Dünya çempionatı seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunlarına hazırlaşan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
AFFA-nın yaydığı məlumata görə, toplantının arxada qalan hissəsində 21 futbolçuya şans verən Berti Foqts daha 10 oyunçunu heyətə cəlb edib. Avropa Liqasında çıxışlarını dayandıran "Bakı" və "Qarabağ"ı təmsil edən bu futbolçular Bakıda hazırlıq keçən yığmaya qoşulublar. Millimizin zədəli olan kapitanı Rəşad Sadıqov isə sentyabrın 5-də Finlandiya, 9-də Almaniya ilə matçlara çağırılan heyətdə yer almayıb.
Messi - ən yaxşı futbolçuArgentina yığması və "Barselona" klubunun şərəfini qoruyan Lionel Messi UEFA miqyaslı yarışların 2008/09 mövsümünün ən yaxşı futbolçusu seçilib.