Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Sevgilisinin üstündə biznesmeni öldürdü
Sevgilisinin üstündə biznesmeni öldürdü
Məhkəmə qətlin təşkilatçılarına 15 il cəza verdi
Şənbə, 22.08.2009

mətn ölçüsü  

... İttiham aktına görə, Şahin Hümbətov bir il əvvəl "24 saat" mağazasında Kəmalə Səlimova adlı qadınla tanış olub. Bir müddət dost kimi görüşən cütlük sonradan sevgili kimi Kəmalənin evində yaşamağa başlayıb. Kəmalənin evinə işlə əlaqədar insanların gəlməsi Şahin Hümbətovu kirayədə yaşamağa məcbur edib. Ancaq onlar yenə də münasibətlərini davam etdiriblər.

Şahin Hümbətov ifadəsində bildirib ki, bir gün Kəmalənin yaşadığı mənzilə gələrkən orada tanımadığı bir kişi görüb. Sevgilisindən adamın kimliyini soruşanda Kəmalə deyib ki, Musa onun tanışıdır, həmin şəxslə torpaq alğı-satqısı ilə məşğul olur və Musanın ona borcu var. Bir neçə gündən sonra axşam saatlarında yenidən Kəmalənin evinə gələn Şahin həyətdə Musanın "Toyoto - Prado" avtomobilini görüb və şübhələnib: "Gözətçiyə 10 manat pul verib, xahiş etdim ki, Kəmalənin mənzilinə getsin və maşının işıqlarının yanılı qaldığını söyləsin. Gözətçi bir neçə dəqiqədən sonra qayıdaraq evdə heç kimin olmadığını bildirdi. Mən də kirayə yaşadığım evə getdim".

Ertəsi gün Kəmalənin yanına gələn Şahin Musa kimi tanıdığı şəxsin qarajda işıqları düzəltdiyini görüb. Kəmalə bildirib ki, özü Musadan elektrik naqillərini təmir etməyi xahiş edib. Bir müddət sonra isə həmin adamın Musa deyil, Əli Quliyev adlı biznesmen olduğunu öyrənən Şahin Hümbətov Göyçay şəhərinə gedərək orada tanışı Ədalət Cəfərovun vasitəsi ilə Mikayıl Həmidovla tanış olub. Şahin Mikayıla bir nəfəri öldürəcəyi təqdirdə ona külli miqdarda pul verəcəyini deyib. Mikayıl onun təklifi ilə razılaşaraq, Bakıya gəlib. Onlar bir neçə gün Əli Quliyevi izləyiblər. Nəhayət, bu il yanvarın 19-da Əli Quliyev Mətbuat prospektində yerləşən "Ovçular" mağazasından çıxıb avtomobilinə minərkən Mikayıl bıçaqla ona bir neçə zərbə endirib və hadisə yerindən qaçıb. Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanan Mikayıl Həmidovun üzərinə baxış keçirilərkən ondan bıçaqla yanaşı, narkotik vasitə olan heroin də götürülüb.

İstintaq zamanı Mikayıl Həmidovun əvvəllər qəsdən adam öldürməyə cəhd, quldurluq kimi maddələrlə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildiyi, lakin islah olunmadığı aydınlaşıb. İstintaq zamanı Ş.Hümbətov Mikayıl Həmidovu tanımadığını, ona heç bir tapşırıq, vəd vermədiyini deyib: "Mən Kəmaləni sevirdim. Ona görə də onu hamıya qısqanırdım, heç kimi öldürmək istəməmişəm".

Ancaq Mikayıl Həmidov onun ifadələrini təkzib edib. Kəmalə Səlimova isə ifadəsində göstərib ki, əvvəlcə iş adamı Əli Quliyevlə, sonra isə Şahin Hümbətovla ər-arvad münasibətində olub: "Mən Şahinlə tanış olandan sonra onu sevməyə başladım. Həmin vaxtlar Əli ilə dalaşmışdım. Sonradan onunla barışdım və heç birini itirmək istəmədim. Ona görə də Şahinə yalan danışırdım".

Bu işə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlisoltan Osmanovun sədrliyi ilə baxılırdı. Hər iki şəxs CM 120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddələrinə əsasən ittiham olunublar. Məhkəmənin hökmü ilə Şahin Hümbətov və Mikayıl Həmidov hərəyə 15 il cəza aldılar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Gözümü bağlayıb kriminal avtoritetlərin yanına apardılar"
Natiq Hüseynli: "Rusiyada məşhur kriminal avtoritetlər dedilər ki, cinayəti boynuna götür, səni həbsdən azad edəcəyik"

"Mən qatil deyiləm"
Qayınanasının qətlində təqsirkar bilinən kürəkən mühakimə olundu

Ərinin başını çəkiclə əzən qadına hökm oxundu
Ona 12 il iş kəsildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər