Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Nə "Qarabağ", nə "Bakı"
Nə "Qarabağ", nə "Bakı"
Avroliqa klublarımız futbolsevərləri sevindirə bilmədi
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Avropa Liqası dördüncü təsnifat mərhələsinin ilk oyunları keçirildi. Qitə kubokları tarixində ilk dəfə qrup mərhələsinin bir addımlığında olan Azərbaycan klubları - "Bakı" və "Qarabağ" növbəti sınaqdan çıxa bilmədi. Azərbaycan çempionu - "Bakı" doğma meydançada İsveçrənin "Bazel", "Qarabağ" isə Hollandiyada "Tvente"yə uduzdu. Qəribəydi ki, klubların hər ikisi eyni hesabla məğlub olublar - 3:1.

O da qəribəydi ki, hər iki klubun oyunu bənzər ssenari üzrə başlayıb və sona çatıb. Həm "Bakı", həm də "Qarabağ" hesabda irəli çıxsalar da, nəinki üstünlüyü qoruyub saxlaya bilmiş, əksinə, qapılarından 3 top buraxaraq, Avropa Liqasında növbəti mərhələyə çıxmaq şanslarını heçə endirmişlər. Halbuki komandalarımızın hər ikisi, sərfəli nəticə qazanaraq, Avropa Liqasının qrup mərhələsinə düşmək şansı əldə edə bilərdilər.

"Tvenye"yə qarşı matçda Ağdam klubu görüşün artıq 8-ci dəqiqəsində Vüqar Nadirovun vurduğu qolla Ensxede şəhərinin "Arke" stadionuna toplaşan tamaşaçıları şoka salıb. "Qarabağ" futbolçuları səfər matçında hollandiyalıları ilk dəqiqələrdən heyrətə salmağı bacarsalar da, "Bakı" - "Bazel" qarşılaşmasında Azərbaycan futbolçularının oyunu ilk dəqiqələrdən alınmadı. Odur ki, bakılı futbolsevərlər ilk qolun vurulacağını xeyli gözləməli oldular. Nəhayət, ikinci hissənin ilk dəqiqələrində hesab açıldı. Amiran Mucirinin gözəl ötürməsindən sonra Fernando Peres topu qüvvətli zərbə ilə "Bazel"in qapısından keçirdi.

Bundan sonra hər iki oyunda hadisələr eyni şəkildə cərəyan edib. "Tvente"də 24 yaşlı kosta-rikalı Rayan Qonsales, "Bazel"də isə 28 yaşlı Ştröller hərəyə iki dəfə fərqləniblər. Oyunların hər ikisində sonuncu - üçüncü qolu standart vəziyyətdən müdafəçilər vurub. Artıq kimin vurduğunun əhəmiyyəti yoxdu.

Həm "Qarabağ", həm də "Bakı"nın oyununda bir cəhəti qeyd etmək lazımdır. Rəqib qıpısına vurulan ilk qoldan sonra futbolçularımızda sanki bir arxayınlaşma, diqqətsizlik, gərəksiz həyəcan yaranır. Fubolçular komanda oyunu göstərə bilmirlər.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Tvente"yə qarşı oyunda hansı səhvlərə yol yerdiyini söyləmək çətindir. Amma bir məsələ aydındır: "Qarabağ" Hollandiyaya böyük itkilərlə getmişdi. Komandanın birdən-birə dörd aparıcı futbolçusu - Rəşad Sadıqov, Emin İmaməliyev, Avtandil Hacıyev zədəli, Elnur Allahverdiyev isə cəzalı idi. "Bakı"da isə paytaxt komandasının ilk oyunlarında özünü yaxşı tərəfdən göstərmiş hücumçu Feliks Felipe Almeyda meydanda yox idi. Əvəzində Cokiçı Hacıyevski braziliyalı Jabanı oyuna buraxmışdı.

Təəssüf ki, "Bakı" isveçrəlilərə 1996-cı ilin payızında baş verən bir tarixi matçı xatırlada bilmədi. Həmin il Azərbaycan yığması İsveçrə yığmasını 1:0 hesabı ilə məğlub etmişdi. Bu, milli komandamızın rəsmi oyunlarda qazandığı ilk qələbəsi kimi tarixə düşüb. Heyf ki, "Bakı" - "Bazel" oyunu Avrokuboklar tarixində öz meydanında uduzmayan paytaxt klubumuzun ilk uğursuzluğu kimi yadda qalacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Azərbaycan atleti Avropanın ən güclüsüdür
Ramil Quliyev ölkənin yüngül atletika idmanında yeni səhifə açdı

II tur başlandı
1 illik fasilədən sonra Ağasəlim Mircavadov Lənkəran klubu ilə rəsmi matçına çıxdı

"Neftçi"nin 3 futbolçusu "Karvan"a keçdi
Yevlaxın "Karvan" klubu daha 3 futbolçunun adını sifariş vərəqəsinə əlavə edib.

Azərbaycan çempionunun rəqibi "Omoniya"dır
Futzal üzrə UEFA kuboku yarışlarında Azərbaycanı təmsil edəcək "Araz"ın ikinci seçmə mərhələdəki son rəqibi müəyyənləşib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər