Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Hüseyn Arabul: "Mənə nəsə içirdib sərhədi keçiriblər"
Hüseyn Arabul: "Mənə nəsə içirdib sərhədi keçiriblər"
Bu "onun üçün qurulmuş bir tələ"mi?
Şənbə, 29.08.2009

mətn ölçüsü  

Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə və rüşvət verməkdə ittiham olunan "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri işləmiş Hüseyn Arabul, Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərovun məhkəməsi başlayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən proses dövlət ittihamçısı ittiham aktını oxuması ilə başladı. Bəlli oldu ki, təqsirləndirilənlər - Hüseyn Arabul, Ayhan Dönməz, Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev və Ramal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar. İttihama görə, Arabul Ahmet Arslanın adına yazılmaqla öz fotoşəkli əks olunmuş saxta sürücülük vəsiqəsi əldə edib.

Hüseyn Arabulun ittihamında nələr yazılıb?

O özünü Avşar kimi təqdim edən Türkiyə vətəndaşı İrfan Altınbarmakı Azərbaycana dəvət edərək əvvəlcə yük maşınları ilə Qazaxıstana getməyi planlaşdırıb. Lakin bu planı həyata keçirə bilmədiyindən Gürcüstanla olan sərhədi pozmaqla ölkəni tərk etməyi qərara alıb. Onlar bu məqsədlə Azərbaycanda iş adamı kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Tarik Olmaçin vasitəsilə Ayhan Dönməzlə əlaqəyə girərək ondan kömək istəyiblər.

Bunun müqabilində Ayhana 8 min dollar məbləğində pul verəcəklərini vəd ediblər. Ayhan pulun 5000 dollarını qəbul edib. Qaynı, Şəmkir rayon sakini Ramal Ələkbərovla bu barədə danışaraq onun vasitəsilə Hüseyn Arabulun və İrfan Altınbarmakın mayın 24-də Şəmkir rayonuna getməsini təşkil edib. Bu işə görə Ələkbərova 3000 ABŞ dolları vəd olunub.

Arabul Şəmkir və Qazax rayonunda Əhməd adı ilə yaşayıb və tanınmamaq üçün saçını rəngləyib, özünə istirahət edən adam görkəmi vermək məqsədilə balıqçı paltarı geyinərək üstündə balıqçı tilovu gəzdirib.

Hüseyn Arabuldan sərhədçilərə 30 min rüşvət təklifi

Ələkbərov Moskvaya getməli olduğundan Arabulun sərhədi qanunsuz keçməsini təşkil etməyi dostu Mahir Lətifova tapşırıb. Lətifov mayın 29-da Arabulla İrfanı Şəmkirdən Qazaxa gətirərək "Göyəzən" mehmanxanasına yerləşdirib. Arabul saxlanarkən izahatında sərhədi qanunsuz keçdiyini bildirib və bu barədə rəhbərliyə məruzə edilməməsi, geriyə Azərbaycana buraxılması üçün 30 min dollar pul təklif edib. Prokurorun çıxışından sonra Ayhan Dönməz ifadə verdi. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Təqsirləndirilənlər Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərov da ifadələrində özlərini təqsirli bilmədilər. Onlar sərhəddən keçməsinə kömək edəcəkləri şəxsin Hüseyn Arabul olduğundan xəbərsiz olduqlarını deyiblər və həmin şəxsin onlara Əhməd kimi təqdim edildiklərini bildiriblər.

"Günahsız insanlar heç bir əsas olmadan azadlıqdan məhrum ediliblər"

Daha sonra ifadə verməyə başlayan Hüseyn Arabul elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Hüseyn Arabulun sözlərinə görə, onun barəsində qondarma ittihamlar yazılıb.

REKLAM

O qeyd edib ki, müttəhimlər kürsüsündə tanımadığı şəxslərlə əyləşib və onların heç biri ilə təmasda olmayıb: "Burada ittiham olunan şəxslərin heç bir günahı yoxdur. Günahsız insanlar heç bir əsas olmadan azadlıqdan məhrum ediliblər. Bu şəxslərin həbs edilməsinə görə mən vicdan əzabı çəkirəm. Mən burada bütün ittihamlara aydınlıq gətirəcəm və səslənən fikirlər aydın olacaq. Mənim aydınlıq gətirməmdən sonra məhkəmə dövlət məmurlarına qarşı sərt tədbirlər görmək məcburiyyətində qalacaq. Əks halda, məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edəcəm".

Hüseyn Arabul Azərbaycanın Şəmkir və Qazax rayonlarına getməsinə aydınlıq gətirdi: "Mən Azərbaycanın bütün bölgələrini gəzmişəm. Şəmkir və Qazağa da gəzmək üçün getmişdim. Həmin rayonların gözəl təbiətləri var və təbiətdə gəzmək mənim xoşuma gəlirdi. Orada olan insanlarla toplantı keçirirdik".

"Azərbaycan sərhədini keçdikdən sonra özümə gəldim"

Onun sözlərinə görə, Qazax rayonunda olduğu vaxt İrfan Altınbarmak adlı bir türk onu aldadaraq, Gürcüstan tərəfə keçirib: "Həmin vaxt özümdə deyildim, anlaqsız vəziyyətdə idim. Artıq Azərbaycan sərhədini keçdikdən sonra özümə gəldim, yanlış addım atdığımı anladım. Gürcü sərhədçilərə yaxınlaşaraq. Azərbaycan tərəfə qayıtmağımda mənə köməklik göstərmələrini xahiş etdim. Onlar məni Azərbaycan sərhədçilərinə təslim etdilər. Amma mən Azərbaycan sərhədçilərinə sərhədi pozmadığımı anlada bilmədim. Aldadılaraq sərhədi keçmişəm, səhvimi tez başa düşərək geri qayıtmaq istəmişəm. Mən tərcüməçi və vəkilimlə təmin edilməmi tələb etsəm də, tələblərimə əhəmiyyət verən olmadı. Sərhədçilər dedilər ki, burada qanunları biz idarə edirik. Mənim dindirilməmlə bağlı heç bir protokol tərtib edilmədi. Daha sonra mənim adımdan iki izahat və ifadə yazıldı. Həmin şahid ifadələrində guya məni məcbur tutduqlarını qeyd ediblər. Bunların hamısı uydurma ittihamdır. Mən sərhədçilərə özüm könüllü təslim olmuşam. Azərbaycanda bu qədər haqsız vəziyyətə düşmüşəm".

"Sərhədçilərə rüşvət təklif etməm görüntüsünü yaratdılar"

O bildirdi ki, sərhədçilər onu polkovnik-leytenant Arzu Hüseynovun yanına gətiriblər: "Polkovnik-leytenantın əsəbi danışdığını gördüm. Mən maşın yolundan keçdiyimi bildirsəm də, dedilər ki, bu mümkünsüzdür. Mənim torpaq yolla qanunsuz keçdiyim görüntüsünü yaratmağa başladılar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Qardaşını öldürüb tualetdə basdırıb
Əhvalat Goranboyda torpaq münaqişəsi zəminində baş verib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər