Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Orduda ruhani təsisatı ideyası?
Orduda ruhani təsisatı ideyası?
Bəzi qanunvericilər və ekspertlər bunu zəruri sayır
Şənbə, 15.08.2009

Cəsur Məmmədov mətn ölçüsü  

"Namaza qadağa var idi bizim hərbi hissədə. Deyirdilər ki, olmaz qılmaq. Mənimçün namaz həyatın mənasıdır". Bunu "Azadlıq" radiosuna keçmiş əsgər Fəxri Hüseynov bildirib. Ona əsgərlikdə namaz qılmağı qadağan ediblər. Deyir ki, gecələr gizlincə, uzanıqlı vəziyyətdə, ürəyində ibadət etdiyi günləri çox olub, zabitlər namaz qılanlara təzyiq edirmişlər. O, məzuniyyət vaxtı məscidə getdiyi üçün cəzalandırılan bir əsgər yoldaşı haqda danışıb:

"Səhəri gün zabitlər çağırdılar o əsgəri, dedilər ki, sən məscidə getmisən, sənin adını siyahıya salacağıq, təxribatçısan. Amma belə təzyiq bizim üçün bir sınaqdır" deyən Fəxri Hüseynov xidmət etdiyi hərbi hissənin adını açıqlamaq istəməyib.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin sədri İlqar İbrahimoğlu deyib ki, Fəxri kimi əsgərlər Azərbaycanda çoxdur, əsgərlərin Konstitusiyada nəzərdə tutulan hüquqları beləcə kobud surətdə pozulur: "Bununla bağlı məlumatları biz araşdırırıq, amma təəssüf ki, Azərbaycanda əsgərin öz komandirindən açıq-aşkar şikayət etməsi müşkül məsələdir, şikayətlər rəsmi olmur deyə biz də hökumətə müraciət edə bilmirik".

MN mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyib ki, orduda namaza qadağa yoxdur: "Belə bir şey yoxdur, şayiədir, insan hüquq və azadlıqlarına aid olan heç bir şeyə orduda qadağa qoyulmur".

Amma parlamentin Müsavat deputat qrupundan olan üzvü, Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Pənah Hüseyn bildirib ki, orduda namaza qeyri-rəsmi şəkildə qadağa var, özü də bu, axır vaxtlar ölkədə dini təriqətlərin aktivləşməsindən sonra başlayıb. Bir neçə il əvvələ kimi Azərbaycanda hətta hərbi hissələrdə namaz otaqları da var idi: "Rus ordusunda ayrıca keşiş ştatı var, bu məsələ qanunvericilikdə də nəzərdə tutulub. Azərbaycanda isə belə bir ənənə yoxdur, qanunvericilik də bunu tənzimləmir, amma qadağa da yoxdur, yəni qanunda bu sahədə boşluq var".

Pənah Hüseyn bildirib ki, Konstitusiyada nəzərdə tutulmuş dini etiqad və vicdan azadlığı bütün vətəndaşlara şamil olunmalıdır. Keçmiş əsgər Fəxri Hüseynov isə dövlətindən narazı qalıb, deyib ki, bir il ərzində onun hüquqları hər gün pozulub.

Ekspertlərin fikrincə, Azərbaycan Silahlı Qüvvələrində dini ibadətlə bağlı problemlərin çözülməsi üçün ruhani institutunun yaradılması zərurəti ortadadır. Yeri gəlmişkən, bu yaxınlarda Hollandiya ordusu əsgərlərin dini ibadətlərini rahat yerinə yetirməsi üçün iki müsəlman din xadimini işə götürüb. Bildirildiyinə görə, xidmət göstərməsi nəzərdə tutulan müsəlmanlar orduda azad rejimlə işləyir. Onlar günün müəyyən vaxtı orduya gəlir və bu müddətdə hərbi geyim geyinirlər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirib ki, etiqadlı insanlara öz dini ayinlərini yerinə yetirmək, öz dininə xidmət etmək istiqamətində şərait yaradılması kimi addımlar mütləqdir və bunlar demokratik dövlətlərdə qiymətləndirilir. Onun sözlərinə görə, Azərbaycan ordusunda ruhani təsisatının yaradılması vacibdir.

"Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə, 1998-1999-cu illərədək bəzi hərbi hissələrimizdə dini ayinlərin həyata keçirilməsi üçün imkan yaradılmışdı. Hətta məscidlərin tikilməsi üçün də müəyyən düşüncələr var idi. MN-də tərbiyəvi işlər üzrə, səhv etmirəmsə, din xadimi kimi xüsusi bir vəzifə də nəzərdə tutulmuşdu. O zaman bu vəzifədə dindar bir hacı əyləşmişdi. Nəzərdə tutulurdu ki, təkcə Müdafiə Nazirliyində deyil, hərbi hissələrdə də belə ştatlar açılsın. Amma sonradan, 1999-2000-ci illərdən başlayaraq əks addımlar atıldı. Müdafiə Nazirliyində o ştatı ləğv etdilər. Açığı bu addımların səbəbləri barədə məlumata malik deyiləm", - deyə o bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"
Vətəndaşlar ordu quruculuğu prosesində iştirak etməlidirlər

Mina partlaması nəticəsində traktorçu xəsarət alıb
Qarabağda cəbhəyə bitişik bölgələrdə bu il 10 nəfər minaya düşərək yaralanıb. Son dəfə iyulda Xocavənddə kombayn minaya düşmüşdü

Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq
Azərbaycan kosmosa süni peyk çıxararaq kosmik ölkələr sırasında yer almaq istəyir

Gənc bloqçuların azad edilməsi tələb edilir
Müdafiə komitəsi beynəlxalq ictimaiyyəti bu məsələdə hökumətə təsir etməyə səsləyib

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
Qurğu Mahaçqala yaxınlığında quraşdırılıbmış

Azərbaycan vətəndaşları gəmidə əsir deyillər
XİN sözçüsü onların hər an Hindistanda saxlanan Türkiyə gəmisini tərk edə biləcəklərini deyib

Amerika türklərindən Google-a qarşı kampaniya
Bu ümumdünya axtarış sistemi söz azadlığını pozmaqda ittiham edilir

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib
Yerli KİV mənsubları informasiya alan zaman ayrı-seçkilik təzahürlərinə məruz qalır, icra strukturları ilə bağlı sənədlərlə tanış olmaq imkanları məhduddur

Ölkəyə gələnlərin və gedənlərin profilaktikası aparılacaq
XİN vətəndaşlara xəbərdarlıq edir

Terror barədə daha iki yalan məlumat
Bu dəfə 43 və 17 yaşlarında Bakı sakinləri saxlanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər