çap et  
Selin Dion ikinci dəfə ana olacaq
Selin Dion ikinci dəfə ana olacaq
İkinci uşağın onun üçün bir xəyal ola bildiyini etiraf edir
Şənbə, 22.08.2009


Kanadalı məşhur müğənni Selin Dion ikinci dəfə ana olmağa hazırlaşır. Müğənninin mətbuat katibi 41 yaşlı Dionun Nyu-Yorkda aldığı müalicədən sonra ikinci dəfə hamilə qala bildiyini açıqlayıb. Uşağın mayda dünyaya gəlişini gözləyən Selin Dion və həyat yoldaşı Rene Encl çox xoşbəxt olduqlarını bildiriblər. Selin Dion ikinci uşağın artıq onun üçün bir xəyal ola bildiyini etiraf edib. Qeyd edək ki, Dionun ilk övladı Rene Karles yeni tədris ilində Floridada məktəbə getməyə hazırlaşır.