Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Qərbin Qafqaz layihələrinə qarşı plan hazırlandığı güman edilir
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Kollektiv Əməliyyat Reaksiya Qüvvələrinin (KƏRQ) yaradılması haqqında müqavilə çərçivəsində Rusiya ərazisində hərbi bazalar yaradılmasının mümkünlüyü barədə məlumatı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təkzib edir.

"Ermənistanın hərbi bazalarının Dağıstan, Krasnodar və ya Rusiyanın hər hansı bir ərazisində yerləşdirilməsi məsələsinə dair rəsmi məlumatımız yoxdur", - deyə KTMT mətbuat katibi Vitali Struqayev Moskvadan telefonla "Trend"ə bildirib.

Qeyd edək ki, bu günlərin gündəmini məşğul edən mövzulardan biri Rusiyanın Azərbaycanla həmsərhəd ərazilərində Ermənistanın iki hərbi bazasını yerləşdirə bilmək ehtimalı ilə bağlı mətbuat xəbərləridir. KTMT Birləşmiş Qərargahından alınan məlumata istinadən "Regnum" informasiya agentliyi xəbər verir ki, bu, KƏRQ yaratmaq haqqında razılaşma çərçivəsində mümkündür. Söhbətin nəqliyyat infrastrukturuna kömək üçün məhdud hərbi kontingent yerləşdirilməsindən getdiyi deyilir. Eyni məlumata görə, bazaların Krasnodar vilayətinin Daqomıs ərazisində və Dağıstanda yerləşməsi nəzərdə tutulur.

Ermənistan rəsmi dairələrindən bildiriblər ki, belə plan həqiqətən müzakirə olunur: Sövdələşmə baş tutsa, Ermənistan ərazisində daha bir Rusiya hərbi bazası qurula bilər. Həmin bazanın Azərbaycanla sərhəd bölgələrdən birində yerləşdirilmə ehtimalı var.

"MilAz" informasiya agentliyinin məlumatına görə isə, Rusiyanın Ermənistan ərazisində yerləşdirəcəyi ikinci hərbi bazanın mövqeyi 2006-cı ilin əvvəllərindən müəyyən edilib. Məlumata görə, bazanın yeri Gürcüstanın azərbaycanlılar yaşayan Sadaxlı kəndinin (Marneuli rayonu) bir neçə yüz metrliyində - Ermənistan ərazisində yerləşir. Bu bazanın geniş profilli olduğu, burada Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin yerləşəcəyi bildirilir. Eyni zamanda, bu baza bölgədə Raket Əleyhinə Müdafiə (RƏM) sistemi rolunda çıxış edəcək.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov Azərbaycan və Gürcüstan sərhədi yaxınlığında belə bir hərbi bazanın yaradılmasını hər iki dövlətin maraqlarına, milli təhlükəsizliyinə zidd hesab edir. Onun sözlərinə görə, arsenalına ağır silahların, xüsusilə də artilleriya sistemlərinin daxil olacağı bu baza regionda - Ermənistan sərhədlərinə yaxın keçən beynəlxalq layihələrə bilavasitə təhdid doğurur.

İldırım Məmmədov Rusiyanın Azərbaycan sərhədlərində Ermənistan bazalarının yaradılması barədə məlumatları həqiqətə yaxın hesab edir. Onun fikrincə, bu tip məlumatları dövriyyəyə buraxmaqla, Rusiyanın və Ermənistanın hərbi-siyasi dairələri Azərbaycana təzyiq məqsədi güdürlər.

Xatırladaq ki, fevralın əvvəlində KTMT ölkələri liderləri KƏRQ formalaşdırılması üzrə qərar layihəsini imzalayıblar. KƏRQ-in yaradılmasında məqsəd KTMT-nin fəaliyyət ərazisində hər hansı xarakterli böhran vəziyyətinə reaksiya göstərilməsidir.

Rusiya Azərbaycana təsir göstərməklə bərabər Gürcüstanı da daim təzyiqdə saxlayır. Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya isə bildirib ki, ABŞ Dövlət Departamenti bundan sonra da Gürcüstanın müdafiə tələbatına kömək etməyə və Gürcüstan hökuməti ilə sıx əlaqədə işləməyi davam etdirməyə hazırdır. Kuteliyanın sözlərinə görə, Gürcüstan əvvəlki kimi NATO üzrə müttəfiqlərlə çox yaxşı hərbi münasibətlərə malikdir və alyansın standartlarının yerinə yetirilməsi məsələsi fəal şəkildə Gürcüstan - NATO Şurası çərçivəsində müzakirə olunur.

"Gürcüstan NATO-ya üzvlük yolundadır, bu isə o deməkdir ki, ölkə silahlandırma standartı da daxil olmaqla, blokun standartlarına uyğun olmalıdır", - Gürcüstanın səfiri Kuteliya belə hesab edir.

Ukrayna və Gürcüstanın quruma daxilolma məsələsi üzrə NATO dövlətlərinin mövqeyi son aylarda dəyişməyib: "Alyansın standartları əvəlki kimi qalır, lakin bu dövlətlər hələ ki onlara uyğun deyil". Bu barədə NATO-nun rəsmi nümayəndəsi Ceyms Appaturay bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir

Ermənistan dünyanı aldadır

"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar

Ermənistan ordusunun çağırışçı problemi

Miqrantların vətənə göndərdikləri pullar azalır

Bölmənin digər xəbərləri
 
Xəzər Sammitinin tarixi müəyyənləşdi
Aktauda 4 sahilyanı dövlətin lideri görüşəcək

Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Hərbi vəsaitlərdən düzgün istifadəyə zəmanət mexanizmi isə yoxmuş

Dağlıq Qarabağ probleminin həlli modeli
Qərb və Rusiyanın belə bir modeli yoxdur, Azərbaycanın isə var

İrəvan bu günlərdə nəylə nəfəs alır?
Mülahizə və düşüncələr bəsit və yarımçıqdır. Və bir də bizim hər yaxşı işimiz orada əyri gözdə görülür

Azərbaycanın xilaskarı, Bakı qəhrəmanı
15 sentyabr ərəfəsində Nuru paşanı yad edərkən

NATO-nun yeni Azərbaycan siyasəti
İran və Rusiyanın strateji maraqlarına xidmət edən informasiya qurumlarının fəaliyyəti məhdudlaşdırılacaqmı?

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"
Nazir Azad Rəhimov KİV-i məsələni siyasiləşdirməməyə çağırdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər