Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistan Gürcüstana qarşı yenidən fəallaşıb
Ermənistan Gürcüstana qarşı yenidən fəallaşıb
Bunun arxasında nələr dayanır?
Şənbə, 29.08.2009


Ənvər BÖRÜSOY,
mətn ölçüsü  

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi



Bu gün Ermənistan dərin maliyyə və iqtisadi, sosial və siyasi böhranlar yaşamağa məcburdur. Gürcüstan-Rusiya münasibətlərinin daha kəskin xarakter alması ölkədaxili siyasi və iqtisadi güclər arasında sarsıdıcı çatlar yaradıb. Toplumda Ermənistanın bir dövlət kimi çökəcəyi əndişəsi var. Rəsmi İrəvan və eləcə də erməni lobbi təşkilatları mövcud durumdan xilas olmağın yollarını aramaqdadır. Bu yöndə bir sıra iri layihələr hazırlanıb və onları gerçəkləşdirmə prosesinə başlanıb.

İndiki məqamda "Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılıb ABŞ-ın ağuşuna atılması" layihəsinə önəm verənlərin sayı artmaqdadır. AB və ABŞ-la yaxınlaşmaq üçün Ermənistan Gürcüstan üzərindən infrastrukturlar yaratmaq niyyətini gündəmə gətirib. Bütün bunlarla yanaşı, erməni revanşizminin nəticəsi olaraq Gürcüstandakı qədim kilsələrə sahib çıxmaq, Ahısqa vilayətində "Erməni Milli Muxtariyyəti" yaratmaq, "Lori vilayətinin dağlıq hissəsini Ermənistana birləşdirmək" kimi bölücü niyyətlərdən də əl çəkmir. Buna qarşılıq olaraq, Gürcüstan tərəfi Ermənistanın dünyaya çıxışı üçün tam əsaslı olaraq çox ciddi problemlər yaratmaqdadır. Ziddiyyət bundadır.

Gürcüstanda erməni "patriarxlığı" ideyasına qarşı Tiflisin dirənişi

Gürcüstan ərazisində protoxristian abidələrinin sayı yetərincədir. Bunların bir qisminin çeçen, xevsur, svan, abxaz, avar və digər xalqlarla yanaşı, qaraçay, balkar, kumuk və Azərbaycan türklərinə məxsusluğunu zaman-zaman gürcü patriarxlığı da etiraf edib. Son 1500 illik tarixdə gürcülər bu protoxristian abidələrinə əl vurmayıblar. Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra buraya dünyanın digər regionlarından köçürülən ermənilər 200 ilə yaxındır həmin protoxriastian abidələrini bir-bir mənimsəməkdə və "erməniləşdirmək"dədir. Bu gün erməni və gürcü kilsəsinin həmin protoxristian abidələri uğrunda savaşa başlamasının bir səbəbi də Gürcüstanda "alternativ patriarxlığ"ın yaradılma ideyasıdır.

Rəsmi Tiflisin fikrincə, Gürcüstan kimi kiçik bir dövlətin ərazisində bütün xristian kilsələrini birləşdirən bir mərkəz olmalıdır. Gürcü kilsəsi bunu əsaslandırdıqdan sonra ölkədəki rus provaslav kilsəsini "Gürcü Ortodoks kilsəsi"nə bağlaya bildi. Ermənilər isə "qriqorian kilsəsi"nin gürcü patriarxlığına tabe olmamasında israrlıdır.

REKLAM

Buna görə də Ahısqa vilayətinin mərkəzi Axalkələkdə "Gürcüstan Erməni Kilsələri Patriarxlığı"nın yaradılma ideyası ilə çıxış edirlər.

İrəvandakı "Qərbi Ermənistan Elmi Araşdırmalar Mərkəzi"nin sədri Aykazun Alvrtsyan bildirib ki: "Rusiya Quzey Qafqazı itirmiş olarsa, bu zaman Qaraçay-Çərkəz, Kabarda-Balkar, Quzey Osetiya, İnquşetiya, Dağıstan, Adıgey, Çeçenistan respublikaları ilə yanaşı, Krasnodar və Stavropol vilayətlərindəki protoxristian abidələri və yeni xristian kilsələri" erməni patriarxlığı"nın nəzarətinə keçməlidir. Qafqazda xristian abidələrinin, kilsələrinin və digər infrastrukturların kimin əlində daha çox cəmlənməsinin xüsusi önəmi var. Qərbin Qafqaz siyasətində ermənilərin məhz bu faktora söykənib 19-cu yüzildən çar Rusiyasının hesabına qazandıqlarına yenidən malik ola bilərlər".

Bütün bunlarla yanaşı, "Qərbi Ermənistan" adı altında Gürcüstanın Borçalı vilayətinin "Başkeçid" regionunun "Dağlıq Lori" adı altında erməniləşdirilməsi siyasətinə başlanıb. Erməni strateji mərkəzlərinin fikrincə, Gürcüstanda "türk ekspansiyası" siyasəti son 10 ildə daha da güclənib. Bunun qarşısı alınmalıdır. Ona görə də Başkeçid kimi coğrafi, hərbi, siyasi və strateji önəm daşıyan region ya Lori vilayətinin tarixi ərazisi kimi Ermənistana birləşdirilməli, ya da buralar erməni əhalisinin hesabına üstün mövqeyə çıxarılmalıdır.

Əslində Ermənistanın nəzarətində olan Lori vilayəti Qazax-Borçalının tarixi torpaqlarıdır. Orta yüzillərdə bu belə idi. Buralar bəzən Dağ Borçalı, ya da Dağlıq Qazax adlanıb. Başkeçid rayonu əgər erməniləşdirilərsə, yaxın 25-30 ildə Borçalı regionu türklərdən təmizlənə bilər. Bu strategiyanın məntiqi kimi Ahısqa vilayətinin ardınca Borçalıya sahib çıxmaqla, Gürcüstanın erməniləşdirilməsi siyasəti gerçəkləşmiş olacaqdır.

Dağlıq bölgələrin erməniləşdirilmə siyasətinin gizlinləri

Gürcü tədqiqatçısı Vano Tumanişvili Ahısqa vilayətini qarış-qarış gəzərək müəyyən edib ki, vilayətdə hazırda 100 minə yaxın erməni yaşayır. Onlar Gürcüstanın Türkiyə və Qara dəniz sərhədləri boyunca dağlıq ərazilərdə məskunlaşmaq siyasətini son 60-70 ildə daha da gücləndiriblər. İndi bu ərazilərdə gürcülər "milli azlığ"a çevrilməkdədir. Çünki ağır həyat şəraitinə dözməyən gürcü əhalisi iri şəhərlərə köçdükləri zaman onlara məxsus olan kəndlərə dərhal erməni ailələri yerləşir. Bunun ardınca isə gürcülərə məxsus kilsələr, digər dini abidələr, hətta məzarlıqlar dərhal "erməniləşdirilir".

Gürcüstanda erməni siyasəti üzrə ixtisaslaşmış gürcü alimləri dəfələrlə dövlət rəsmilərinə müraciətlər edərək həyəcan təbili çalıblar. Diqqəti buna yönəldiblər ki, erməni diaspor təşkilatları və Gürcüstandakı erməni ictimai təşkilatları dağlıq regionların erməniləşməsi siyasətini maliyyələşdirən xüsusi fondlar yaradıblar. Onlar Gürcüstanın dağlıq regionlarında demoqrafik şəraiti ermənilərin xeyrinə yönləndirməyə çalışırlar.

Məşhur armenoloq Bondo Arveladze bu siyasətin görünməyən tərəflərini tədqiq edərək yazır ki, Acarıstanda 1982-1983 və Svanetiya vilayətində 1989-1990-cı illərdə baş vermiş təbii fəlakətlərə görə faciə qurbanlarına çevrilmiş acarların və svanların Ahısqa vilayəti çevrəsindəki Huloy və digər rayonlarda məskunlaşmalarına qarşı ermənilər sərt təpkilər göstərmişlər. 1991-2005-ci illərdə Ahısqa vilayətinin Ninosminda rayonunda yaşayan 30 min nəfərlik duxobor rus əhalisi Rusiyanın müxtəlif vilayətlərinə köçüb gediblər. Həmin kəndlərə isə Ermənistandan gətirilmiş erməni ailələri yerləşdiriliblər. Bu ailələrə erməni diaspor təşkilatları tərəfindən külli miqdarda maliyyə yardımları olunub. Bu sırada ən iri məbləğdə yardımlar Rusiyadakı erməni şirkətləri tərəfindən göstərilib.

Hazırda "Merab Kostava Fondu" və "Ahısqanın Dirçəlişi" cəmiyyəti adlı qurumlar Ninosmindv, Axalkələk, Axaltsıq, Aspindza, Adıgün, Tsalka, Borjomi rayonlarının tam erməniləşdirilməsi üçün Ermənistanın Gümrü şəhəri ətrafındakı kəndlərin əhalisinin bu bölgələrdə məskunlaşmasını həyata keçirirlər.

"Gürcüstanda erməni koloniyaları" mövzusunda xüsusi tədqiqatlar aparan mütəxəssislərin fikrincə, bu siyasət əvvəllər Moskvadan idarə olunurdusa, indi bu sırada ön yerdə məhz Qərbin əli var. Onların fikrincə, Gürcüstan dövlətçiliyi üçün ən böyük faciə dağlıq ərazilərdə ermənilərin məskunlaşması, həmin ərazilərdə Ermənistanın təsir gücünün artmasıdır. Hətta Ermənistanın bu yöndə Gürcüstan dövlətçiliyinə meydan oxuması kimi hallara da rast gəlinir. Abxaziya və Güney Osetiyadan olan gürcü qaçqınların çoxu məhz Ahısqa vilayətində məskunlaşdırılsa da, sonradan qaçqınlar bəlli olmayan səbəbdən regiondan köçüb getməyə məcbur olurlar.

Bakı-Tiflis-Kars dəmir yolu, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri Ahısqa vilayətinin ərazisindən keçir. Gürcü mütəxəssislərin fikrincə, burada Türkiyə ilə sınırdakı Bavr keçid məntəqəsi gürcü polisinin nəzarətində olsa da, ermənilər daim Azərbaycan-Gürcüstan-Türkiyə iqtisadi layihələrini təhlükəyə məruz qoya bilərlər. Ermənilər Ahısqa türklərinin tarixi vətənlərinə və torpaqlarına dönmələrinə qarşı 1957-ci ildən bu günə kimi dirəniş göstərir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
"Minsk Qrupundan başqası yoxdur"
ATƏT-in Bakı ofisinin rəhbəri həmsədrlərin dəyişdirilməsinə normal baxır

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir
Onun sözlərinə görə, ölkələr Xəzərin yalnız siyasi deyil, həm də ekologi problemləri ilə maraqlanmalıdırlar

Bakıdan iki nazir İrəvana gedəcək
Tərəflərin müqavilə imzalaması nəzərdə tutulur

Zbiqnev Bjezinski NATO-nun gələcəyi barədə düşünür
Onun sual və təkliflərinə baxışlar fərqlidir

Azərbaycan - Qazaxıstan münasibətlərində "qızğın payız"
Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsisində daha böyük irəliləyiş olacağı gözlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər