məlumata görə, Adnan Hacızadə və Emin Abdullayev bəzi qəzetlərdə onların siyasi motivlərə görə həbs edilmələri ilə bağlı verilən məlumatların həqiqətə uyğun olmadığını söyləyiblər. Onlar hər hansı bir siyasi partiyanın üzvü olmadıqlarını, iqtidar və ya müxalifət rəsmilərinin əleyhinə heç bir niyyətlərinin olmadığını, BİT-də saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətlənmədiklərini, vəkilləri ilə görüşdüklərini və qanunvericiliyə uyğun olaraq, ailələrindən sovqat aldıqlarını bildiriblər.

Elmira Süleymanova onların məsələsinin barışıq yolu ilə həlli üçün aidiyyəti qurumlara müraciət etdiyini və vəziyyətlərini diqqətdə saxladığını demişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ombudsman Şəkidə olub

"Minsk Qrupundan başqası yoxdur"

Bölmənin digər xəbərləri
 
ABŞ-dan bloggerlərə azadlıq tələbi
"Onlar satirik süjetin qurbanı olublar"

ADNA-da qırğının istintaqı uzana bilər
Bu, cinayət işinin mürəkkəbliyindən irəli gəlir

Şuşa qalasının 260 illiyi qeyd olunacaq
Gələn il Azərbaycanda Şuşa qalasının 260 illiyi münasibətilə silsilə tədbirlər nəzərdə tutulur.

Orduda 2 nəfər həlak oldu
Bu il itkilərin sayı 50-yə yaxınlaşır

Yevlaxda "vəhhabilik" və "nurçuluq" tərəfdarları tutulub
Onlardan yasaq dini kitablar götürülüb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər