Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Hərbi vəsaitlərdən düzgün istifadəyə zəmanət mexanizmi isə yoxmuş
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Azərbaycan Silahlı Qüvvələrinin maddi təchizatı - konkret olaraq ərzaq, geyim, məvacib təminatı üçün ayrılmalar hərbi büdcə artımına mütənasib deyil. Bunu "Ayna"ya açıqlamasında Hərbyönümlü QHT-lər Koalisiyasının koordinatoru, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirib.

Yaşar Cəfərli Azərbaycan Silahlı Qüvvələrinin maddi və sosial təminatını gücləndirməyi zəruri hesab edir. "Hərbi qulluqçuların mənzil problemi heç kimin yadına düşmür. Ordu günü gözlənən məvacib və pensiya artımı da baş vermədi. İlin sonunadək hər hansı bir dəyişikliyin baş verməsi inandırıcı deyil" - bunu söyləyən ekspert məvacib və pensiya artımının hərbi büdcənin artımına mütənasib olmasını zəruri sayır.

Ekspertlərin hesablamalarına görə, son 6 ildə Azərbaycanın hərbi büdcəsi təxminən 10 dəfə artırılıb. Amma bu zaman hərbi qulluqçuların məvacibləri isə 6-8 dəfə artırılıb.

Yaşar Cəfərli Azərbaycanın müdafiə xərclərinin artımının əsas səbəbi kimi dövlət büdcəsinin artmasını göstərir. "Mən bu artımı "kəskin artım" adlandırmazdım. Ümumiyyətlə, hesab edirəm ki, bəlli səbəblərdən müdafiə xərclərimiz dövlət büdcəsinin 14 faizi ilə kifayətlənməməlidir. "Zənnimcə, ordumuzun büdcəsi Gürcüstan ordusunun büdcəsindən (təqribən 1 milyard dollar) elə də çox deyil. Şəxsi heyətin sayına görə isə onlar bizdən 2-3 dəfə geridə qalırlar. 08.08.2008 tarixi çox şeyə aydınlıq gətirdi. Ona görə də arxayınlaşmamalıyıq", - deyə o bildirdi.

Yaşar Cəfərli bildirdi ki, müdafiəyə ayrılmış vəsaitdən düzgün istifadə olunmasına, mənimsənilməyəcəyinə zəmanət verən müvafiq mexanizmlər olmalıdır.

Bir sıra məlumatlara görə, NATO standartlarına keçid çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində ixtisarların zəruriliyi ortaya çıxıb. Amma Yaşar Cəfərli bunu istisna edir: "Mövcud şəraitdə şəxsi heyətin ixtisarı mümkün deyil. Əksinə, polis orqanları hesabına ordunun şəxsi heyətinin sayını artırmaq lazımdır. Unutmamalıyıq ki, döyüş əməliyyatları hər zaman bərpa oluna bilər".

Ekspertin fikrincə, Azərbaycana ayrılmış kvotalar silah və hərbi texnikanın sayını artırmağa imkan verir. "Yəni silah və hərbi texnika alışı kifayət qədər əsaslıdır. Amma alınan silah və hərbi texnikanın keyfiyyəti barədə bir söz demək çətindir", - deyə o bildirdi.

Yaşar Cəfərli bildirdi ki, zamana və büdcə artımına görə müqayisəyə gəldikdə, Azərbaycan ordusunda maddi-texniki təminat, təchizat, maddi-texniki bazanın inkişafı, kadr hazırlığı, mərkəzləşdirmə, idarəetmə, səfərbərlik, çağırış, planlaşdırma, sənədləşdirmə və s. sahələrdə, əlbəttə, inkişaf var. "Amma elə "əmma"lar var ki, bütün bu inkişafın bəhrəsini görməyə imkan vermir", - ekspertin fikrincə, cəmiyyətdə Silahlı Qüvələrdə xidmət peşəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə geriləyib və bu proses sürətlə davam edir: "Bu məsələ qeyd etdiyim əmmalardan biridir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
Xəzər Sammitinin tarixi müəyyənləşdi
Aktauda 4 sahilyanı dövlətin lideri görüşəcək

Dağlıq Qarabağ probleminin həlli modeli
Qərb və Rusiyanın belə bir modeli yoxdur, Azərbaycanın isə var

İrəvan bu günlərdə nəylə nəfəs alır?
Mülahizə və düşüncələr bəsit və yarımçıqdır. Və bir də bizim hər yaxşı işimiz orada əyri gözdə görülür

Azərbaycanın xilaskarı, Bakı qəhrəmanı
15 sentyabr ərəfəsində Nuru paşanı yad edərkən

NATO-nun yeni Azərbaycan siyasəti
İran və Rusiyanın strateji maraqlarına xidmət edən informasiya qurumlarının fəaliyyəti məhdudlaşdırılacaqmı?

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"
Nazir Azad Rəhimov KİV-i məsələni siyasiləşdirməməyə çağırdı

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Qərbin Qafqaz layihələrinə qarşı plan hazırlandığı güman edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər