Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bakıdan iki nazir İrəvana gedəcək
Tərəflərin müqavilə imzalaması nəzərdə tutulur
Şənbə, 29.08.2009

mətn ölçüsü  

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Ermənistana səfər edəcəklər. Gənclər və İdman Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd Ermənistanda cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançılarının bu ölkəyə səfərinin təşkilati tərəflərini müzakirə etməkdir. Azərbaycanlı nazirlər Ermənistana yarışdan əvvəl gedəcəklər.

Səfər zamanı 2007-ci ildə Azərbaycanda keçirilən güləş üzrə dünya çempionatında iki ölkənin idman qurumları arasında imzalanmış müqaviləyə uyğun olaraq, yeni bir müqavilənin imzalanması nəzərdə tutulur.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şərait yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması, himninin səsləndirilməsi və bütün iştirakçıların həmin vaxt ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin yarışda sərbəst iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.

İmzalanma Azərbaycan Gənclər və İdman Nazirliyi, Avropa Cüdo Federasiyası, Avropa Cüdo Komitəsi, Avropa Olimpiya Komitəsi və Ermənistanın müvafiq orqanları arasında olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı

"Mini-disklə oxumaq ayıbdır"

Bölmənin digər xəbərləri
 
"Minsk Qrupundan başqası yoxdur"
ATƏT-in Bakı ofisinin rəhbəri həmsədrlərin dəyişdirilməsinə normal baxır

Ermənistan Gürcüstana qarşı yenidən fəallaşıb
Bunun arxasında nələr dayanır?

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir
Onun sözlərinə görə, ölkələr Xəzərin yalnız siyasi deyil, həm də ekologi problemləri ilə maraqlanmalıdırlar

Zbiqnev Bjezinski NATO-nun gələcəyi barədə düşünür
Onun sual və təkliflərinə baxışlar fərqlidir

Azərbaycan - Qazaxıstan münasibətlərində "qızğın payız"
Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsisində daha böyük irəliləyiş olacağı gözlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər