Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Beşiktaş" "Mançester Yunayted"ə rəqib oldu
"Beşiktaş" "Mançester Yunayted"ə rəqib oldu
Şənbə, 29.08.2009


Kərim
mətn ölçüsü  

Ötən gün Çempionlar Liqası (ÇL) qrup mərhələsinin püşkatması keçirilib. Bu il qrup mərhələsində 18 ölkənin klubları mübarizə aparacaq. 32 iştirakçıdan 8-i Çempionlar Liqası qrup turnirində ilk dəfə çıxış edəcək. Almaniya çempionu "Volfsburq", o cümlədən "Rubin", "Alkmaar", "Debretsen", "Apoel", "Yunirea", "Sürix", "Standard" da ÇL qrup mərhələsinin debütantlarıdır.

Çempionlar Liqasının qalibi "Barselona" titulunu qorumaq üçün qrupda İtaliya və iki slavyan ölkəsi təmsilçisi ilə qarşılaşacaq. Odur ki, futbolsevərlərin baxımlı futbol görəcəkləri şübhə doğurmur. Bu qrupda intriqa doğuracaq bir məqam da "Barselona" ilə "İnter" arasında futbolçu mübadiləsindən qaynaqlanır. Belə ki, İspaniya klubu Samuel Etonu İtaliya komandasına verib, əvəzində Zlatan İbrahimoviçi alıb. İndi bu iki çox güclü hücumçu keçmiş klublarına qarşı oynayacaqlar. Rusiya və Ukrayna çempionlarının da qarşıdurması qızğın mübarizə vəd edir.

Püşkatma Türkiyə çempionu "Beşiktaş"a İngiltərənin güclü "Mançester Yunanayted" klubunu rəqib seçib. Ötən mövsüm gözlənilmədən Almaniya çempionu olan "Volfsburq"da "Beşiktaş"ın rəqiblərindən biridir.

Qrup mərhələsinin matçları sentyabrın 15-də başlanır. Qruplarda birinci və ikinci yeri tutan komandalar gələn ilin yazında keçiriləcək pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Qruplarda üçüncü yeri tutan komandalar mübarizəni Avropa Liqasının 1/16 finalında davam etdirəcəklər. Çempionlar Liqasının finalı 2010-cu il mayın 22-də Madridin "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq.

A" qrupu - "Bavariya" (Almaniya), "Yuventus" (İtaliya), "Bordo" (Fransa) "Makkabi" (İsrail); "B" qrupu - "Mançester Yunayted" (İngiltərə), MOİK (Rusiya), "Beşiktaş" (Türkiyə), "Volfsburq" (Almaniya); "C" qrupu - "Milan" (İtaliya), "Real" (Madrid, İspaniya), "Marsel" (Fransa), "Sürix" (İsveçrə); "D" qrupu - "Çelsi" (İngiltərə), "Portu" (Portuqaliya), "Atletiko" (İspaniya), "Apoel" (Kipr); "E" qrupu - "Liverpul" (İngiltərə), "Lion" (Fransa), "Fiorentina" (İtaliya), "Debretsen" (Macarıstan); "F" qrupu - "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Dinamo" (Kiyev, Ukrayna), "Rubin" (Rusiya); "G" qrupu - "Sevilya" (İspaniya), "Reyncers" (Şotlandiya), "Ştutqart" (Almaniya), "Yunirea" (Rumıniya); "H" qrupu - "Arsenal" (İngiltərə). "Alkmaar" (Hollandiya), "Olimpiakos" (Yunanıstan), "Standard" (Belçika).


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Qarabağ" və "Bakı" Avropa ilə vidalaşdılar
Avropa Liqası turnirinin dördüncü təsnifat mərhələsinin cavab matçları başa çatdı.

Qadın cüdoçumuza Avroçempionatda bürünc medal
Avqustun 26-da Hollandiyanın Rotterdam şəhərində cüdo üzrə kişi və qadınlar arasında dünya çempionatı başlanıb.

AFFA III turu təxirə saldı
Məqsəd milli komandanın növbəti oyunlara yaxşı hazırlaşmasını təmin etməkdir

Messi - ən yaxşı futbolçu
Argentina yığması və "Barselona" klubunun şərəfini qoruyan Lionel Messi UEFA miqyaslı yarışların 2008/09 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Rəşad Sadıqov millidən kənarda qaldı
Dünya çempionatı seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunlarına hazırlaşan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər