Hal-hazırda Ayna qəzetinin 29.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Gəncənin Doğum evi 78 yaşını haqlayıb
Gəncənin Doğum evi 78 yaşını haqlayıb
Amma onun nə vaxt təmir edildiyini xatırlayan yoxdur
Şənbə, 29.08.2009


Aytən Ələkbərova
mətn ölçüsü  

Gəncənin 1 saylı Doğum evi 78 yaşını haqlayır. Amma onun nə vaxt təmir edildiyini burada xatırlayan yoxdur. Tibbi personal sovet dövründəki şəraiti ancaq xəyal edə bilər.

1931-ci ildə istifadəyə verilən bu bina 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. İkinci Dünya müharibəsi illərində hərbi hospital olub. Bu gün isə çox acınacaqlı gündədir. Otaqların, dəhlizlərin vəziyyəti filmlərdəki sürgün düşərgələrini xatırladır. Tibbi personal öz işinin öhdəsindən bu antisanitariya vəziyyətində çətinliklə gəlir. Bir tibb işçisi dedi:

- 1970-ci ildən burada işləyirəm. Bizim vaxtımızda baş həkim Xurşid Hüseynova idi. Onun işlədiyi vaxt xəstəxana əsaslı təmir olundu. Hər il isə şöbələri cari təmir etdirərdi. İndi bu xəstəxana elə bil yiyəsiz qalıb.

Tibb işçisi öz iş otağının divarlarına təəssüfedici bir nəzərlə baxıb başını yelləyir.

Belə bir mühitdə hamilə qadınların necə müayinə olunduğunu, körpələrin nə şəraitdə dünyaya gəldiyini tibbi personal bilir. Buranın nə zaman təmir olunduğunu isə heç kəs bilmir. Baş həkim Təranə Hüseynova bizi dinləməyə vaxtı olmadığını söylədi. Bütün sualları isə səhiyyə idarəsinə ünvanlamağı məsləhət gördü.

Şəhər səhiyyə idarəsinin müdiri Mehman Rzayev bildirdi ki, Gəncə şəhərində iki doğum evi var. Biri artıq əsaslı təmir olunub və funksional olaraq Prenatal Mərkəz adlanır. O dedi:

- Gəncədəki bu iki xəstəxananın heç birində normal doğuş həyata keçirmək üçün şərait yox idi. Hər ikisinin döşəmələri çökmüşdü. Onu da deyim ki, 2 saylı doğum evi uyğunlaşdırılmış binada yerləşib və sovet dövründə xəstəxana layihəsi üzrə tipik səhiyyə müəssisəsi kimi tikilib. Hər iki xəstəxanada vəziyyət ağır idi və bu barədə Səhiyyə Nazirliyinə məlumat vermişdik. İndi 2 saylı Doğum evi əsaslı təmir olunub.

Mehman Rzayev deyir ki, 1 saylı Doğum evinin vəziyyəti şəhərdəki digər tibb ocaqlarının vəziyyətinə baxdıqda "şükürlüdür": "Ən ağır vəziyyətdə olanları ilk növbədə təmir olunmalı obyektlər sırasına daxil edirik. Biz indi Abbas Səhhət adına 1 saylı Şəhər xəstəxanasının təmirinə başlayırıq. Ondan sonra sırada digər tibb ocaqları gəlir. 1 saylı Şəhər xəstəxanasının suyu gəlir, kanalizasiyası işləyir, hətta bu yaxınlarda köhnə çarpayıları hesabdan sildirdim. Çünki onlar infeksiya mənbəyi idi. Həyəti abadlaşdırıldı, gül-çiçək əkildi. Doğum evinə də növbə çatacaq. Gəncədə elə xəstəxanalar var ki, doğum evi onun yanında "beş ulduzlu" oteldir. Psixonevroloji və narkoloji dispanserlərin adını çəkmək kifayətdir".

Mehman Rzayevin cavablarından belə anladıq ki, 1 saylı Doğum evinə növbə çatması üçün illərlə gözləmək lazım gələcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Səhiyyə xidmətlərindən yoxsullara düşən pay
Qanunun verdiyi hüquqların heç 50 faizindən istifadə edilmir

Bəzi QHT-lər sanksiya ilə üzləşə bilər
Bəzilərinə isə qrantın həcmi artırılacaq

Bakı İslam Universiteti lisenziya aldı
Universitetin şöbələri isə mədrəsə statusu ala bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər