Hal-hazırda Ayna qəzetinin 22.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ölkəmizdə yaşayış hüququnun məbləği məlum olub
Ölkəmizdə yaşayış hüququnun məbləği məlum olub
300 min manat sərmayə qoyan şəxs bu hüququ qazanacaq
Şənbə, 22.08.2009

mətn ölçüsü  

Xaricilərin Azərbaycanda yaşamaq hüququ alması üçün ölkəyə nə qədər pul yatırmalı olduqları dəqiqləşib. Doğrudur, əvvəllər söhbət 5-10 min dollarlıq investisiyalardan gedirdi. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda yaşayış hüququ almaq üçün ölkəyə 300 min manat və ya 375 min dollar investisiya qoymaq lazımdır. Əlbəttə, 375 min dollarlıq investisiya tələbi ölkəyə nisbətən imkanlı və pul xərcləməyə hazır olanların gəlməsinə şərait yarada bilər. Bu qaydanın xaricdən ölkəyə varlı investorların gəlməsinə kömək edəcəyi güman edilir.

Azərbaycan sürətlə inkişaf edən ölkələrdən biridir və burada işləməyə və pul qazanmağa gələnlər az deyil. Hökumət bu meyldən səmərəli istifadə etmək istəyir. Azərbaycanda yaşamağa ən çox region ölkələrinin - Şimali Qafqaz, Gürcüstan və İran vətəndaşları maraq göstərir. Yaşamaq hüququnun alınması prosedurunun dəqiq müəyyənləşməsi isə bu ölkələrdən faydalı axını gücləndirə bilər.

Bu qayda bütün ölkələrdə var. İndi Azərbaycan da onların sırasına qoşulur. Ekspertlərə görə, bu qayda xaricdən gələnlər üçün bir növ filtr rolunu oynayır. Məsələ bundadır ki, sabitlik və iqtisadi artım şəraitində ölkəyə xaricdən gələnlərin heç də hamısı milyonçu deyil. Onların arasında macəra axtaranlar, adi işçilər, sadəcə təsadüfi adamlar, hətta fırıldaqçılar var. Belələrinin xeyirdən çox ziyanı olur.

Məsələn, Misirdə xaricilərə yaşayış hüququnun verilməsi üçün onun 50 min dollarlıq obyekt alması kifayətdir. Sonradan belələri ölkədə hətta daimi yaşaya bilir. Birləşmiş Ərəb Əmirliklərində - Dubayda yaşamaq üçün daha çox pul qoymaq lazımdır - 1 milyon dirhəm və ya 274 min dollarlıq obyekt alana rezident vizası verilir.

AB-də bu məbləğ 250 min avrodur.

REKLAM

Amma ölkələr arasında fərqli yanaşmalar var, Məsələn, Fransada yaşayış hüququ almaq üçün bura azı 150 min avro pul qoymaq lazımdır. İnvestisiyanın çoxluğu rəsmiləşdirmə proseduruna təsir edir. Məsələn, 1 milyon pul qoyanların məsələsi avtomatik həll olunur. Bolqarıstanda yaşamaq üçün 500 min dollar qoymaq lazımdır. Məbləğ 1 milyon olsa, həmin şəxsə Bolqarıstan prezidentinin fərmanı ilə vətəndaşlıq verilir. 350 min dollar xərcləyən şəxs Karib ölkələrində, məsələn, Dominikanda da vətəndaşlıq ala bilir. Bunun üstünlüyü odur ki, Dominikan pasportu ilə dünyanın əksər ölkələrinə vizasız getmək olur.

Daşınmaz əmlak almaq dünyanın hər yerində sərfəlidir. Amerika hökuməti ölkənin daşınmaz əmlak bazarını, ümumiyyətlə, iqtisadiyyatını canlandərmaq üçün çoxdan sınanmış üsula əl atıb. Birləşmiş Ştatlar 500 min dollardan artıq sərmayə yatıranlara yaşamaq hüququ, yəni "Qrin kart" verməyə hazırdır.

ABŞ-da tətbiq olunan yeni proqrama əsasən ölkədə kommersiya əmlakına, yəni kommersiya obyektlərinə 500 min dollar yatıran xaricilərə 6 ay müddətinə "Qrin kart", yəni bu ölkədə yaşamaq hüququ veriləcək. Bu hüquq həmin şəxslərin özləri ilə yanaşı, 10 nəfər ailə üzvünə də aiddir. Bu barədə "Paramount kapital" və "Paramount emigration servis" şirkətinin birgə məlumatında bildirilir. Başqa sözlə, lazımi qədər pulun olsa, Amerikada yaşamağın mümkündür.

ABŞ-da biznes miqrasiyası elə indiyə qədər mövcud idi. Amma indi bu proses daha da sadələşib. Məsələn, əvvəlki qaydalara görə, Amerikada yaşamaq hüququ almaq istəyənlər bu ölkədə biznes qurmalı, iş yerləri açmalı və şirkəti idərə etməliydilər. İndi isə, sadəcə, kommersiya obyekti almaq kifayət edir. Məlumatda bildirilir ki, Amerikada daşınmaz əmlak alanlar əvvəlcə ölkədə məhdudiyyət qoyulmadan yaşamaq və işləmək hüququ verən imiqrant investor vizası alırlar. İki ildən sonra onlara daimi yaşayış hüququ, daha sonra isə vətəndaşlıq verilir.

Beləliklə, Birləşmiş Ştatlar ölkə iqtisadiyyatına investisiyalar cəlb eləmək üçün xaricilərə əlavə üstünlüklər verməyə başlayıb. Əslində bu variant hər iki tərəfə sərf edir. Amerikada yaşamaq istəyənlərin sayı həmişə çox olub, deməli, bunun üçün pul xərcləyən də tapılacaq. Amerikanın özü isə bu üsulla ölkə iqtisadiyyatına lazım olan investisiyanı cəlb edə bilir. Görünür, elə bunun nəticəsidir ki, birinci yarım ildə ölkənin ən populyar ştatlarına investisiya qoyuluşları ayda 2 faiz artıb. Bunlar Florida, Nyu-York və Kaliforniyadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Zibilliklər arasında həyat
Gəncədəki 4-cü mikrorayonun 2 saylı yataqxanasının ətrafındakı ürəkbulandırıcı mənzərə

Vahid məktəbli forması bu il tətbiq olunmayacaq
Paytaxt məktəblərində vahid məktəbli formasının tətbiqi gələn il həyata keçiriləcək.

Yeni iritutumlu avtobuslar istifadəyə veriləcək
Yaxın günlərdə növbəti qrup iritutumlu avtobusun müxtəlif marşrut xətlərində istifadəyə verilməsi nəzərdə tutulur.

Lisenziya müddəti bitən şirkətlərin fəaliyyəti qanunsuzdur
Keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən layihələndirmə və mühəndis-axtarış fəaliyyəti üçün verilən 80-a yaxın lisenziyanın qüvvədəolma müddəti bitib.

Dəmiryol xətlərinin söküntüsünə Buzovnadan başlanıb
"Azərbaycan Dəmir Yolları" QSC Bakı kəndləri istiqamətində hərəkət edən elektrik qatarları yolunun söküntüsünü davam etdirir.

Tarixi əhəmiyyətli 30 bina dağıdılıb
Söhbət paytaxt Bakıda dağıdılan binalardan gedir

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı
İcazəsiz tikililərin uçotu aparılır

Müqəddəs Ramazan ayı başlandı
Bu ay İslam dininin ən vacib və bərəkətli ayıdır

Düşmən dəyirmanına su tökən kimlərdir?
Qarışqadan fil düzəldənlər və hay-küyçü "vətənpərvərlər"...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər