çap et  
Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
Qurğu Mahaçqala yaxınlığında quraşdırılıbmış
Şənbə, 15.08.2009


Bakı-Rostov dəmir yolunun Dağıstan ərazisindən keçən hissəsində tapılmış partlayıcı qurğu zərərsizləşdirilib. APA-nın Rusiya KİV-nə istinadən xəbərinə görə, partlayıcı qurğunun gücü 6 kiloqram trotilə bərabər olub.

Qeyd edək ki, hadisə avqustun 13-də axşam saat 18:00 radələrində Bakı-Rostov dəmir yolunun Dağıstanın paytaxtı Mahaçqala şəhəri yaxınlığından keçən hissəsində partlayıcı qurğu tapılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin minaaxtaranları dərhal əldəqayırma partlayıcı qurğunun zərərsizləşdirilməsinə başlayıblar. Amma qaranlığın düşməsi səbəbindən işlər bu günə keçirilib. İnsidentlə əlaqədar Tümen-Bakı/Bakı-Tümen qatarının hərəkət qrafikində gecikmələr qeydə alınıb.