Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bakıda dəhşətli faciə
Ata həyat yoldaşını, iki uşağını qətlə yetirdi
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi bu gün Buzovna qəsəbəsində baş verən qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, dünən saat 11:00 radələrində Bakı şəhəri, Əliağa Şıxlinski küçəsi, ev 51, mənzil 10-da pasport qeydiyyatında olan 1957-ci il təvəllüdlü Ələkbərov Ələsgər Mövlud oğlu yaşadığı Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin Albalılıq dayanacağı, Nəriman Əliyev küçəsində yerləşən həyət evində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ələkbərova Jalə Rahib qızını, azyaşlı uşaqlarını - 2001-ci il təvəllüdlü Xatimə Ələkbərovanı və 2008-ci il təvəllüdlü Tapdıq Ələkbərovu bıçaqla çoxsaylı xəsarətlər yetirməklə, xüsusi amansızlıqla qəsdən öldürüb.

İlkin məlumata görə, cinayət qısqanclıq zəminində baş verib. Ələsgər Ələkbərov həmin gün saat 16:00 radələrində Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gələrək könüllü təslim olub və törətdiyi cinayət əməli barədə danışıb.

Ələkbərov Ələsgər Mövlud oğlu barəsində Əzizbəyov rayon Prokurorluğunda CM 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bizim nazir Kilimancaro zirvəsini fəth edib
Bir çox kəndlərimiz isə susuzluqdan yanır

Ermənistan: cinayətkarlığın səviyyəsi 71 faiz artıb
2009-cu ilin birinci yarısında Ermənistanda cinayətkarlığın səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 71% artıb.

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi
Buna səbəb QHT-nin dövlət qeydiyyatına alınmağı olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər