Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Lisenziya müddəti bitən şirkətlərin fəaliyyəti qanunsuzdur
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən layihələndirmə və mühəndis-axtarış fəaliyyəti üçün verilən 80-a yaxın lisenziyanın qüvvədəolma müddəti bitib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, həmin lisenziya sahibləri yeni lisenziyalar almayınca onların fəaliyyəti qanunsuz hesab olunacaq. Odur ki, lisenziya müddəti bitən hüquqi və fiziki şəxslər təzədən quruma müraciət etməli və öz lisenziyalarını təzələməlidir.

Lisenziya müddəti bitənlərin fəaliyyəti İnzibati Xətalar Məcəlləsinə ziddir. Həmçinin onların layihəsi ekspertizaya buraxılmayacaq. C.Qocayevin sözlərinə görə, lisenziyası bitən şirkətlərin fəaliyyətinə rast gəlinərsə, onlar cəzalandırılacaq.

Lisenziya müddəti bitənlərin siyahısında "Memar" MMC, "Riyad" şirkəti, "STİL-S" MMC, "TAMAY" firması, "Şərq" MTK, "Geoloq" MMC, "Atlant" firması və digər şirkət və firmaların adı yer alıb. Qeyd edək ki, lisenziya alınması üçün ödənilən rüsumun miqdarı 1100 manatdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Zibilliklər arasında həyat
Gəncədəki 4-cü mikrorayonun 2 saylı yataqxanasının ətrafındakı ürəkbulandırıcı mənzərə

Ölkəmizdə yaşayış hüququnun məbləği məlum olub
300 min manat sərmayə qoyan şəxs bu hüququ qazanacaq

Vahid məktəbli forması bu il tətbiq olunmayacaq
Paytaxt məktəblərində vahid məktəbli formasının tətbiqi gələn il həyata keçiriləcək.

Yeni iritutumlu avtobuslar istifadəyə veriləcək
Yaxın günlərdə növbəti qrup iritutumlu avtobusun müxtəlif marşrut xətlərində istifadəyə verilməsi nəzərdə tutulur.

Dəmiryol xətlərinin söküntüsünə Buzovnadan başlanıb
"Azərbaycan Dəmir Yolları" QSC Bakı kəndləri istiqamətində hərəkət edən elektrik qatarları yolunun söküntüsünü davam etdirir.

Tarixi əhəmiyyətli 30 bina dağıdılıb
Söhbət paytaxt Bakıda dağıdılan binalardan gedir

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı
İcazəsiz tikililərin uçotu aparılır

Müqəddəs Ramazan ayı başlandı
Bu ay İslam dininin ən vacib və bərəkətli ayıdır

Düşmən dəyirmanına su tökən kimlərdir?
Qarışqadan fil düzəldənlər və hay-küyçü "vətənpərvərlər"...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər