Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Kim zövqlü, kim zövqsüz?
Kim zövqlü, kim zövqsüz?
Bizdə Avropanı yamsılamaq dəbdədir
Şənbə, 29.08.2009

mətn ölçüsü  

Əvvəllər hər hansı sənətçinin adı çəkiləndə gözümüzdə onun özünəməxsus libasları və saç düzümü canlanardı. İndi xarici görünüş o qədər sürətlə dəyişir ki, imic anlayışına düzəliş vermək lazım gəlir. Bəs, sənətçilər hansı modelyerlərlə çalışır? Onlar üçün modelyerlərlə işləmək daha sərfəlidir, yoxsa hazır geyim almaq? Kiçik bir sorğudan bəlli oldu ki, Röya xüsusi stilistlə çalışmayan sənətçidir. Yalnız konsert və çəkilişlər zamanı bu işin peşəkarları ilə işləyir:

"Bu günə kimi konsertlərdə modelyer əməyindən bəhrələnmişəm. Əksər hallarda isə hazır geyimlər alıram. Elə vaxt olub ki, konsertə sadə paltarda çıxmışam. Çünki mən tamaşaçını geyimimlə deyil, sənətimlə maraqlandırmaq istəyirəm".

Stilist Syama ilə çalışan Xumar Qədimova isə imicini ifa tərzi ilə uyğunlaşdırdığını bildirdi:

- Mən dəblə geyinməyin tərəfdarı deyiləm, əsas odur ki, özünə yaraşanı tapasan. Moda ilə geyinməyi də xoşlayıram, amma bunu mən geyinirəmsə, öz fikirlərim də olmalıdır. Əks halda özümü narahat hiss edirəm və həmin geyimdən bir və ya iki dəfə istifadə edəndən sonra qarderobda saxlayıram. İradə İbrahimova 10 illik yaradıcılığı dövründə yalnız stilist Syamanın əməyindən bəhrələndiyini deyir. Bunu isə adi günlərdə deyil, klip çəkilişlərində göstərir. Digər geyimlərini isə özü seçir. Deyir ki, qarderobunu təzələmək üçün onun başqa ölkələrə səfərə çıxdığı günlər də olub. Eyni zamanda paytaxt mağazalarına üz tutmaqla zövqünü təzələdiyini deyir.

Müğənni Xuraman Şuşalı xüsusi imicmeykerinin olmadığını söylədi. Səfərdə olarkən qarderobunu hazır geyimlərlə zənginləşdirdiyini bildirdi.

REKLAM

Adi günlərdə isə o, paytaxtdakı geyim mağazalarına üz tutur.

İmici bir çoxları tərəfindən birmənalı qarşılanmayan Nazpəri Dostəliyeva bir müddət stilist Syama ilə çalışsa da, hazırda stilini özü müəyyənləşdirir və xarici ölkələrdən alınan geyimlərə üstünlük verir. İmicinin birmənalı qarşılanmaması fikri ilə razılaşmayan Nazpəri xanım dedi ki, onun imicini çoxları bəyənir:

- Bir çox qadınlar gözəllik salonuna gedir və ustadan xahiş edir ki, onu Nazpəri xanıma oxşatsın. Bu mənim üçün fəxrdir. Bu imici heç kəs yox, özüm seçmişəm. Əməkdar artist Sevda Ələkbərzadənin fikrincə, hərə öz zövqünə görə geyinməlidir: "Səhnəyə təzə çıxan müğənnilər həm görünüş, həm də rəqsləri ilə özlərini xaricilərə oxşadırlar. Səhnə görünüşüm mənə, ifa tərzimə mütləq yaraşmalıdır. Hazırda heç bir stilistlə çalışmıram. Öz zövqümə inanıram". Xalq artisti Firəngiz Mütəllimova hesab edir ki, imic təkcə geyimlə ölçülmür, yaradıcılığa da aid ola bilər:

- Məsələn, mənim imicim "Gülnar"dır. Əvvəllər lirik obrazlar oynayırdımsa, indi komik rollar oynayıram. Yəqin, bu da imicin dəyişməsidir. Aktrisa modelyerlə çalışmağa da bir o qədər üstünlük vermir. Rolları kimi seçdiyi geyimlərinin də ona yaraşdığını deyir. Bir zamanlar bir çox sənət adamının vizaj işlərini üzərinə götürən Azərbaycan Moda Assosiasiyasının vizaj departamentinin sədri Fatma Əkbərova hazırda imicmeykerlik məktəbi yaratmaqla bağlı işlər görüldüyünü dedi. İndikilərin imicindən razı qalmayan Fatma Əkbərova Röyanın stilini bəyəndiyini söylədi. Röya istisna olmaqla, digər müğənnilərin zövqsüz geyindiklərini deyən vizajist "zövqsüzlər" sırasına Aygün Kazımova və Nazpəri Dostəliyevanı da aid edir. Vizajist Ülviyyə xanım isə gənc müğənnilərin yaşlarına uyğun geyinməkdiklərindən gileyləndi: "Moskvada ulduzlar səhnəyə necə çıxırlar? Geyim çox cəlbedici olanda saç düzümü, makiyaj sadə olur. Tanınmış ölkələrin çoxunda imicmeykerlik məktəbi var. Bizdə həmin məktəbin yaranması üçün mühit onlardakı səviyyəyə çatmayıb". Sənətçi səhnəyə çıxanda işıqların, həmçinin efirdə görünüşün nəzərə alınmadığını deyən gənc modelyer Günel Vidadinin fikrincə, bu gün hər dükan satıcısı, alverçi özünü "stilist" sayır. Modelyer sənətçilərin özlərini xarici ulduzlara oxşatmalarına da münasibət bildirdi: "Elə müğənnilər var fikirləşirlər ki, xarici müğənniyə oxşasalar, daha məşhur olarlar. Bu da düşüncə tərzinin olmamasından irəli gəlir. Düşünürlər ki, xaricilər bizdən ağıllıdır. Amma bizim elə gözəl milli xüsusiyyətlərimiz, geyimlərimiz var ki, əksər hallarda əcnəbilər bu görüntüyə həsəd aparırlar". Deyilənə görə, dünyada ən güclü imicmeyker məktəbi Hollivudda, ən yaxşı saç ustaları Parisdə, ən yaxşı vizajistlər Milandadır. Bizimkilər də öz imiclərini bu deyim üzərində qurmaqla, Avropanı yamsılamağa çalışırlar. Ona görə ki, dəbi Avropa diktə edir. Sadəcə, ulduzlar effekt və defektlərini yaxşı bilməlidir. Bundan başqa, insanın öz görünüşündə estetika olmalıdır. Bir də ən başlıcası - zövqün olmasıdır. Geyimin də gözəlliyi açıq-saçıqlıqda deyil, yaraşmasındadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib

Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi

Bölmənin digər xəbərləri
 
Firəngiz Mütəllimova: "Firəngiz yatdım, Gülnar oyandım"
Xalq artisti ən böyük xoşbəxtliyi sağlamlıqda görür

Azəri qızı Günel teleaparıcı oldu
Sənətçinin təqdimatı telekanal rəhbərliyinin ürəyincə olub

İlham Namiq Kamal: "Bəzən görürsən, bir filmi iki nəfər dublyaj edir"
Aktyor bunu kinoya yüngül, bəsit münasibət sayır

Məleykə Əsədova: "Tək qalmaq çətindir"
və heç bir qadına tənhalıq arzulamır

Samir Piriyev Türkiyə müstəvisinə meyillənir
Mahnılarının taleyini türk musiqiçilərə etibar edir

Rəqsanə ucuz qalmaqallardan qaçacaq
Yalnız öz sənət dünyası ilə yaşamaq fikrindədir

Röya konsert günlərini qısaltmalı oldu
10 gün əvəzinə bu dəfə 6 gün oxuyacaq

Sənubər İsgəndərli rejissorluğa üz tutur
Onu bu peşəyə Ülviyyə Könül meyilləndirib

Xalçaçılıq: böyük bir sənət böhran içərisində
Növbəti Xalça Konqresi bir dönüş yaradacaqmı?

Hörmətli Mehriban xanım!
Bu yaxınlarda oxuduq ki, YUNESKO İçərişəhəri məhv olan və dağılan abidələr siyahısından çıxarıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər