Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Tarixi əhəmiyyətli 30 bina dağıdılıb
Tarixi əhəmiyyətli 30 bina dağıdılıb
Söhbət paytaxt Bakıda dağıdılan binalardan gedir
Şənbə, 22.08.2009


X.Lütfüzadə
mətn ölçüsü  

Bir qrup QHT lideri və hüquqşünas Bakı şəhərində aparılan söküntü və təmir işləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və s. informasiya sorğuları ilə müraciət ediblər. "Turan"a daxil olan müraciəti tanınmış hüquqşünaslar İntiqam Əliyev, Ənnağı Hacıbəyli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənanyarlı, ekspert Aytəkin İmranova və başqaları imzalayıb.

"Son bir neçə il ərzində Azərbaycanda səlahiyyətli qurumların səsləndirdiyi məlumatlara görə, Bakı şəhərində istismar müddəti bitmiş, yaşı 100-dən çox və qəzalı vəziyyətdə qədim binaların olması iddia edilir", - deyə Hüquq Maarifçiliyi Cəmiyyətinin hüquqşünası Nurlana Əliyeva bildirib. Bu cür məlumatlar və həmin binalarla əlaqədar görülmüş və görülməkdə olan tədbirlər şəxslərin mülkiyyət və mədəniyyət hüquqlarının mühafizəsi baxımından suallar doğurur. Belə ki, bu binaların çoxu tarix və mədəniyyət abidələridir ki, onlar milli və beynəlxalq qanunvericiliklə mühafizə olunur. Bu binalarda təmir və ya hər hansı rekonstruksiya işlərinin aparılması, yaxud sökülməsi ciddi qaydalara riayət olunmasını tələb edir.

Bununla bağlı insanlarda yaranmış narahatlığı və çoxsaylı müraciətləri nəzərə alaraq, müvafiq məlumatların və sənədlərin alınması üçün yuxarıda adları çəkilən orqanlara sorğu ilə müraciət edilib. Sorğuda Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların siyahısının olub-olmaması, varsa, binaların və ya evlərin qəzalı binalar siyahısına salınmasının hansı qurum, qurumlar və ya komissiya tərəfindən həyata keçirildiyi, həmin siyahıya salınmış qəzalı binaların neçəsinin sökülməli və bərpa olunmalı olduğu, qəzalı vəziyyətdə olan binaların sökülməsi, bərpası və tikinti işlərinin hansı təşkilat və ya təşkilatlar tərəfindən həyata keçirildiyi və bu barədə qərarın kim tərəfindən və hansı qaydada qəbul edildiyi və s. barədə məlumatlar istənilib.

Əliyeva qeyd edib ki, sorğu bu həftə göndərilib və müvafiq qurumlar 7 gün ərzində onlara cavab verməlidir. Əgər cavab gəlməsə, məhkəmə iddiaları qaldırılacaq. Əliyevanın sözlərinə görə, əvvəllər də vətəndaş cəmiyyəti nümayəndələri mədəniyyət abidələrinin taleyi ilə bağlı sorğularla müraciət edib, lakin bir qayda olaraq, heç bir cavab almayıblar.

"Şəhərin idarə edilməsində vətəndaşların iştirakı" layihəsinin koordinatoru, "İslam, demokratiya və insan hüquqları Mərkəzi" QHT-nin rəhbəri Aytəkin İmranova tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsində vəziyyətin kədərləndirici olduğunu bildirib. "Müxtəlif vaxtlarda müxtəlif idarələr tərəfindən tərtib edilmiş mədəniyyət və tarixi abidələrin müxtəlif siyahıları mövcuddur. Bununla belə, abidələrin dağıdılması davam edir".

2006-2008-ci illərdə təkcə İçərişəhərin "Azneft" meydanına birləşən hissəsində tarixi əhəmiyyətli 30 bina dağıdılıb.

Üzeyir Hacıbəyov, Şəmsi Bədəlbəyli, Füzuli küçələrində də abidələr sökülüb. Nizami küçəsində (Torqovaya) təmir işləri zamanı paytaxtın mərkəzinin memarlıq görünüşünə böyük ziyan vurulur, binaları qaşıyırlar və müasir daş üzlüklərlə örtürlər",- deyə İmranova bildirib.

"Bakıda qalmaqda olan tarixi abidələri xilas etmək üçün təcili tədbirlər görmək lazımdır", - deyə İmranova qeyd edib.

Bakı meriyası, mədəniyyət və turizm, fövqəladə hallar nazirliklərinin mətbuat xidmətlərindən tarixi və mədəniyyət abidələrinin mühafizəsi üzrə görülən tədbirlər barədə şərh almaq mümkün olmayıb.

Qeyd etmək lazımdır ki, son illər ərzində Azərbaycanda, bir neçə dəfə Bakıda, o cümlədən paytaxtın tarixi mərkəzi olan İçərişəhərdə tarix və mədəniyyət abidələrinin qorunması haqda ən yüksək səviyyədə qərarlar qəbul edilib. Lakin reallıqda İçərişəhərdə binaların sökülməsi və yeni obyektlərin tikintisi davam etdirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Zibilliklər arasında həyat
Gəncədəki 4-cü mikrorayonun 2 saylı yataqxanasının ətrafındakı ürəkbulandırıcı mənzərə

Ölkəmizdə yaşayış hüququnun məbləği məlum olub
300 min manat sərmayə qoyan şəxs bu hüququ qazanacaq

Vahid məktəbli forması bu il tətbiq olunmayacaq
Paytaxt məktəblərində vahid məktəbli formasının tətbiqi gələn il həyata keçiriləcək.

Yeni iritutumlu avtobuslar istifadəyə veriləcək
Yaxın günlərdə növbəti qrup iritutumlu avtobusun müxtəlif marşrut xətlərində istifadəyə verilməsi nəzərdə tutulur.

Lisenziya müddəti bitən şirkətlərin fəaliyyəti qanunsuzdur
Keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən layihələndirmə və mühəndis-axtarış fəaliyyəti üçün verilən 80-a yaxın lisenziyanın qüvvədəolma müddəti bitib.

Dəmiryol xətlərinin söküntüsünə Buzovnadan başlanıb
"Azərbaycan Dəmir Yolları" QSC Bakı kəndləri istiqamətində hərəkət edən elektrik qatarları yolunun söküntüsünü davam etdirir.

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı
İcazəsiz tikililərin uçotu aparılır

Müqəddəs Ramazan ayı başlandı
Bu ay İslam dininin ən vacib və bərəkətli ayıdır

Düşmən dəyirmanına su tökən kimlərdir?
Qarışqadan fil düzəldənlər və hay-küyçü "vətənpərvərlər"...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər