![]() |
çap et |
|
|||
Futzal üzrə UEFA kuboku yarışlarında Azərbaycanı təmsil edəcək "Araz"ın ikinci seçmə mərhələdəki son rəqibi müəyyənləşib.
AFFA-nın internet saytının məlumatına görə, bu, birinci seçmə mərhələnin "B" qrupunda bütün rəqiblərini məğlubiyyətə uğradan Kiprin "Omoniya" klubudur. Reytinqi yüksək olduğu üçün "Araz" mübarizəyə birbaşa ikinci seçmə mərhələdən başlayacaq. Beşinci qrupda çıxış edəcək komandamız "Omoniya"dan başqa, "Potpikan" (Xorvatiya) və "Kolubara Lazareviç" (Serbiya) ilə qarşılaşacaq. Naxçıvan klubu oyunlarını 26 sentyabr - 4 oktyabr aralarında Xorvatiyada keçirəcək. |