Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Röya səhnəni Alla Puqaçova ilə paylaşacaq
Röya səhnəni Alla Puqaçova ilə paylaşacaq
Və küsülü olduğu həmkarlarına dəvətnamə göndərəcək
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Röya ilin sonuna kimi konsert rekordunu təzələyəcək. Onun budəfəki konsertinin 10 gün davam edəcəyi deyilir. Əvvəlcə sentyabrda çıxış edəcəyini söyləyən müğənni, daha sonra oktyabr ayını seçib. Onun çıxışı Opera və Balet Teatrında keçiriləcək. Konsert bir çox özəllikləri ilə yadda qalacaq.

Müğənninin mətbuat katibinin bildirdiyinə görə, oktyabrın ilk ongünlüyünü əhatə edəcək konsertdə məşhur Alla Puqaçovanın da çıxışı nəzərdə tutulur. Xatırladaq ki, oktyabrın 4-də Alla Puqaçovanın Bakıda konsert proqramı keçiriləcək. Onun səfəri Röyanın konserti ərəfəsinə təsadüf etdiyindən xanım sənətçilərin bir səhnədə çıxış etməsi ideyası yaranıb.

Danışıqlar müsbət nəticə verib. Mətbuat katibinin sözlərinə görə, Alla Puqaçova ilə birlikdə onun uzun illər tərəf-müqabili və həyat yoldaşı olan Filip Kirkorovun da Bakıya səfəri gözlənir. Röyanın konsertində kişi müğənninin də eyni səhnə çıxışı ola bilər.

Mətbuat katibinin bildirdiyinə görə, Röyanın konserti bu və digər maraqlı məqamları ilə yadda qalacaq:

- Alla Puqaçovanın Röyanın konsertində iştirakı tarixə düşən bir gün olacaq. Var gücümüzlə çalışırıq ki, konsert maraqlı keçsin. Artıq dekorasiyalar üzərində işlər başlayıb. Teatrın səhnəsinə uyğun tərtibatda səhnə görüntüləri hazırlanır. Eyni zamanda, böyük bir komanda ssenari üzərində iş aparır. Röyanın konsert üçün geyimləri tikilir. Bunlar sadə və repertuarla vəhdət təşkil edən geyimlər olacaq.

Mətbuat katibi daha bir məsələyə toxundu. Bildirdi ki, Röyanın konsertinə onunla küsülü olan bir neçə həmkarı dəvət olunub. Bildiyimiz kimi, Röya böyük səhnədə parlayandan bəri onun xalq artisti Aygün Kazımova ilə "soyuq müharibəsi" davam edir. Zamanla bir-birinin ünvanına xoşagəlməz fikirlər bildirən müğənnilərin, nəhayət, barışacağı deyilir. İlk addımın isə Röya tərəfindən gələcəyi gözlənilir.

Öyrəndik ki, müğənninin konsertinə dəvət alan həmkarları sırasında Aygün Kazımovanın da adı var. Röya bunu gizlətmədən bəyan edilməsini deyib. Mətbuat katibi söylədi ki, konsert ərəfəsində Aygün xanımın dəvətnaməsi ünvanına çatdırılacaq. Eyni zamanda, Röya ilə münasibətlərində soyuqluq olan Namiq Qaraçuxurlu və Faiq Ağayev də həmin konsertin dəvətliləri sırasındadır. Mətbuat əlaqələndiricisinin dediyinə görə, adıçəkilən sənətçilərlə Röyanın isti münasibətləri olub. Lakin bəzi məqamlarda onların dostluğuna kölgə salmaq istəyənlər tapılıb.

Röyanın konsert repertuarı da təzələnir. Tamaşaçılarına bir yeni klipini və bir neçə yeni mahnılarını təqdim etmək arzusunda olan Röya hazırda bu yöndə çalışmalarını davam etdirir. Onun hansı mahnı müəllifləri ilə çalışdığı və konsertdə nə ifa edəcəyi isə yaxın günlərdə bəlli olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

Daha bir goran edam edildi

Röya tarixə düşəcək?

Çin malları Azərbaycanda istehsal ediləcək?

Röya 4 gün oxuyacaq

Bölmənin digər xəbərləri
 
Nizaminin abidəsi niyə bu kökdə təmir olunub?
Gəncəlilər postamentə təəccüblə baxırlar

Qızıl və gümüşə bürünən Şah Abbas məscidi
Bu sənət əsəri memarların deyil, zərgərin əlindən çıxdı

Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi
Gənc xanəndə Böyük Britaniyada "Womad" festivalında çıxış edib

"Heç bir müğənni məni təkrarlamayıb"
Aygün Kazımova gündəmdən düşdüyü ilə razılaşmır

İlhamə Quliyeva əməliyyat olunacaq
Onun ayaqlarında problem var

Qəbələdə yeni arxeoloji tapıntılar aşkar olunub
Digər bölgələrdəki qazıntı işləri də ekspedisiyalar üçün məhsuldar sayılır

"Ən böyük arzum Otellonu oynamaq idi"
Muxtar Maniyev aktyorluq sənətindən danışdı

"Qızıl Minbər"in proqramı hazırlanıb
Sentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V "Qızıl minbər" müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib.

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"
Və öz sənətinə layiqli qiymət verilməsini arzu edir

Bülent Ərsoy Simaya görə şərt kəsib
Bizim sənətçi "Popstar Alaturka" mahnı müsabiqəsində

Zamiq ilk hesabatını verəcək
Konserti ilə ad günü eyni tarixə düşür

İradə İbrahimova 10 illiyə hazırlaşır
Müğənni bu ərəfədə yeni albomunu və klipini təqdim edəcək

Yeganə - plagiat?
Müğənni tutarlı səbəblər gətirməklə iddiaları rədd etdi

Tarkan rus dilini öyrənməyə söz verib
və Rusiya üçün sürpriz hazırlayır

Selin Dion ikinci dəfə ana olacaq
İkinci uşağın onun üçün bir xəyal ola bildiyini etiraf edir

Doğuş həyat yoldaşını boşayır
Anlaşa bilmədiklərini əsas gətirirlər

Bred Pitt təqaüdə gedəcəyini açıqlayıb
Yerini isə gənclərə ötürür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər