Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Məleykə Əsədova: "Tək qalmaq çətindir"
Məleykə Əsədova: "Tək qalmaq çətindir"
və heç bir qadına tənhalıq arzulamır
Şənbə, 29.08.2009

Zəminə Rüstəmova mətn ölçüsü  

"İtgin gəlin" serialından sonra parlayan xalq artisti Məleykə Əsədova sənətdə özünü bəxti gətirənlərdən hesab edir. Şəxsi həyatda isə özünü o qədər də şanslı hesab etmir. Səhnədə ona rolları, həyatda isə yeganə övladı ruh verir:

- Mən bəxti gətirən aktrisayam. Aktrisanın istedadı olmasa, ona kömək etməyin də mənası olmaz. Lütfi Məmmədbəyov istedadımı görməsəydi, məni seriallara, tamaşalara dəvət etməzdi. Rollarımın hamısını yaşayıram. Mən qiraət, nitq mədəniyyəti, diksiya mükəmməlliyinə görə Mikayıl Mirzəyə borcluyam. Onun da üzərimdə əməyi az olmayıb. Xaraktercə elə insanam ki, yaxşılıq itirmirəm. Mənə hörmət edən insanlara həmişə qarşılıqlı hörmət göstərirəm.

- Aktrisa olandan sonra bir çox qohumlar sizdən üz döndərib. Bəs tanınandan sonra necə, münasibət dəyişdimi?

- Təbii. O kəslər ki əvvəllər toylarda oxumağıma, səhnəyə çıxmağıma pis baxır, deyirdilər ki, nəslimizə yaraşmır, həmin insanlar sonradan özlərini mənim ən yaxın qohumlarım kimi təqdim etməyə başladılar. Hətta qohumlarımın sayı çoxaldı.

İnsan ilk növbədə özünə inanmalıdır. Özümə inanmasaydım, bu gün heç nə əldə etməzdim. Başqa bir məsələdir ki, alın yazısının, taleyin də rolu var.

REKLAM

Əvvəllər alın yazısına inanmırdım. Lakin bu gün əksinə düşünürəm. Teatrdakı uğurlarıma gəlincə, onları asanlıqla əldə etməmişəm. Hər rol üzərində aylarla çalışmışam.

- Həm teatrda çalışmaq, həm də övlad qayğısı. Çətin deyil ki?

- Əvvəllər yalnız səhnəyə bağlı idim. Bu gün balaca qızım mənim üçün həyat deməkdir. Boş vaxtlarımı yalnız qızımla bölüşürəm. Onu savadlı bir insan kimi görməyi arzu edirəm.

- Aktrisamı?

- İstəməzdim aktrisa olsun. Çünki bu sənət çox çətindir. Özüm bu çətinlikləri keçdiyim üçün belə fikirdəyəm.

- Bəs ailəniz nə səbəbdən dağıldı?

- Yalan üzündən. Ancaq ağ yalan danışılanda bağışlamağı bacarmıram. Ailə müqəddəsdir, heç kim istəməz ki, ailəsi dağılsın. Ancaq həyat öz diktəsini yeridir, yəqin, bu da alın yazısı imiş.

Tək qalmaq çətindir. Əgər qızım olmasaydı, bəlkə də ayaq üstə durmağa çətinlik çəkərdim. Bir qadın, bir ana üçün tək olmaq həm məsuliyyətli, həm də ağırdır. Bilirəm ki, ağır bir yük altındayam. Heç bir qadına tənhalıq arzulamıram. Qadın sevdikcə, sevildikcə gəncləşir, gözəlləşir.

- Bəziləri sizi özündənrazı kimi tanıyırlar. Bu belədirmi?

- Olanı deməliyəmsə - həyatda çox sadəyəm. Ən azı bunu ətrafımdakı insanlar, qohumlar, yaxınlar bilir. Efirdə bəlkə də elə görünürəm.

- Mətbəxdə həvəslə çalışmağa gəldikdə?

- Düzünü deyim ki, mətbəxlə o qədər də aram yoxdur. Dadlı yeməkləri isə sevirəm. Xüsusilə də balıq yeməklərini. Axı balıqçı qızı olmuşam.

- Haqqınızda nələrsə söylənir. Amma siz hər variantda susursunuz...

- Bu kimi söhbətləri mənəviyyatsız kəslər yayır. Tanınmış insanlar barədə çox adam çox söz danışar. Əgər hər sözə cavab verəsi olsam, gərək bütün işlərim ikinci plana keçsin.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq

Bölmənin digər xəbərləri
 
Firəngiz Mütəllimova: "Firəngiz yatdım, Gülnar oyandım"
Xalq artisti ən böyük xoşbəxtliyi sağlamlıqda görür

Azəri qızı Günel teleaparıcı oldu
Sənətçinin təqdimatı telekanal rəhbərliyinin ürəyincə olub

Kim zövqlü, kim zövqsüz?
Bizdə Avropanı yamsılamaq dəbdədir

İlham Namiq Kamal: "Bəzən görürsən, bir filmi iki nəfər dublyaj edir"
Aktyor bunu kinoya yüngül, bəsit münasibət sayır

Samir Piriyev Türkiyə müstəvisinə meyillənir
Mahnılarının taleyini türk musiqiçilərə etibar edir

Rəqsanə ucuz qalmaqallardan qaçacaq
Yalnız öz sənət dünyası ilə yaşamaq fikrindədir

Röya konsert günlərini qısaltmalı oldu
10 gün əvəzinə bu dəfə 6 gün oxuyacaq

Sənubər İsgəndərli rejissorluğa üz tutur
Onu bu peşəyə Ülviyyə Könül meyilləndirib

Xalçaçılıq: böyük bir sənət böhran içərisində
Növbəti Xalça Konqresi bir dönüş yaradacaqmı?

Hörmətli Mehriban xanım!
Bu yaxınlarda oxuduq ki, YUNESKO İçərişəhəri məhv olan və dağılan abidələr siyahısından çıxarıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər