Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
AFFA III turu təxirə saldı
Məqsəd milli komandanın növbəti oyunlara yaxşı hazırlaşmasını təmin etməkdir
Şənbə, 29.08.2009


Ilham
mətn ölçüsü  

Azərbaycan Premyer Liqasında II turun oyunları keçirildi. "Bakı" və "Qarabağ" Avropa Liqasında çıxış etdiyindən, turun nəzərdə tutulan 6 qarşılaşmasından 4-ü baş tutdu.

Mövsümdə ilk oyununu keçirən "Xəzər-Lənkəran" prinsipial rəqiblərindən biri - "İnter"i bir qolla məğlub etdi. Öz meydanında "Turan"a qalib gələn "Neftçi" isə iki qələbə qazanan yeganə komanda oldu. Adrian Neaqanın 11 metrlik cərimə zərbəsindən vurduğu top həm mövsümün ilk penaltisi, həm də "flaqman"ın milli çempionatlar tarixində 900-cü qolu kimi əlamətdar oldu. Bu qələbədən sonra "Neftçi" turnir cədvəlində birincidir. İkinci pillədə isə "Muğan"dır. Salyan təmsilçisi bu dəfə Zaqataladan bir xalla qayıdıb.

İlk turda öz meydanında uduzan "Olimpik-Şüvəlan" bu dəfə səfərdə qalib gəlib. "Karvan"ı məğlub edən bakılılar turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. Sabiq komandasını iki qolla məyus edən Anatoli Doroş sərrast oyunçular siyahısında birincidir. II turun nəticələri: "Xəzər-Lənkəran" - "İnter" - 1:0, "Neftçi" - "Turan" - 2:0, "Simurğ" - "Muğan" - 0:0, "Karvan" - "Olimpik-Şüvəlan" - 2:3.

Premyer Liqanın III turu avqustun 28-dən 30-dək keçirilməli idi. Lakin AFFA-nın qərarına əsasən, turun qarşılaşmaları başqa vaxt oynanılacaq. Buna Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlaşması səbəb olub. Yığmanın seçmə mərhələ oyunlarında daha yaxşı çıxış etməsini istəyən AFFA rəhbərliyi qurumun İcraiyyə Komitəsinin üzvləri ilə razılaşaraq III turun təxirə salınması haqqında qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan yığması dünya çempionatının seçmə oyunları çərçivəsində sentyabrın 5-də Bakıda Finlandiya milli komandasını qəbul edəcək. Senyabrın 12-də isə millimiz səfərdə Almaniya komandasının qonağı olacaq.

III tur təxirə salındıqdan sonra komandalar bir də sentyabrın 11-13-də meydana çıxacaq.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropanın fəthi" başlanmamış bitdi

"Qarabağ" sensasiyaya səbəb oldu

"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır

Premyer Liqanın püşkü avqustun 3-də atılacaq

Premyer Liqanın təqvimi hazırdır

Bölmənin digər xəbərləri
 
"Qarabağ" və "Bakı" Avropa ilə vidalaşdılar
Avropa Liqası turnirinin dördüncü təsnifat mərhələsinin cavab matçları başa çatdı.

Qadın cüdoçumuza Avroçempionatda bürünc medal
Avqustun 26-da Hollandiyanın Rotterdam şəhərində cüdo üzrə kişi və qadınlar arasında dünya çempionatı başlanıb.

"Beşiktaş" "Mançester Yunayted"ə rəqib oldu
Ötən gün Çempionlar Liqası (ÇL) qrup mərhələsinin püşkatması keçirilib.

Messi - ən yaxşı futbolçu
Argentina yığması və "Barselona" klubunun şərəfini qoruyan Lionel Messi UEFA miqyaslı yarışların 2008/09 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Rəşad Sadıqov millidən kənarda qaldı
Dünya çempionatı seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunlarına hazırlaşan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər