Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Amerika türklərindən Google-a qarşı kampaniya
Amerika türklərindən Google-a qarşı kampaniya
Bu ümumdünya axtarış sistemi söz azadlığını pozmaqda ittiham edilir
Şənbə, 15.08.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Amerika türkləri dünəndən etibarən Google-a qarşı kampaniyaya başlayıblar. Bu ümumdünya axtarış sistemi söz azadlığını pozmaqda ittiham edilir. Kampaniya Amerika Türk Koalisiyası (Turkish Coalition of America) (TCA) qurumu tərəfindən başladılıb.

Amerika türklərinin belə bir tədbirə əl atmaları səbəbsiz deyil. Belə ki, Google bu yaxınlarda TCA-da yerləşdirilmiş və istifadəçiləri "erməni soyqırımı" iddialarını rədd edən sayta gətirən "Don't be Evil" ("Kinli olma!", "Şər-böhtançı olma!" mənasını verir) elanını dayandırmaq qərarını verib. Kampaniya da bu haqsız qərara cavab olaraq başlanıb.

Əvvəllər "Ermənistan", "erməni", "erməni soyqırımı" sözlərinin axtarışı istifadəçiləri TCA-ya gətirirdi və onlar burada əsl həqiqətlə tanış olur, erməni tezislərini alt-üst edən, onların uydurma olduğunu göstərən materiallarla tanış olmaq imkanı əldə edirdi. Bu qrup haqlı olaraq ABŞ Konqresində məlum 252 saylı qətnamənin keçməsinə qarşı da çıxış edirdi.

Google şəbəkəsinin bu qərarı türkləri hiddətləndirmiş, erməniləri isə sevindirmişdir. Google öz qərarını bununla əsaslandırır ki, sistem "ədavət və nifrətin qızışdırılmasına yönəlik elanları qəbul etmir". Amma ermənilərin bu səpkili şər və böhtan işləri Google tərəfindən "ədavət və nifrətin qızışdırılması" kimi qavranılmır.

Google bu haqsız qərarını ermənilər tərəfindən təşkil olunmuş "məktub göndərmə" kampaniyasından sonra bu ilin iyun ayında qəbul etmişdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"
Vətəndaşlar ordu quruculuğu prosesində iştirak etməlidirlər

Mina partlaması nəticəsində traktorçu xəsarət alıb
Qarabağda cəbhəyə bitişik bölgələrdə bu il 10 nəfər minaya düşərək yaralanıb. Son dəfə iyulda Xocavənddə kombayn minaya düşmüşdü

Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq
Azərbaycan kosmosa süni peyk çıxararaq kosmik ölkələr sırasında yer almaq istəyir

Gənc bloqçuların azad edilməsi tələb edilir
Müdafiə komitəsi beynəlxalq ictimaiyyəti bu məsələdə hökumətə təsir etməyə səsləyib

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
Qurğu Mahaçqala yaxınlığında quraşdırılıbmış

Azərbaycan vətəndaşları gəmidə əsir deyillər
XİN sözçüsü onların hər an Hindistanda saxlanan Türkiyə gəmisini tərk edə biləcəklərini deyib

Orduda ruhani təsisatı ideyası?
Bəzi qanunvericilər və ekspertlər bunu zəruri sayır

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib
Yerli KİV mənsubları informasiya alan zaman ayrı-seçkilik təzahürlərinə məruz qalır, icra strukturları ilə bağlı sənədlərlə tanış olmaq imkanları məhduddur

Ölkəyə gələnlərin və gedənlərin profilaktikası aparılacaq
XİN vətəndaşlara xəbərdarlıq edir

Terror barədə daha iki yalan məlumat
Bu dəfə 43 və 17 yaşlarında Bakı sakinləri saxlanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər