Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Ən böyük arzum Otellonu oynamaq idi"
"Ən böyük arzum Otellonu oynamaq idi"
Muxtar Maniyev aktyorluq sənətindən danışdı
Şənbə, 22.08.2009

Zəminə Rüstəmova mətn ölçüsü  

"İndi peşəkar aktyor nəsli yetişmir. Onların arzuları, iddiaları çox böyükdür. Amma iddianın qabağında nəsə ortaya qoymaq lazımdır. Bizim dövrümüzdə bu iddianı irəli sürən yox idi. Gənclər işləyirlər, ancaq ürəkdən tikan çıxara bilmirlərsə, nəyə lazımdır bu? Aktyor rolu əxz etmədisə, özəlləşdirmədisə, daxilən hiss etmədisə, onu oynamasa yaxşıdır. İndi bizdə belə aktyorlar yoxdur. Aktyorluq Allah tərəfindən verilən vergidir. Mən bu vaxta kimi bacara bilməyəcəyim, özümünkü etmədiyim rolu oynamadım. Mənə görə, kinoda işləmək çox çətindir" - xalq artisti Muxtar Maniyev belə deyir. Aktyor sözünə davam edir:

- Peşəkar olmaq üçün gərək hər bir aktyor dünya kitabxanasını töküb oxusun. Gecə-gündüz oxumaq istəyi isə azərbaycanlılarda yoxdur.

- Tələbələrinizin aktyorluq bacarığı hansı səviyyədədir?

- Uzun illərdir Azərbaycan Milli Konservatoriyası nəzdində aktyor sənəti kursunda dərs deyirəm. Çox istedadlı tələbələrim var. Tələbələrimə ilk verdiyim məsləhət odur ki, yalan danışmasınlar. Aktyor sənəti ilə yalan düz gəlmir. Gərək səmimi olasan.

- Azərbaycan kinosunun dünya səviyyəsinə çıxa bilmədiyinin səbəbi nədir?

- Bunun üçün güclü təbliğat lazımdır.

REKLAM

Ola bilər ki, çox gözəl istehsalımız var, ancaq onu gözə soxmağa adamımız yoxdur.

- Son illər Azərbaycan kinosunda itki çox olub. Nəsil dəyişir, bəs onların yerini tutanlar olacaqmı?

- Bu dünyada heç kim başqasının yerini tuta bilməz. Hər kəsin öz yeri var. Baxın, Milli Dram Teatrında barmaqla sayılacaq qədər aktyor qalıb. Yoxdur, yerlər boşdur. Bu yerləri tutan da yoxdur. Eyni zamanda yazarlar, ssenariçilər arasında da seyrəlmə müşahidə olunur. İndiki ssenariçilərin, rejissorların işi odur ki, kiməsə ağız büzsünlər. Bununla iş əmələ gəlmir. Hamısı deyir ki, mən bundan da yaxşı edərdim, ancaq edə bilmir. Ağız büzməyə nə var ki? İnanın ki, son iki-üç ildə kamil bir ssenari oxumadım. Bu, dəhşətdir. Həsən Seyidbəyli ilə düz bir həftə evin qapılarını bağlayıb "O qızı tapın"ı yazdıq. O yazırdı, mən səhifələyirdim.

- Son illər sizi televiziya tamaşalarında da görmürük. Bu sizin seçiminizdir?

- Müraciət etmək ağlımdan keçməyib. Özləri mənə layiq rol görsələr, yəqin, çağırarlar.

- Maddi vəziyyətiniz necədir?

- Mən aza qane olan insanlardanam. Allah ruzimi yetirir. Vaxt olub işə pulsuz gəlib-getmişəm. Beş manat az, beş manat çox - onunla iş düzəlir? Dünyanın ən kasıb aktyorları Azərbaycan aktyorlarıdır. Şükür Allaha, evim var, işim var, balalarım xaricdə təhsil alıb gəliblər. Əslində maddi cəhətdən həmişə nəsə çatışmır. Özünü oda-közə vursan da, yenə alınmır. Hərdən sual edirlər ki, ürəyinizdə hansısa rolu oynamaq arzusu qalıbmı? Əlbəttə, qalıb. Oynamaq istədiyim rollar çoxdu. Ancaq ən böyük istəyim Otellonu oynamaq idi. Qismət olmadı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir

"Qurdlar vadisi"nin 44 yaşlı aktyoru evlənir

Aktyor Yasin Qarayevin ssenarisi ekranlaşdırılır

Bölmənin digər xəbərləri
 
Nizaminin abidəsi niyə bu kökdə təmir olunub?
Gəncəlilər postamentə təəccüblə baxırlar

Qızıl və gümüşə bürünən Şah Abbas məscidi
Bu sənət əsəri memarların deyil, zərgərin əlindən çıxdı

Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi
Gənc xanəndə Böyük Britaniyada "Womad" festivalında çıxış edib

"Heç bir müğənni məni təkrarlamayıb"
Aygün Kazımova gündəmdən düşdüyü ilə razılaşmır

İlhamə Quliyeva əməliyyat olunacaq
Onun ayaqlarında problem var

Qəbələdə yeni arxeoloji tapıntılar aşkar olunub
Digər bölgələrdəki qazıntı işləri də ekspedisiyalar üçün məhsuldar sayılır

"Qızıl Minbər"in proqramı hazırlanıb
Sentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V "Qızıl minbər" müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib.

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"
Və öz sənətinə layiqli qiymət verilməsini arzu edir

Röya səhnəni Alla Puqaçova ilə paylaşacaq
Və küsülü olduğu həmkarlarına dəvətnamə göndərəcək

Bülent Ərsoy Simaya görə şərt kəsib
Bizim sənətçi "Popstar Alaturka" mahnı müsabiqəsində

Zamiq ilk hesabatını verəcək
Konserti ilə ad günü eyni tarixə düşür

İradə İbrahimova 10 illiyə hazırlaşır
Müğənni bu ərəfədə yeni albomunu və klipini təqdim edəcək

Yeganə - plagiat?
Müğənni tutarlı səbəblər gətirməklə iddiaları rədd etdi

Tarkan rus dilini öyrənməyə söz verib
və Rusiya üçün sürpriz hazırlayır

Selin Dion ikinci dəfə ana olacaq
İkinci uşağın onun üçün bir xəyal ola bildiyini etiraf edir

Doğuş həyat yoldaşını boşayır
Anlaşa bilmədiklərini əsas gətirirlər

Bred Pitt təqaüdə gedəcəyini açıqlayıb
Yerini isə gənclərə ötürür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər