Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Azərbaycan atleti Avropanın ən güclüsüdür
Azərbaycan atleti Avropanın ən güclüsüdür
Ramil Quliyev ölkənin yüngül atletika idmanında yeni səhifə açdı
Şənbə, 22.08.2009

İlham Rəfiyev mətn ölçüsü  

Yüngül atletika idmanının ümumdünya olimpiya hərəkatında öz xüsusi çəkisi var. Təsadüfi deyil ki, idmanın şahı adlandırılan bu növ üzrə keçirilən yarışlar həmişə böyük maraqla izlənir. Elit idman növlərindən sayılan yüngül atletikada öz təmsilçisinin olmasını hər bir ölkə arzulayır. Bu baxımdan deyəsən, Azərbaycanın bəxti gətirib.

Almaniyanın paytaxtı Berlində yüngül atletika üzrə XII dünya çempionatı keçirilir. Dünya birinciliyində mübarizə aparan yeganə atletimiz Ramil Quliyev çıxışını başa vurub. Həmvətənimizin çıxışı dünya çempionatın da əsil sürprizi olub. Pekin Olimpiadasında yarımfinala qədər irəliləyən 19 yaşlı Ramil 200 metr məsafəyə qaçışda dünya çempionatının final mərhələsində çıxış edib. Adlı-sanlı atletlərin əhatəsində mübarizə aparan Ramil 8 idmançı arasında yeddinci olmasına baxmayaraq, dünya çempionatında ən yüksək nəticə göstərmiş idmançı kimi Azərbaycan idmanı tarixinə düşüb.

Ramil Quliyev ilk təsnifat mərhələsindən yaxşı təsir bağışlayıb. 200 metr məsafəni 21.12 saniyəyə qət edən idmançımız, 1/4 finalda 20,40 saniyə nəticə ilə yarımqrupda ikinci olub və planetin ən yaxşı 16 atleti sırasına düşməyi bacarıb. Startda zəif təsir bağışlayan, lakin finişə doğru 6 rəqibini üstələyən Ramil Quliyev bu dəfə yarımfinala vəsiqə qazanıb. O, 1/4 finalda dünya atletikasının canlı əfsanəsi, olimpiya çempionu, yamaykalı Useyn Boltu qabaqlayıb. Nəhayət, yarımfinalda 20,28 saniyə nəticə göstərən Ramil finala çıxıb. Lakin atletimiz finalda ən yaxşı nəticə göstərə bilməyib. Həlledici mərhələdə məsafəni 20,61 saniyəyə qaçan Ramil fransalı David Alerteni üstələyib. Alertenin final iştirakçıları arasında Avropanın ikinci nümayəndəsi olduğunu nəzərə alsaq, Ramil 200 metr məsafəyə qaçışda Avropanın ən güclüsü olub.

Ramilin ən yüksək nəticəsi isə 20,04 saniyədir. Bu o deməkdir ki, gənc atletimizin daha yüksək nəticə göstərəcəyi gün irəlidədir. İndiyə kimi yalnız gənclər arasında qüvvəsini sınayan Ramil Quliyev artıq dünyanın ən güclüləri sırasındadır. Ramilin Berlində medalçılar sırasına düşə bilmədiyi üzücü deyil, ümidverici faktordur. Sanballı yarışlarda təcrübə toplayan Ramilin gələcəkdə daha uğurla çıxış etməsi üçün artıq zəmin var.

Dünya çempionu tituluna isə yamaykalı Useyn Bolt yiyələnib. Finişə 19,19 saniyəyə çatan olimpiya çempionu 100 metr məsafəyə qaçışda olduğu kimi, 200 metrlik məsafədə də qızıl medala sahib çıxıb, həm də dünya rekordunu təzələyib. Bundan əvvəlki rekord da məhz Useyn Bolta məxsus idi (19,30 saniyə). 200 metr məsafəyə qaçış üzrə finalçıların nəticələrini oxucuların diqqətinə çatdırırıq:

1. Useyn Bolt (Yamayka) - 19,19 saniyə

2. Alonso Edvard (Panama) - 19,81

3. Uallas Spirmon (ABŞ) - 19,85

4. Con Krouford (ABŞ) - 19,89

5. Stiv Mullinqs (Yamayka) - 19,98

6. Çarles Klark (ABŞ) - 20,39

7. Ramil Quliyev (Azərbaycan) - 20,61

8. David Alerte (Fransa) - 20,68.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bunlar hər müəllifin yaza bilmədiyi təfsilatlardır

Növbəti hakim qalmaqalı

Əcnəbilərin infeksion daşıyıcısı olub-olmadığı yoxlanılmır

Milli komandamızda yeni baş məşqçi

Bölmənin digər xəbərləri
 
II tur başlandı
1 illik fasilədən sonra Ağasəlim Mircavadov Lənkəran klubu ilə rəsmi matçına çıxdı

Nə "Qarabağ", nə "Bakı"
Avroliqa klublarımız futbolsevərləri sevindirə bilmədi

"Neftçi"nin 3 futbolçusu "Karvan"a keçdi
Yevlaxın "Karvan" klubu daha 3 futbolçunun adını sifariş vərəqəsinə əlavə edib.

Azərbaycan çempionunun rəqibi "Omoniya"dır
Futzal üzrə UEFA kuboku yarışlarında Azərbaycanı təmsil edəcək "Araz"ın ikinci seçmə mərhələdəki son rəqibi müəyyənləşib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər