Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Terror barədə daha iki yalan məlumat
Bu dəfə 43 və 17 yaşlarında Bakı sakinləri saxlanıb
Şənbə, 15.08.2009

S.Abbas
S.Abbas
mətn ölçüsü  

Azərbaycan paytaxtında avtomaşına bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dünən saat 05:00 radələrində Səbail rayonunun Neftçilər prospektində naməlum şəxs "Mercedes" markalı avtomaşını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati binasının qarşısında saxlayıb və taksiyə minərək gedib. Şirkətin mühafizəçisi avtomaşının arxa şüşəsinə yapışdırılan mobil telefon nömrəsinə zəng edərək, avtomaşının oradan götürülməsini tələb edib, cavabında həmin şəxs avtomaşının ona məxsus olmadığını bildirib. Lakin 10 dəqiqədən sonra göstərilən telefondan mühafizəçiyə zəng vuraraq avtomaşına bomba qoyduğunu və onun partlayacağını bildirib.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Zəng edib yalan məlumat vermiş şəxs Bakı şəhər sakini, 43 yaşlı Elxan Səmədov tutulub. Avtomaşın müvəqqəti dayanacağa qoyulub. Avtomaşının salonuna baxış zamanı oradan narkotik vasitəyə oxşar maddə götürülüb. я Dünən isə saat 21:27 radələrində Qaradağ rayonunda Hüseyn adlı şəxs telefonla "102 zəng xidməti"nə zəng edərək Sahil qəsəbəsindəki ATS-in qarşısına bomba qoyması barədə məlumat verib. "Turan"ın DİN-ə istinadən yaydığı məlumatına görə, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat vermiş Bakı şəhər sakini, 17 yaşlı Hüseyn Atakişiyev tutulub. 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Polis zabitini öldürmək istəyənə hökm oxundu

Elnur Məmmədli polisdə!

TQDK son xəbərdarlığını etdi...

Bölmənin digər xəbərləri
 
"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"
Vətəndaşlar ordu quruculuğu prosesində iştirak etməlidirlər

Mina partlaması nəticəsində traktorçu xəsarət alıb
Qarabağda cəbhəyə bitişik bölgələrdə bu il 10 nəfər minaya düşərək yaralanıb. Son dəfə iyulda Xocavənddə kombayn minaya düşmüşdü

Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq
Azərbaycan kosmosa süni peyk çıxararaq kosmik ölkələr sırasında yer almaq istəyir

Gənc bloqçuların azad edilməsi tələb edilir
Müdafiə komitəsi beynəlxalq ictimaiyyəti bu məsələdə hökumətə təsir etməyə səsləyib

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
Qurğu Mahaçqala yaxınlığında quraşdırılıbmış

Azərbaycan vətəndaşları gəmidə əsir deyillər
XİN sözçüsü onların hər an Hindistanda saxlanan Türkiyə gəmisini tərk edə biləcəklərini deyib

Amerika türklərindən Google-a qarşı kampaniya
Bu ümumdünya axtarış sistemi söz azadlığını pozmaqda ittiham edilir

Orduda ruhani təsisatı ideyası?
Bəzi qanunvericilər və ekspertlər bunu zəruri sayır

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib
Yerli KİV mənsubları informasiya alan zaman ayrı-seçkilik təzahürlərinə məruz qalır, icra strukturları ilə bağlı sənədlərlə tanış olmaq imkanları məhduddur

Ölkəyə gələnlərin və gedənlərin profilaktikası aparılacaq
XİN vətəndaşlara xəbərdarlıq edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər