Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Gözümü bağlayıb kriminal avtoritetlərin yanına apardılar"
"Gözümü bağlayıb kriminal avtoritetlərin yanına apardılar"
Natiq Hüseynli: "Rusiyada məşhur kriminal avtoritetlər dedilər ki, cinayəti boynuna götür, səni həbsdən azad edəcəyik"
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Rusiyada iki nəfəri qətlə yetirməkdə, bir nəfərə isə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan kriminal avtoritet Natiq Həsənağa oğlu Hüseynlinin məhkəməsi başlayıb.

Təqsirləndirilən şəxs CM 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

...Natiq Hüseynli 1995-ci ildə soyğunçuluq etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra alver etmək məqsədilə Rusiyaya yollanıb. 2002-ci ildə Rusiyada zorlama ittihamına görə 5 il azadlığın məhdudlaşdırılması cəzası alıb. Həmin cəzanı çəkdiyi zaman Natiq Azərbaycan vətəndaşları Rövşən və Ramiz Cavadovlarla cinayət əlaqəsinə girərək, 2002-ci ilin sonlarında Rusiyanın Novokuznetsk şəhərində iki Rusiya vətəndaşını qətlə yetirib və Azərbaycana gələrək burada gizlənib. Onun dəstəsinin üzvləri - Rövşən və Ramiz Cavadovlar 2004-cü ildə avtomobil qəzasında ölüblər. Natiq Hüseynlini isə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tutublar.

Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində qeyd etdi ki, baş vermiş cinayət hadisəsindən xəbəri olmayıb. Onun sözlərinə görə, ibtidai istintaq zamanı hadisəni könüllü boynuna alıb:

- Mənim bu qətl hadisələrindən xəbərim olmayıb. Onları başqa şəxslər törədib. Rusiyada olan məşhur kriminal avtoritetlər mənə dedilər ki, cinayəti boynuna al, səni həbsdən azad edəcəyik. Mən də onlara inanıb bu cinayəti boynuma aldım. İndi isə mənə yaxın duran yoxdur. Elə bil məni heç tanımırlar.

Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaqa verdiyi ifadələrinin düzgün olmadığını deyərək, kriminal aləmdə bir sıra tanınmış şəxslərin, o cümlədən "Taro" ləqəbli Tariel Onianinin adını çəkdi. O bildirdi ki, baş vermiş hadisə pul üstündə baş verib: "Məni baş vermiş cinayət əlaqəsi ilə bağlı kriminal aləmdə xüsusi nüfuza malik olan şəxslərin yığışdığı toplantıya dəvət etdilər. Gözümü dəsmalla bağladıqları üçün ünvanın necə olmasını bilmədim. Toplantıda məşhur ağsaqqallar cinayəti boynuma götürməyi məsləhət bildilər. Mən də onların sözündən çıxa bilmədim".

Daha sonra prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirdi ki, cinayət işi üzrə zərərçəkmişlər Rusiya vətəndaşıdır və həmin ölkədə yaşayırlar. Onun sözlərinə görə, bir neçə dəfə həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət edilsə də, həmin şəxslərin Azərbaycan məhkəməsinə gətirilməsi mümkün olmayıb. Dövlət ittihamçısı Eldar Həmzəyev zərərçəkmişlərin məhkəməyə gətirilməsi üçün zəruri tədbirlər görülməsi haqda vəsatət qaldırdı. Yerində müşavirə keçirən hakimlər isə zərərçəkmişlərin məhkəməyə çağırılması üçün Rusiya hüquq-mühafizə orlanlarına sorğu göndərməyi qərara aldılar. Bundan əvvəl də bir neçə dəfə həmin zərərçəkmişlərin gətirilməsi üçün müraciətlərinə müsbət cavab ala bilmədikləri üçün hakimlər bu dəfə sərt tədbirlər görülməsini tələb edəcəklər. Məhkəmə prosesi isə qeyri-müəyyən vaxta təxirə salınıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Mən qatil deyiləm"
Qayınanasının qətlində təqsirkar bilinən kürəkən mühakimə olundu

Sevgilisinin üstündə biznesmeni öldürdü
Məhkəmə qətlin təşkilatçılarına 15 il cəza verdi

Ərinin başını çəkiclə əzən qadına hökm oxundu
Ona 12 il iş kəsildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər