Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Tehran Təbrizə gözdağı verir?
Tehran Təbrizə gözdağı verir?
Türk mədəniyyət mərkəzi olan bir şəhərdə fars dili konfransını başqa cür izah etmək olmur
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Tehranda hakimiyyət kreslosunda bərk əyləşmiş olanlar Təbrizə gözdağı verdi. Türk mədəniyyət mərkəzi olan bir şəhərdə fars dili konfransı keçirməyi başqa cür izah etmək olmur. Özü də bu konfrans elə bir həssas vaxtda təşkil olunmuşdu ki, İran türkləri ölkənin hər yerində öz ana dillərində təhsil haqqı tələb edirlər.

Xatırladaq ki, sonuncu prezident seçkisi ərəfəsində aparılan kampaniyada az qala ayətulla Xamneyi də Azərbaycan türkcəsinin önəmi haqda danışırdı. O vaxtkı namizədlər - Mahmud Əhmədinejad, Mirhüseyn Musəvi və Mehdi Kərrubi də bu məsələyə önəm verəcəklərindən bəhs edirdilər. Ancaq bu boyun olmaların üstündən heç iki ay keçməmiş Təbrizdə - Azərbaycan türklərinin ana şəhərində fars dilinin "problem"lərinə dair konfrans təşkil olunur... Sanki Farsistanda fars dili konfransı keçirməyə yer yox imiş...

Bu toplantı Təbrizdə fars dili və ədəbiyyatının inkişafı məqsədi ilə təşkil olunan 4-cü konfransdır. Bu tədbir göstərdi ki, İran teokratik hakimiyyətinin Azərbaycan türklərinə hörmətsizliyinin bundan sonra da sərhəd tanımayacağı şəksizdir. Azərbaycanlılar ana dilində məktəb, milli varlığının tanınmasını, milli haqqının təmin olunmasını istədiyi halda 30 milyonluq xalqa "ərəbi söyüş" anlamına gələn belə bir mesaj...

Nə olar, qoy İranın seçki fırıldağı yolu ilə hakimiyyət kreslolarını zəbt etmiş idarəçiləri öz bildiklərini etsinlər. Bu gün onlar belə həqarətləri özlərinə rəva görmək imkanında olduqlarını düşünürlər. Sabahı isə heç zaman bilmək olmur. "Amerikanın səsi" radiosunun yaydığı xəbərə görə, Güney Azərbaycandan bununla bağlı çoxsaylı etirazlar səslənib.

Toplantıya gəldikdə, fars dilinin yayılmasına və inkişafına dair 130 məruzəçi və alim danışıb. Konfrans nəticəsində bir neçə maddəlik qərar qəbul olunub. Həmin qərarda deyilir: "Fars dili bir neçə min illik dildir (? - guya başqa xalqların dilləri dünən yox srağagün yaranıb). İranlıların milli kimliklərinin əsasını təşkil edir (? - türkün, ya belucun milli kimliyini niyə bu təşkil edəcəkmiş, görəsən). Bu dil İranın milli birlik və bütövlüyünün əsas amilidir" (? - bəlkə ruhani ləbbadəsinə bürünmüş panfarsist şovinistlərin zorakı dil siyasətinin aləti?).

Toplantı iştirakçıları İran hakimiyyətindən tələb edib ki, yürüdülən böyük siyasi, mədəni, iqtisadi və başqa qərarlarında fars dilinin inkişafını nəzərə alsın (?!). Fars dilinin qonşu dövlətlərdə yayılması və tədrisi üçün pul xərcləsin, eləcə də başqa ölkələrə fars dilini bilənlər və onu öyrənmək istəyənlərdən ötrü əlavə imkanların yaranması üçün fars dili müəllimləri göndərsin (bir az gecikmişsiniz, cənablar, xalqlar artıq məhəlli dilləri deyil, beynəlxalq dilləri öyrənməyə vaxt sərf etməyə meyillidirlər).

Toplantı KİV və mədəniyyət sahələrində çalışanlardan istəyib ki, farscanın inkişafına daha çox diqqət göstərsinlər və yer ayırsınlar (ona görə də türkcə çıxan qəzetləri boğmaq və bağlamaq gərəkdir, eləmi?).

Toplantıda çıxış edən İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adil fars dilinin böyük bir sərvət (xəbərimiz yoxmuş!) olduğunu bəyan edərək, ölkədəki başqa etnik qrupların ana dili barəsində bir söz belə söyləməyib. O, millət termininin tərifini verərək, bunun 4 məsələyə bağlı olduğunu deyib: "Torpaq, hakimiyyət, ortaq dil və tarix - bunlar milləti tanıtdıran əsas əlamətdir. Əgər fars dilinə maraq göstərilməzsə, bu dil solar və aradan gedər". (Narahat olmayın, cənab Həddad, mədəni və tolerant bir millət olan İran türkləri bu ölkədəki azlıqların, o cümlədən, farsların dillərini ölməyə qoymazlar, siz özünüzə baxmayın).

Q.H.Adil sayı milyonlarca olan xalqların ibtidai məktəblərə yaxın buraxılmayan dillərinə göstərilən rəsmi hörmətsizlikdən, bunun ölkə mədəniyyətinə vurduğu ziyandan kəlmə kəsməyib. Axı parlamentin keçmiş sədri fars dili və ədəbiyyatı mərkəzinin rəhbəridir. Bundan başqa o, fars mərkəzli düşüncə sistemi, fars şovinizmi, panfarsizm və panirançılığın əsas ideoloqlarından sayılır.

Tehran hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkənin əsas dili farscadır, başqa dillərə isə evlərdən və küçə, bazarlardan başqa yer yoxdur. Yada salaq ki, 2002-ci ildə İranın ali rəhbəri ayətulla Xamneyi demişdi: "İranın milli birlik amili islam dini və mədəniyyətidir". O vaxtkı prezident Məhəmməd Xatəmi isə buna qarşı çıxaraq, ölkənin milli birliyinin əsas amili kimi "fars dili, ədəbiyyat, tarixi və mədəniyyəti" olduğunu söyləmişdi. Odur ki, İranda yaşayan türklər, beluclar, ərəblər, giləklər və başqaları öz gələcəkləri barədə ciddi düşünməlidirlər. Nə etməli, dövlət başqa yol qoymur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Yerevan yeni səfirini təyin etdi

Bölmənin digər xəbərləri
 
Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır
Gənclərin və qadınların "rəğbətini qazanmaq" gedişi bununla izah olunur

İran hakimiyyətinin legitimlik problemi
İran ziyalıları ali rəhbərin vəzifədən getməsini istəyir

Azərbaycanlı jurnalist vəkilsiz mühakimə olunub
Ona tibbi yardım göstərilmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər