Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"
Nazir Azad Rəhimov KİV-i məsələni siyasiləşdirməməyə çağırdı
Şənbə, 22.08.2009


S.Abbaszadə
mətn ölçüsü  

"Son vaxtlar bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın "Eurovision-2009" mahnı müsabiqəsində iştirakı ilə bağlı məsələ gündəmə gətirilir. Qeyd etmək lazımdır ki, bu müsabiqədə Azərbaycan öz qonşularını xeyli qabaqlayaraq ön sıralarda layiqli yerini tutub. Bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın, həmçinin ölkənin hüquq-mühafizə orqanlarının ünvanına əsası olmayan ittihamlar səslənməkdədir. Azərbaycanda "Eurovision" layihəsinə dövlət tərəfindən rəsmi olaraq dəstək verən bir nazirliyin rəhbəri olaraq yaranmış vəziyyəti araşdırmaq və məsələ ilə bağlı müvafiq fikir bildirmək əzmindəyəm". Bunu APA-ya müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

"Məsələni araşdırarkən müəyyən olunub ki, sözügedən müsabiqə zamanı Azərbaycandan Ermənistan iştirakçısına səs vermiş şəxslərin sayı və siyahısı nə müsabiqə zamanı, nə də müsabiqədən sonra Azərbaycan tərəfində mövcud olmayıb. Belə olduğu halda, məsələdə adı hallanan Rövşən Nəsirovun belə bir siyahını görməsi ciddi şübhə doğurur. Digər şübhə doğuran məqam ondan ibarətdir ki, nəyə görə səs verənlərdən məhz və yalnız Rövşən Nəsirov MTN-ə çağırılıb. Deməli, adıçəkilən "43 nəfərin siyahısı" bəzi səriştəsiz jurnalistlərin təxəyyülündən başqa bir şey deyildir".

Azad Rəhimov bəzi kütləvi informasiya vasitələrinin bu mövzunu qəsdən siyasiləşdirməyə çalışdığını bildirib: "Bizi məyus edən məqam odur ki, "Azadlıq" radiosunun Azərbaycan xidməti kimi bir sıra kütləvi informasiya vasitələri birtərəfli informasiya siyasəti yürüdərək, məsələyə siyasi don geyindirmə və bununla da mövzunu siyasiləşdirməyə çalışırlar. Son vaxtlar Azərbaycana münasibətdə, xüsusilə ərazi bütövlüyü məsələsində dəfələrlə "ikili standartlar" mövqeyindən yanaşan "Azadlıq" radiosunun belə addımı ikrah hissi doğurur. Mən kütləvi informasiya vasitələrini məsələni siyasiləşdirməməyə, mövzunu daha dərindən araşdırmağa, maraqlı olan bütün tərəflərin fikrini işıqlandırmağa və ədalətli mövqe ortaya qoymağa çağırıram", - deyə nazir vurğulayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu

Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır

Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır

Bölmənin digər xəbərləri
 
Xəzər Sammitinin tarixi müəyyənləşdi
Aktauda 4 sahilyanı dövlətin lideri görüşəcək

Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Hərbi vəsaitlərdən düzgün istifadəyə zəmanət mexanizmi isə yoxmuş

Dağlıq Qarabağ probleminin həlli modeli
Qərb və Rusiyanın belə bir modeli yoxdur, Azərbaycanın isə var

İrəvan bu günlərdə nəylə nəfəs alır?
Mülahizə və düşüncələr bəsit və yarımçıqdır. Və bir də bizim hər yaxşı işimiz orada əyri gözdə görülür

Azərbaycanın xilaskarı, Bakı qəhrəmanı
15 sentyabr ərəfəsində Nuru paşanı yad edərkən

NATO-nun yeni Azərbaycan siyasəti
İran və Rusiyanın strateji maraqlarına xidmət edən informasiya qurumlarının fəaliyyəti məhdudlaşdırılacaqmı?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Qərbin Qafqaz layihələrinə qarşı plan hazırlandığı güman edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər