Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
ADNA-da qırğının istintaqı uzana bilər
ADNA-da qırğının istintaqı uzana bilər
Bu, cinayət işinin mürəkkəbliyindən irəli gəlir
Şənbə, 29.08.2009

mətn ölçüsü  

"Hüquq-mühafizə orqanları aprelin 30-da Dövlət Neft Akademiyasında günahsız insanların qəsdən öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Rusiya, Gürcüstan və Ukrayna hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərini davam etdirir". Bunu "Mediaforum" saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Sultanov bildirib ki, Neft Akademiyasında cinayət törədən Fərda Qədirov əvvəllər Rusiya Federasiyası və Gürcüstanda yaşadığından əlaqələrinin müəyyənləşdirilməsi və iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədilə istintaq qrupu üzvləri həmin ölkələrə ezam olunublar.

"Törətdikləri cinayət əməllərinə görə Cavidan Amirov, Nadir Əliyev, Ariz Qabulov və Nəcəf Süleymanovun CM-nin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildiyini" xatırladan mətbuat xidməti rəhbəri deyib:

- Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, digər iştirakçılarının və törədilmə səbəblərinin, Fərda Qədirov və digərlərinin Bakı şəhərində yaşadığı müddətdə başqa cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

Cinayət işinin istintaqının gedişi barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verdiklərini vurğulayan Sultanovun sözlərinə görə, sonuncu açıqlamadan sonra istintaq orqanları xeyli iş görüb: "İctimaiyyətə məlumat veriləcək".

DİN və respublika Baş Prokurorluğu Dövlət Neft Akademiyasına silahlı basqın edərək 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb özünə qəsd edən Fərda Qədirovun işi üzrə son birgə açıqlamanı iyunun 20-də yayıb.

Cinayət işi üzrə aparılan ibtidai istintaqın müddətinin artırılıb - artırılmadığına gəlincə, Sultanov bildirib ki, qanunvericiliyə görə Neft Akademiyasında törədilən cinayət xüsusilə ağır cinayət hesab olunduğundan onun ibtidai istintaqı dörd ay müddətində başa çatmalıdır: "Lakin cinayət işinin mürəkkəbliyi ilə əlaqədar həmin müddət daha dörd ay uzadıla bilər".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Bölmənin digər xəbərləri
 
ABŞ-dan bloggerlərə azadlıq tələbi
"Onlar satirik süjetin qurbanı olublar"

Gənclər barışıq təklif ediblər
Ombudsman Elmira Süleymanova Emin Milli və Adnan Hacızadə ilə görüşüb

Şuşa qalasının 260 illiyi qeyd olunacaq
Gələn il Azərbaycanda Şuşa qalasının 260 illiyi münasibətilə silsilə tədbirlər nəzərdə tutulur.

Orduda 2 nəfər həlak oldu
Bu il itkilərin sayı 50-yə yaxınlaşır

Yevlaxda "vəhhabilik" və "nurçuluq" tərəfdarları tutulub
Onlardan yasaq dini kitablar götürülüb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər