Anlaşa bilmədiklərini əsas gətirirlərŞənbə, 22.08.2009
mətn ölçüsü
2006-cı ildə nikah masasına oturan türkiyəli müğənni Doğuş boşanmağa qərar verib. Ədliyyəyə yollanan sənətçi boşanmağının səbəblərini açıqlayaraq qərarında qəti olduğunu bildirib. Xatırladaq ki, Doğuş meneceri Seyma Uyğun ilə ailə həyatı qurub. Türk mətbuatının yazdığına görə, həyat yoldaşı ilə birlikdə ədliyyəyə gələn Doğuş bunları deyib: "Aramızda düşüncə və ruh anlaşılmazlığı var. Bir-birimizi daha çox incitməmək üçün razılaşaraq boşanmağa qərar vermişik".
Hazırda ayrı-ayrı evlərdə yaşayan cütlüyün tezliklə yollarını birdəfəlik ayıracaqları deyilir. Doğuş evləndikdən düz bir il sonra boşanmağa cəhd göstərmiş, lakin sonra fikrindən vaz keçmişdi.
"Qızıl Minbər"in proqramı hazırlanıbSentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V "Qızıl minbər" müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib.