çap et  
İlhamə Quliyeva əməliyyat olunacaq
İlhamə Quliyeva əməliyyat olunacaq
Onun ayaqlarında problem var
Şənbə, 22.08.2009

Zəminə Rüstəmova

Bir neçə gün əvvəl ad günüydü. Ötən gün isə Neftçilər Xəstəxanasına yerləşdirilib. Show.az-ın məlumatına görə, xalq artisti İlhamə Quliyeva ayaqlarındakı problemlər ona əziyyət verdiyindən həmin xəstəxanada əməliyyat olunacaq.

Xalq artistinin mətbuat katibi Faiq Ələkbərlinin məlumatına görə, dünən bəzi kütləvi informasiya vasitələrində İlhamə Quliyeva haqqında əsassız xəbərlər yayılıb. Onun sözlərinə görə, xalq artisti srağagün Moskvadan gəlib və səhhətindəki narahatlıqla bağlı həkim müayinəsində olub. Məlum olub ki, ayaqlarında olan ağrılara təcili tibbi müdaxilə edilməlidir.

Mətbuat katibi sənətçinin səhhəti ilə bağlı son məlumatları mətbuat işçiləri ilə paylaşacağını bildirdi.