Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Seyid Cəfər Pişəvəri yad edildi
Seyid Cəfər Pişəvəri yad edildi
Bu ölməz insanın 117 yaşı tamam oldu
Şənbə, 29.08.2009

mətn ölçüsü  

Avqustun 26-da Yazıçılar Birliyinin Natəvan klubunda "21 Azər" Təşkilatı, Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Seyid Cəfər Pişəvərinin 117-ci doğum günü qeyd edildi. Millətimizin görkəmli oğlu, dövlət xadimi S.C.Pişəvəri Güney Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində dünyaya göz açıb və həyatını Azərbaycan türklərinin şərəfi, namusu və insan haqları uğrunda amansız mücadiləyə həsr edib. Bu yolda öz həyatını itirib və nəsillərə yaxşı ad qoyub getmişdir.

Dünyanın ideoloji cəhətdən iki qütbə bölünməsi ucbatından ötən əsrdə Azərbaycanın bir çox siyasi və dövlət xadimlərinin fəaliyyəti, həyatı doğru, düzgün və tərəfsiz araşdırılmadı. Bundan başqa, elə şəxsiyyətlərimiz var ki, tariximizin böyük və önəmli dövrü onların adı ilə bağlıdır. Belə şəxslər haqqında danışanda və yazanda az qala Azərbaycanın bir əsrlik tarixi xatırlanır. Onlardan biri də Güney Azərbaycanda qurulmuş ilk Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəridir (Cavadzadə).

Bu adam yalnız Azərbaycan üçün deyil, bütün İranın azadlığı, qurtuluşu və demokratikləşməsi üçün ağır mübarizə yolu keçmişdir. 1941-46-cı illərdə İranın və Güney Azərbaycanın xalq hərəkatında unudulmaz, yaddaqalan xidmətləri İranın müasir demokratik ictimaiyyəti, xüsusən gəncliyi tərəfindən bu gün də ehtiramla yad edilir.

Onun 55 illik həyatının siyasi istiqamətinə, məfkurə və düşüncə tərzinə birmənalı yanaşmaq mürəkkəb və çətindir. Maraqlıdır ki, ilk məqalələrini Məhəmməd Əmin Rəsulzadənin Bakıda nəşr etdirdiyi "Açıq söz" qəzetində çap etdirmişdi.

Pişəvərinin həyatı, siyasi fəaliyyəti həmin dövrə uyğun olaraq, çoxçalarlı olub. Bu səbəbdən də onu fərqli mövqelərdən dəyərləndirirlər. Ancaq kimin necə dəyər verməsindən asılı olmayaraq, S.C.Pişəvəri dövrünün görkəmli, dərin təfəkkürlü, millətini sevən, vətəninə bağlı siyasi-ədəbi və dövlət xadimidir. Zaman keçdikcə onun və silahdaşlarının mübarizəsi və fəaliyyəti şübhəsiz ki, daha əhatəli bir şəkildə öyrəniləcək. 1946-cı ildə S.C.Pişəvəri başçılıq etdiyi hökumət adından BMT-yə müraciət edərək, Azərbaycan Milli Hökumətinin tanınmasını istəmişdi. Həmin müraciətdə Azərbaycan türklərinin milli müqəddəratını təyin etməsi, onların Azərbaycanı idarə etməsi üçün yetərincə güclərinin olduğu vurğulanmışdı. Onun ölümü də hələ müəmma olaraq qalmaqdadır. 1947-ci il iyunun 11-də səhər saat 6-da S.C.Pişəvəri, Nuru Quliyev, general Qulam Yəhyanın oturduğu "Ford" markalı maşını erməni sürücü Qarnik Melikyan idarə edirdi. Həmişə arxa oturacaqda əyləşən Pişəvərini bu dəfə qabaq oturacaqda, sürücünün sağında oturdublar. Yevlaxa 14-15 km qalmış "Ford" yolun sağındakı beton divara zərbə ilə dəyir. Sürücüdən başqa sərnişinlərin hər üçü xəsarət alsa da, yalnız S.C.Pişəvəri xəstəxanada dünyasını dəyişir.

Əvvəlcə onu 1947-ci il iyunun 13-də Bakı ətrafında, Buzovnadakı "Yaşıl bağ" ("Nobel bağı") adlanan yerdə dəfn ediblər. 1965-ci il dekabrın 12-də isə onun məzarı oradan Fəxri Xiyabana köçürülüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Gənc bloqçuların azad edilməsi tələb edilir

Bölmənin digər xəbərləri
 
İranda ermənilərin haqları təmin olunub
Türklərə isə seçkilərdə vədlər verilir

İran: fəhlələr aylardır maaş almır
Ölkə iqtisadi böhranla üz-üzədir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər