Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Bülent Ərsoy Simaya görə şərt kəsib
Bülent Ərsoy Simaya görə şərt kəsib
Bizim sənətçi "Popstar Alaturka" mahnı müsabiqəsində
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Bir neçə il əvvəl Bakıda keçirilən "Sinq your sonq" müsabiqəsinin qalibi olan gənc müğənni Sima Qasımova Türkiyədə keçirilən "Popstar Alaturka" mahnı müsabiqəsinə seçilib. Sənətçinin bildirdiyinə görə, müsabiqənin ilk canlı efiri bu həftəsonu Türkiyənin Fox.TV kanalında olacaq. Bir həftə öncə Türkiyəyə səfər edən və müsabiqənin şərtləri ilə yaxından tanış olan sənətçi eyni zamanda mahnı seçimində iştirak edib.

Onunla apardığımız telefon bağlantısından bəlli oldu ki, iştirakçıların mahnı seçimi müsabiqənin şərtlərinə uyğun aparılır. Azərbaycanlı təmsilçinin payına "Ah İstanbul" mahnısı düşüb. Onun sözlərinə görə, iştirakçılara hər həftə bir mahnı üslubunda oxumaq imkanı veriləcək. O, bunların birində Azərbaycan mahnısının olacağını istisna etmədi.

Müsabiqəyə qatılmağı barədə danışan Sima Qasımova bunları qeyd etdi:

- Mənə həmin müsabiqəyə video görüntülərin göndərilməsi barədə gec məlumat verilib. Mən burada aparılan seçim kampaniyasına yalnız səs yazılarımı təqdim etmişdim. Həmin yazılarla tanış olan Bülent Ərsoy tərəddüdlə mənim müsabiqəyə buraxılmağımı bildirib. Əks təqdirdə isə Azərbaycandan burada iştirakçının olmayacağını deyib. Onun fikri ilə razılaşan təşkilatçılar sonuncu gündə mənim namizədliyimi qəbul ediblər. Artıq məşqlər davam edir və mən müsabiqədə ilk ifamı təqdim edəcəm.

Sima Qasımovanın sözlərinə görə, ötən il eyniadlı müsabiqədə təmsil olunan münsiflər heyətinin tərkibində dəyişiklik aparılıb. Belə ki, müğənni Ebru Gündeşlə Orxan Gəncəbayı Gülbən Ərgən və teatr sənətçisi Metin Akpınar əvəz ediblər. Bülent Ərsoyla Arman Çağlayan isə yenidən münsiflər kürsüsündə əyləşəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Nizaminin abidəsi niyə bu kökdə təmir olunub?
Gəncəlilər postamentə təəccüblə baxırlar

Qızıl və gümüşə bürünən Şah Abbas məscidi
Bu sənət əsəri memarların deyil, zərgərin əlindən çıxdı

Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi
Gənc xanəndə Böyük Britaniyada "Womad" festivalında çıxış edib

"Heç bir müğənni məni təkrarlamayıb"
Aygün Kazımova gündəmdən düşdüyü ilə razılaşmır

İlhamə Quliyeva əməliyyat olunacaq
Onun ayaqlarında problem var

Qəbələdə yeni arxeoloji tapıntılar aşkar olunub
Digər bölgələrdəki qazıntı işləri də ekspedisiyalar üçün məhsuldar sayılır

"Ən böyük arzum Otellonu oynamaq idi"
Muxtar Maniyev aktyorluq sənətindən danışdı

"Qızıl Minbər"in proqramı hazırlanıb
Sentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V "Qızıl minbər" müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib.

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"
Və öz sənətinə layiqli qiymət verilməsini arzu edir

Röya səhnəni Alla Puqaçova ilə paylaşacaq
Və küsülü olduğu həmkarlarına dəvətnamə göndərəcək

Zamiq ilk hesabatını verəcək
Konserti ilə ad günü eyni tarixə düşür

İradə İbrahimova 10 illiyə hazırlaşır
Müğənni bu ərəfədə yeni albomunu və klipini təqdim edəcək

Yeganə - plagiat?
Müğənni tutarlı səbəblər gətirməklə iddiaları rədd etdi

Tarkan rus dilini öyrənməyə söz verib
və Rusiya üçün sürpriz hazırlayır

Selin Dion ikinci dəfə ana olacaq
İkinci uşağın onun üçün bir xəyal ola bildiyini etiraf edir

Doğuş həyat yoldaşını boşayır
Anlaşa bilmədiklərini əsas gətirirlər

Bred Pitt təqaüdə gedəcəyini açıqlayıb
Yerini isə gənclərə ötürür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər