Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran: fəhlələr aylardır maaş almır
Ölkə iqtisadi böhranla üz-üzədir
Şənbə, 29.08.2009

Sevinc İsmayıl
S.Sədi
mətn ölçüsü  

İranda yeni və zəngin neft yataqlarının kəşfi ilə bağlı Tehrandan məlumat yayıldı. Bu xəbərin gerçəyi nə dərəcədə əks etdirdiyi bir az şübhəlidir. Belə bir fikir dolaşır ki, İran hakimiyyəti bu xəbərlə xarici sərmayədarları ölkəyə yatırım qoymağa şirnikləndirmək istəyir.

"GünAz TV"nin məlumatına əsasən, Tehran hakimiyyəti nağd maliyyə qoyuluşu ilə bağlı qonşu dövlətlərə, o cümlədən Azərbaycana müraciət edib. Tehran onlara yüksək təminat və külli miqdarda gəlir vəd edir.

Fəqət İranda daxili qeyri-sabitlik xarici investorları ürküdür. Digər tərəfdən, İrana qarşı BMT-nin tətbiq etdiyi iqtisadi sanksiya da xarici investorlar üçün çəkindirici faktordur. İrana sərmayə qoymaq istəyən iş adamlarını bir neçə sual düşündürür. Onlardan ən vacibi xarici yatırım cəlb etmək istəyən İran şirkətinin öz işçilərinə olan borcudur.

Bilgiyə əsasən, bir sıra İran şirkətiləri həftələr, hətta aylardır işçilərə məvacib verə bilmir. Örnək olaraq, Əhvazdakı boru istehsal edən şirkəti göstərmək mümkündür. Bu müəssisənin rəhbərliyi artıq neçə aydır işçilərə əməkhaqqı vermir. Göstərmiş olduğu xidmətin haqqı ödənmədiyi üçün iki mindən çox subpodratçı bu zavodla müqaviləsini ləğv edib.

Dövlət mülkiyyətində olan filizçıxarma və metallurgiya müəssisələrində durum daha ağırdır. "İran press"in məlumatına əsasən, 6 aydır bu zavodlar fəhlələrə maaş vermir. Mənbənin bildirdiyinə görə, elə işçilər var 25 aydır əməkhaqqı almır. İran KİV-ləri xəbər verir ki, bu şirkətlərin bir neçəsi 4 aydan artıqdır maaş tələbi ilə piketçilərlə əhatə olunub. Qəzvin şəhərindəki toxuculuq kombinatı da bu problem ucbatından qapadılıb. Əmək Münasibətləri İnformasiya Agentliyinin xəbərinə əsasən, bu müəssisə 4 aydır işçilərə maaş verə bilmir. Hələ bir neçə ay öncə Həmkarlar İttifaqının təmsilçisi Əbdali Kərimi "Fərda" radiosuna müsahibəsində demişdi ki, təxminən 5 min işçinin məşğulluq məsələsi "qeyri-müəyyəndir". Onun bu açıqlamasından az sonra polis bu fəhlə nümayişlərini güc tətbiq etməklə dağıtmışdı.

İranın bir sıra tanınmış neft-kimya və toxuculuq şirkətləri də bənzər problemlə üzləşib. Yerli qəzetlərin yazdığına görə, bu müəssisələr maaş problemini və faktları gizlətməyə, ört-basdır etməyə çalışır. Ümumiyyətlə, İrandakı sayaq zorakı rejimlərdə real statistika bir qayda olaraq gizli saxlanır.

Bunlar ancaq üzdə olan faktlardır və nəticə çıxarmaq üçün yetərlidir. Mahmud Əhmədinejadın yürütdüyü iqtisadi siyasət ölkəni belə bir acınacaqlı duruma salıb və bu siyasətin qarşıdakı dörd ildə davam edəcəyini gözləmək olar. Ölkə iqtisadi böhranla üz-üzədir. Mövcud sosial-iqtisadi problemlərin perspektivdə yeni etiraz dalğası doğuracağı istisna edilmir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında

Bölmənin digər xəbərləri
 
İranda ermənilərin haqları təmin olunub
Türklərə isə seçkilərdə vədlər verilir

Seyid Cəfər Pişəvəri yad edildi
Bu ölməz insanın 117 yaşı tamam oldu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər