Xarici İşlər Nazirliyi xaricə səfər edən və Azərbaycana gələn vətəndaşlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, dünyanın müxtəlif ölkələrində baş verən xəstəliklərdən və ya baş vermə ehtimalı olan epidemiya, pandemiya təhlükəsindən qorunmaq məqsədilə xarici dövlətlərə səfər edən Azərbaycan vətəndaşlarının və xaricdən ölkəmizə gələn şəxslərin müvafiq peyvənd, vaksiniya və müayinədən keçməsi tövsiyə olunur. Müayinədən keçmək istəyən şəxslər profilaktik tədbirlərin görülməsi üçün Səhiyyə Nazirliyinin təyin etdiyi poliklinikaya müraciət edə bilərlər. Qeyd edək ki, sözügedən tibb müəssisələri Nəsimi rayonu, 3-cü mikrorayon, Cavad xan küçəsində yerləşən 20 və 22 saylı poliklinikalardır.
Əlaqə telefonu: 530 12 41.
|