Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Yeganə - plagiat?
Yeganə - plagiat?
Müğənni tutarlı səbəblər gətirməklə iddiaları rədd etdi
Şənbə, 22.08.2009

Zəminə Rüstəmova mətn ölçüsü  

Sənətini Türkiyə şou-biznesində sərgiləyən Yeganə Mürsəlovanın türk həmkarı Doğuşla birgə ifa etdiyi "Sanamı evet" mahnısının plagiat olduğu xəbərləri ağızdan-ağıza dolaşır. İddialara görə, duet ortaqları məşhur türk sənətçisi və teleaparıcısı Seda Sayanın repertuarında illər öncə hitə çevrilmiş "Kıskancım" mahnısının yadda qalan notlarından yararlanaraq, mahnının nəqəratındankı bəzi hissələri öz duetlərində istifadə ediblər. Yayılan xəbərlərə münasibət bildirən Yeganə xanım onu plagiatlıqda təqsirləndirənlərə belə cavab verdi:

- Hamıya bəllidir ki, musiqidə cəmi yeddi not var. Melodiyanın bir-birinə bənzəməsi normaldır. Çünki qeyd etdiyim kimi, musiqi yazanlar 7 notun üzərində işləyirlər. Bəzən bir musiqi insana hansısa mahnını xatırladır. Lakin diqqət yetirəndə fərqi hiss etmək olur. Sözügedən iki mahnıya gəlincə, bunların arasında, ümumiyyətlə, bənzərlik görmürəm. Bu mənim subyektiv fikrimdir. Lakin bəzi insanlar bunun əksini deyir. Xatırlayırsınızsa, "Sanamı evet"i Doğuşla ilk dəfə məhz Seda Sayanın aparıcısı olduğu və Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Sabahların sultanı" proqramında ifa etmişdik. Əgər mahnı həqiqətən də plagiat olsaydı, ona musiqi həyatı verən Doğuş istəməzdi ki, bəstəsi ilk dəfə Seda Sayanın proqramında səslənsin. Çünki Seda Sayan canlı efirdən etirazını bildirərdi. Doğuş bilərəkdən tənqid olunmasını istəməzdi. Lakin mahnını eşidəndən sonra Seda xanım duetimizi çox bəyəndiyini söyləməklə yanaşı, xeyir-duasını da bildirmişdi.

REKLAM

İstəyirəm ki, söylədiyim bu fikirlər əsassız söz yayanları susdurmaq üçün bir mesaj olsun. Eyni zamanda, söhbətə nöqtə qoyulsun. Çünki nə Doğuş, nə də mən gündəmdə yersiz fikirlərlə qalmaq istəmirik.

Yeganə Mürsəlova deyir ki, onun Azərbaycana sonuncu səfərində uğurları ilə barışmayan həmkarlarının qısqanclığını açıq şəkildə hiss edib. Bundan məyus olan sənətçi paxıl insanlara ürək qızdıra bilmədiyini söylədi:

- Bəziləri mənim zirvəyə qalxarkən hansı əziyyətlər çəkdiyimi görmək istəmirlər. Mənim uğurlarım onları çox narahat edir. Əslində, onların keçirdiyi hissləri anlaya bilirəm. Çünki bu gün barmaqla sayıla biləcək sənət adamları var ki, türk şou-biznesinə ayaq aça bilir. Onlardan biri də mənəm. Bu, böyük bir uğurdur. Çünki bu qədər çoxluğun arasında tanınmaq və gündəmdə qala bilmək çətin prosesdir. Hərdən məndən bunun sirrini öyrənməyə çalışırlar. Mən hər bir şeyin göz önündə olduğunu deyirəm. Mənim sənətdə bir strategiyam var - düz yolla addımlamaq. Əgər vaxtilə qalmaqallar burulğanına düşüb, oradan böyük səhnəyə boylanmaq iddiasına düşsəydim, ulduzum tez sönərdi. Lakin mən ağılla addımlamağa başladım. Qarşıma məqsəd qoydum, düşündüm ki, mənim üçün nağıla bənzəyən arzularımı gerçəkləşdirməliyəm. İllərlə əziyyət çəkdim. Çalışıb, istəyimə nail oldum.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yeganə iki ölkədə toy çaldıracaq

Doğuş həyat yoldaşını boşayır

Bölmənin digər xəbərləri
 
Nizaminin abidəsi niyə bu kökdə təmir olunub?
Gəncəlilər postamentə təəccüblə baxırlar

Qızıl və gümüşə bürünən Şah Abbas məscidi
Bu sənət əsəri memarların deyil, zərgərin əlindən çıxdı

Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi
Gənc xanəndə Böyük Britaniyada "Womad" festivalında çıxış edib

"Heç bir müğənni məni təkrarlamayıb"
Aygün Kazımova gündəmdən düşdüyü ilə razılaşmır

İlhamə Quliyeva əməliyyat olunacaq
Onun ayaqlarında problem var

Qəbələdə yeni arxeoloji tapıntılar aşkar olunub
Digər bölgələrdəki qazıntı işləri də ekspedisiyalar üçün məhsuldar sayılır

"Ən böyük arzum Otellonu oynamaq idi"
Muxtar Maniyev aktyorluq sənətindən danışdı

"Qızıl Minbər"in proqramı hazırlanıb
Sentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V "Qızıl minbər" müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib.

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"
Və öz sənətinə layiqli qiymət verilməsini arzu edir

Röya səhnəni Alla Puqaçova ilə paylaşacaq
Və küsülü olduğu həmkarlarına dəvətnamə göndərəcək

Bülent Ərsoy Simaya görə şərt kəsib
Bizim sənətçi "Popstar Alaturka" mahnı müsabiqəsində

Zamiq ilk hesabatını verəcək
Konserti ilə ad günü eyni tarixə düşür

İradə İbrahimova 10 illiyə hazırlaşır
Müğənni bu ərəfədə yeni albomunu və klipini təqdim edəcək

Tarkan rus dilini öyrənməyə söz verib
və Rusiya üçün sürpriz hazırlayır

Selin Dion ikinci dəfə ana olacaq
İkinci uşağın onun üçün bir xəyal ola bildiyini etiraf edir

Doğuş həyat yoldaşını boşayır
Anlaşa bilmədiklərini əsas gətirirlər

Bred Pitt təqaüdə gedəcəyini açıqlayıb
Yerini isə gənclərə ötürür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər