Ərini öldürməkdə ittiham olunan Dəvəçi rayon sakini, 48 yaşlı Rəhimə Əlibəy qızı Muxtarovanın məhkəməsi başa çatdı. Cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılırdı. Təqsirləndirilən şəxs CM 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, ötən il sentyabrın 24-dən 25-nə keçən gecə Dəvəçi rayonunun Uzunboyat kəndində Rəhimə Muxtarova ailə münaqişəsi zəminində həyat yoldaşı Çingiz Hüseynalı oğlu Muxtarovu çəkiclə başından bir neçə zərbə vuraraq öldürüb. Müəyyən edilib ki, qadın ərinin işgəncələrinə dözməyərək, onu öldürüb.
Məhkəmənin hökmü ilə Rəhimə Muxtarova 12 il müddətinə azadlıqdan məhrum edildi.
|