Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xəzər Sammitinin tarixi müəyyənləşdi
Aktauda 4 sahilyanı dövlətin lideri görüşəcək
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Qazaxıstan, Rusiya, Azərbaycan və Türkmənistan rəhbərləri Aktauda Xəzərin statusunu müzakirə edəcəklər. İlkin məlumata görə, görüş sentyabrın 13-də keçiriləcək. Bu barədə "Trend" informasiya agentliyinə Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib. Dörd Xəzəryanı dövlət başçılarının qeyri-formal görüşü barədə razılıq Qazaxıstan və Rusiya prezidentləri Nursultan Nazarbayevlə Dmitri Medvedyevin çərşənbə axşamı baş tutan telefon danışığı zamanı əldə olunub.

"Söhbət zamanı Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin qeyri-formal görüşü barədə razılığa gəlinib. Görüşdə dövlətlərarası əlaqələrin inkişafı və Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqəsi, o cümlədən Xəzər dənizinin statusuna dair danışıqların gedişi məsələləri müzakirə olunacaq", - deyə Qazaxıstan prezidentinin mətbuat xidmətinin bir müddət əvvəl yayılan məlumatında deyilir.

Qeyd edək ki, Xəzərin statusu Sovet İttifaqı dönəmində 1921 və 1940-cı illər Sovet - İran razılaşmalarına əsaslanıb. Yeni hüquqi statusun yaradılmasına dair danışıqlar prosesi indiyədək davam etdirilir, bir sıra ölkələr arasında ikitərəfli müqavilələr bağlanıb.

1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən istifadədə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin Şimal hissəsinin dibinin sərhədinin çəkilməsinə dair müqavilə imzalanıb, 2002-ci ilin mayında isə sözügedən müqaviləyə dair protokol imzalanıb.

29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və ona dair protokol bağlanıb. Eləcə də, Qazaxıstan, Azərbaycan və Rusiya arasında 14 may 2003-cü ildə Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə imzalanıb.

İran isə dənizin bərabər hissələrə bölünməsini təklif edir (hər ölkəyə 20 faiz). Azərbaycan dənizin bölünməsinin bu prinsipindən imtina edib - bu variantda Azərbaycana məxsus Xəzər ərazisinin üçüncü hissəsi İranın tabeliyinə keçir.

Ekspertlər hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində İranın hər hansı bir iddia ilə çıxış etmək hüququ yoxdur. Tehran SSRİ dövründə ona düşmüş hissə ilə kifayətlənməlidir. Xəzərin vaxtilə SSRİ-nin ərazisi olmuş hissəsinin bölüşdürülməsi isə yalnız Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstan arasında razılaşdırılmalıdır. Müşahidəçilərin fikrincə, Aktau görüşündə məhz bu kimi məsələlər müzakirə ediləcək. Xatırladaq ki, görüşə İran tərəfi dəvətli deyil.

Sahilyanı dövlətlər 2003-cü ilin noyabrında Tehranda Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə konvensiyası imzalayıblar.

Xəzər dənizinin yeni hüquqi statusunun konvensiyaya uyğun tənzimlənməsi planlaşdırılır. Konvensiyanın mətni xüsusi işçi qrupun iclaslarında razılaşdırılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Hərbi vəsaitlərdən düzgün istifadəyə zəmanət mexanizmi isə yoxmuş

Dağlıq Qarabağ probleminin həlli modeli
Qərb və Rusiyanın belə bir modeli yoxdur, Azərbaycanın isə var

İrəvan bu günlərdə nəylə nəfəs alır?
Mülahizə və düşüncələr bəsit və yarımçıqdır. Və bir də bizim hər yaxşı işimiz orada əyri gözdə görülür

Azərbaycanın xilaskarı, Bakı qəhrəmanı
15 sentyabr ərəfəsində Nuru paşanı yad edərkən

NATO-nun yeni Azərbaycan siyasəti
İran və Rusiyanın strateji maraqlarına xidmət edən informasiya qurumlarının fəaliyyəti məhdudlaşdırılacaqmı?

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"
Nazir Azad Rəhimov KİV-i məsələni siyasiləşdirməməyə çağırdı

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Qərbin Qafqaz layihələrinə qarşı plan hazırlandığı güman edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər