və Rusiya üçün sürpriz hazırlayırŞənbə, 22.08.2009
mətn ölçüsü
Türk estrada ulduzu Tarkan Rusiya üçün sürpriz hazırlayır. Türkiyə mətbuatının yazdığına görə, ulduz payızda Rusiyaya gedəcək və buradakı pərəstişkarları üçün "Şərqin şahzadəsi" adlı konsert proqramı ilə çıxış edəcək. Xatırladaq ki, ötən ilin iyununda geçəkləşdirdiyi Moskva konsertində meqastar dinləyicilərinə rus dilini öyrənəcəyinə söz vermişdi. Onun vədinə nə dərəcədə əməl etdiyi konsert günü bəlli olacaq.
Qeyd edək ki, Rusiyanın 3 ayrı şəhərində konsertə hazırlaşan Tarkan 18 noyabrda Yekaterinburqda, 20 noyabrda Sankt-Peterburqda, 21 noyabrda isə Moskvada konsert proqramları ilə çıxış edəcək. Daha sonra ulduzun başqa ölkələrə səfəri gözlənilir. Bu turnesinin ilin sonuna kimi davam edəcəyi bildirilir.
"Qızıl Minbər"in proqramı hazırlanıbSentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V "Qızıl minbər" müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib.