Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycanın xilaskarı, Bakı qəhrəmanı
Azərbaycanın xilaskarı, Bakı qəhrəmanı
15 sentyabr ərəfəsində Nuru paşanı yad edərkən
Şənbə, 22.08.2009


Yusif ƏFŞAR
mətn ölçüsü  

Hər il 15 sentyabr - Bakının xilası ərəfəsində istər-istəməz Nuru paşa yada düşür. Əfsanələşmiş Nuru paşa... Kimlərsə bu hadisəyə "Bakının qurtuluşu", "Bakının xilası", "Bakının yadellilərdən təmizlənməsi", "Bakıdan düşmənlərin qovulması" və s. kimi qiymət verə bilər. Bu, tarixçilərin işidir. Fəqət birmənalı olan bu idi ki, Azərbaycan dövlətinin var olması üçün bu hadisənin müstəsna önəmi vardı və bu hadisənin baş memarı Nuru paşaydı. Əgər 1918-ci ildə yeni doğulan Azərbaycan dövlətinin beşiyi başında duran kişilər "Bakı bizim olmayacaqsa, Azərbaycan dövləti də olmayacaq" deyirdilərsə, onda Nuru paşanın - Qafqaz İslam Ordusu baş komandanının xalqımız qarşısında tarixi missiyasının müstəsna böyüklüyü üzə çıxır.

Bu gün Türkiyədə hansı tarixçinin Nuru paşaya, Ənvər paşaya nə kimi qiymət verməsindən asılı olmayaraq, bu isimlər Azərbaycan türkü üçün əzizdir.

Nuru Paşa - bizim seçim

Osmanlının öz durumunun ağır vaxtlarında İstanbula Azərbaycanın çətin vəziyyətdə olmasına dair tükürpədici xəbərlər gəlməkdə idi. 1918-ci ildə Bakıya nəzarət daşnak-bolşevik birliyinin əlinə keçmişdi. Kürdəmirə qədər irəliləyən düşmən qüvvələri onlarca kəndi əhalisi ilə birgə yandırmış, məhv etmişdilər. Cümhuriyyətin düşmən qarşısında dura biləcək döyüş qabiliyyətli nizami hərbi birləşmələri zəif idi (rus çarizmi Azərbaycan türklərini hərbi mükəlləfiyyətdən aralı tuturdu). Hərbi quruculuğa təzəcə başlamışdıq. Hökumətin və xalqın tək ümid yeri qardaş Osmanlı idi.

Azərbaycandakı acınacaqlı durum hərbi yardım göndərilməsini qaçılmaz edirdi, fəqət göndəriləcək ordunu təşkil etmək olduqca çətin idi. Ona kim komandanlıq edəcəkdi? - bu da başqa bir sual doğurmuşdu. Əsas diqqət Ərzurum cəbhəsində daşnak bölüklərinə və ruslara qarşı döyüşən Kazım Qarabəkir Paşaya yönəlmişdi. Lakin paşa apardığı əməliyyatların hələ sona yetmədiyini və Türkiyənin şərq sərhədlərinin möhkəm qorunmasının vacibliyini önə çəkərək, Azərbaycana göndəriləcək ordunun vaxtının ertələnməsini istəmişdi.

REKLAM

Bu təkliflə razılaşmayan Ənvər Paşa hesab edirdi ki, geciksələr, Azərbaycan türklərinin tamamən məhv olması sürətlənəcək. Orduya komandanlıq üçün Ənvər Paşanın ağlına Fərrux adlı gənc zabit gəlmişdi. İstanbula danışıqlar üçün getmiş Azərbaycan heyətinin başçısı Nağı bəy Şeyxzamanlı həmin şahzadə ilə görüşdükdən sonra Azərbaycana göndəriləcək orduya Nuru Paşanın rəhbərlik etməsini Ənvər Paşadan şəxsən xahiş etmişdi.

Nağı bəyin xatirələrini vərəqləyək: "Ənvər Paşa ilə hər gün görüşürdük. Bir dəfə özümü toplayıb və Paşanın məni sevməsindən istifadə edərək dedim: "Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allaha, aşağıda Ənvərə. Eşitdiyimə görə, sizin Nuru adında bir qardaşınız vardır. Sizdən xahiş edirəm, Qafqaza gedəcək hərbi qüvvənin başına Nuru Paşanı təyin edəsiniz" Ertəsi gün məni gülərüz qarşıladı və dedi: "Nağı bəy, istəyiniz baş tutdu". Mən sevinərək dedim: "Paşam, çox sağ olun və sabah bütün Qafqaz türkləri sevinəcəklər". Bu vaxt içəri bir zabit daxil oldu. Ənvər Paşa "bu da Nuru" - deyərək bizi tanış etdi. Nuru Paşa ilə birlikdə Qafqaz İslam Ordusu qərargahına gəldik".

Paşanın bioqrafiyasından sətirlər

Şərəfli bir zabit bioqrafiyası vardı. 1889-cu ildə İstanbulda Hacı Əhməd Paşanın ailəsində doğulmuşdu. Anasının adı Ayişə xanımdır. Dədə-babalarının Krım türklərindən olduğu söylənir. 1934-cü ildə Türkiyə Cümhuriyyətində rəsmi soyad daşıma qanunu qəbul olunduqda, Nuru Paşa da ulu babalarının gəldiyi Dunay çayı ağzındakı Killi və ya Kiliya Türk qalasının adını özünə soyad götürmüşdür. O zamandan Nuri Killigil olmuşdu.

Təymən (leytenant) Nuru 1909-cu ildə Quru Qoşunları Məktəbini bitirərək Üçüncü Ordu komandanlığında xidmətə başlayıb, 1910-cu ilin yanvarından padşaha məxsus piyada bölüyünə keçirilib. Nuru Paşa 1911-ci ildə Hərbi Akademiyanı bitirərək yenidən döyüşən ordu sıralarına göndərilmişdir. O dönəmlər Osmanlı "olum, ya ölüm" arasında idi. Belə ki, yeddi cəbhədə vuruşan osmanlılar bütün hərbi qüvvələrini səfərbər etmişdi. Nuru bəyin döyüş fəaliyyəti əsasən Şimali Afrika cəbhəsi ilə bağlıdır. Bu cəbhədə göstərdiyi igidliklərə görə 1916-cı ildə Nuru bəy minbaşı (mayor) rütbəsi almış və həmin il "Altun ləyaqət", Almaniyanın "Dəmir xaç" medalı ilə təltif olunmuşdu. 1917-ci ildə Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına, Türkiyənin "Altun-imtiyaz" medalına layiq görülmüşdü.

Böyük qardaşı Ənvər Paşanın və əmisi oğlu Xəlil Paşanın da məşhur hərbçi - generallar olması bu soyun cəngavərliyindən xəbər verir.

1914-cü ilin iyulunda Osmanlının Vyana səfirliyinin hərbi attaşeliyinə təyin edilmişdi. Bizlərə Azərbaycanın xilaskarı, Bakı qəhrəmanı kimi tanınan Nuru Paşa Trablus-Qərb cəbhəsində italyan qoşunlarına qarşı döyüşlərdə xüsusi qabiliyyət və qəhrəmanlıq göstərmişdi. Məhz buna görə də Nuru Paşa Trablus-Qərb qəhrəmanı kimi də tanınır.

Gəncəyə gələndə 29 yaşı vardı

Paşanın təqdimatı ilə Nuru bəyə yarbaylıqdan (polkovnik-leytenant) birbaşa fəxri general-leytenant rütbəsi verilərək 1918-ci ilin mart ayında Türk-Qafqaz İslam Ordusuna komandan təyin olunmuşdu və 25 may 1918-ci ildə xalqın coşqun sevgisi ilə Gəncəyə varid olanda onun 29 yaşı vardı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır

Bölmənin digər xəbərləri
 
Xəzər Sammitinin tarixi müəyyənləşdi
Aktauda 4 sahilyanı dövlətin lideri görüşəcək

Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Hərbi vəsaitlərdən düzgün istifadəyə zəmanət mexanizmi isə yoxmuş

Dağlıq Qarabağ probleminin həlli modeli
Qərb və Rusiyanın belə bir modeli yoxdur, Azərbaycanın isə var

İrəvan bu günlərdə nəylə nəfəs alır?
Mülahizə və düşüncələr bəsit və yarımçıqdır. Və bir də bizim hər yaxşı işimiz orada əyri gözdə görülür

NATO-nun yeni Azərbaycan siyasəti
İran və Rusiyanın strateji maraqlarına xidmət edən informasiya qurumlarının fəaliyyəti məhdudlaşdırılacaqmı?

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"
Nazir Azad Rəhimov KİV-i məsələni siyasiləşdirməməyə çağırdı

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Qərbin Qafqaz layihələrinə qarşı plan hazırlandığı güman edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər